İKİ BALIQÇIMIZ ÖLÜMDƏN DÖNÜB
Tarix: 30-03-2013, 10:23 |
Çap et
FHN ONLARI XİLAS EDİBXəzərin Qaradağ rayonu sahillərində 2 nəfər balıq tutarkən batma təhlükəsi ilə üzləşib.
Trend Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumatına istinadən xəbər verir k, martın 29-da Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 3 km məsafədə, nəzarət olunmayan ərazidə) 2 nəfər balıq tutarkən batma təhlükəsi ilə üzləşib.
Xidmətin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
Hər iki şəxs görülmüş tədbirlər nəticəsində xilas edilib.