BAKIDA POLİS ƏMƏLİYYATINDA İNSİDENT
Tarix: 2-04-2013, 10:27 |
Çap et
TABE OLMADI, ÖZÜNÜ BIÇAQLADIBakıda polisin keçirdiyi əməliyyat zamanı insident yaşanıb.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon Polis İdarəsinin əməkdaşları oğurluq maddəsi ilə axtarışda olan 1985-ci il təvəllüdlü Qədir Hadiyevin tutulması istiqamətində əməliyyat keçirib. Polisi görən Q.Hacıyev əməliyyatçılara tabe olmayaraq özünü bıçaqlayıb.
Hazırda Q.Hacıyev polis nəzarətində Klinik Tibbi Mərkəzdə müalicə olunur.