Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                     Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır .....                     Azərbaycanda bu deputatlara mənzil verildi .....                     DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... .....                     Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? .....                     "Səni 12 ildir mən gözəlləşdirmişəm" .....                     İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil .....                     Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... .....                 

“İRƏLİLƏYİŞ OLMAYACAQ...”
Tarix: 22-09-2011, 16:36 | Çap et
“İRƏLİLƏYİŞ OLMAYACAQ...”

“TƏHSİL NAZİRİNİN YERİNƏ KİMİ QOYSALAR”...

Milli Məclisin deputatı, “Ədalət” partiyasının sədri İlyas İsmayılov Modern.az saytına geniş müsahibə verib. Deputat müsahibəsində maraqlı açıqlamalar verib.

- İlyas müəllim, mövcud beynəlxalq durumu necə qiymətləndirisiniz? “Vikiliks” ortaya çıxıdı, sonra ərəb dünyasındakı hadisələr...

- Kapitlist aləmini böhran bürüyüb. Bu böhrandan çıxmaq üçün bunlara yeni müstəmləkiçilik siyasəti lazımdır. İndu onu həyata keçirirlər. Təsəvvür edin ki, bir dövlət başqa dövlətə hücum edir, onun ərazilərini işğal edir. Özü də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının icazəsi olmadan. Amerika İraqı işğal elədi, bəhanə gətirdi ki, guya Səddam Hüseynin nüvə silahları var. BMT-nin o vaxtkı baş katibi Kofi Annan özündə müəyyən cəsarət tapdı, bunu işğal adlandırdı. Amma cinayət cəzasız qaldı, İraq regional dövlət kimi məhv oldu. Bu dövlətin içinə elə bəla salıblar ki, gündə terror aktı baş verir. Artıq ərəblər biri-birini qırmağa başlayıblar. Budurmu demokratiya siyasəti? Hələ vaxtı ilə Dostoyevski deyirdi ki, bütün müharibələr neft uğurunda gedir. Bu gün də o fikir aktuallığını saxlayır. İraqı aldılar, onun neftini aralarında bölüşdülər. İndi Liviyanın neftini ələ keçirirlər. Düzdür, Qəddafinin müəyyən qəribəlikləri var idi. 42 il hakimiyyətdə idi, hakimiyyətdən başı gicəllənirdi. Ancaq bununla yanaşı ölkənin əsas problemlərini həll etmişdi. Pulsuz mənzil, pulsuz təhsil, pulsuz tibbi xidmət. Hər yeni doğulan uşaq üçün 5 min Avro verirdi. Hər ailədən bir nəfəri, ya oğlan, ya qız xaricdə oxutdururdu. Elə problem yox idi. ABŞ-ın ölkədə olan hərbi bazası bağlanmışıd. Fevral ayından orada üsyan başlyayıb, NATO oranı bombalayır, ancaq hələ dirəniş göstərirlər. Deməli, xalq içərisində ciddi dayaqları var. Bunlara lazım idi ki, onun neftini ələ keçirsinlər, ümumiyyətlə isə Aralıq dənizinin sahillərinə hakim olsunlar. Artıq Misir də çökməyə başlayıb. Orada nə proseslər gedəcək, Allah bilir. Ziddiyət elə salınıb ki, artıq meydana çıxanlarla yeni hakimiyyətin arasında da ziddiyət var. Tunisdə belə, yəqin ki, Suriyanın da aqibəti yaxşı olmayacaq. Bütün bunların hamısı ölkələri özlərindən asılı etmək siyasətidir. Bununla yanaşı, həyatda böyük həqiqət, ədalət də var. Nə Avropa, nə Amerika bundan xeyir görməyəcək. Vaxtilə Avropa ölkələri-İngiltərə, Fransa, Hollandiya, Portuqaliya, İspaniya Afrikanı, Cənubi Amerikanı, Uzaq Şərqi zəbt elədilər, müstəmləkəyə çevirdilər, özlərindən asılı vəziyyətə saldılar. Kinolardan da görürsünüz, camaatı qamçılayır, plantasiyalarda işlədirdilər. İndi o prosesin əksi gedir. Həmin ölkələrin vətəndaşları Avropanı zəbt ediblər. İndi Avropnanın bir problemi var, miqrasiyanın qarşısını almaq. Odur ki, Avropa dövlətləri məhvə gedir. Indi artıq onun 5 ölkəsində qadının qadınla, kişinin kişi ilə evlənməsinə qanunvericiliklə icazə verilib. Deməli, millət artmır. Məcburdular pensiya yaşlarını artırsınlar. 67-68 yaş ediblər bunu. Nə qədər çalışsalar da miqrasiyanın qarşısını ala bilmirlər. Yəni istsələr, istəməsələr bu proses gedir. Onlarda tarixin, həyatın ədalət prinsipi qələbə çalır. Vaxtilə işğal olunan ölkələrin adamları dinc yolla Avropanı zəbt edirlər. Özləri ilə əxlaqlarını, dünyagörüşlərini də gətirirlər. Ona görə də Avropa çalxalanır. Yeganə çıxış yolunu müsəlmana qarşı mübarizədə görürlər. Bu da özlərinə böyük bəla gətirəcək. Çünki Avropada təkcə müsəlman öıkələrindən gedənlər yox, elə yerli əhalidən də bir çoxu müsəlmançılığı qəbul edib. Odur ki, dünyada gedən proseslərə bir az dərindən baxmaq lazımdır. Elə götürək 11 sentybvar hadisəsini. Əlbəttə terroru pisləmək lazımdır, burada günahsız adamlar öldürülür. Ancaq bundan düzgün nəticə də çıxartmaq lazımdır. Əgər problemi həll etmək istəyirsənsə, onun köklərinin səbələrini axtarıb tapmaq və aradan qaldırmaq lazımdır. Ancaq çox təəsüf ki, problemi həll etmək istəmirlər, nəticə ilə məşğuldurlar. Fikirləşmək lazımdır, həmin təyyarəni sürən insanlar özləri də yüksək ixtisas sahibləri idilər. Bu cür təyyarəni idarə etmək çətindir. Bunlar özləri bilə-bilə ölümə getdilər. Niyə getdilər? Deməli, haradasa siyasətdə səhv edirlər özlərini super güc hesab edənlər. Neçə illərdir Fələstin-İsrail münasibətləri gərgin olaraq qalır. Niyə BMT-nin qərarları yerinə yetirilmior? BMT-nin qərarı var ki, Yerusəlim hər iki dövlətin paytaxtı olmalıdır. Odur ki, bütün proseslərə haq-ədalət baxımından, qanunun aliliyi prinsipi ilə baxmaq lazımdır. Beynəlxalq normalar var və onlara əməl olunmalıdır. Baxın, tez yığıldılar, Liviya ilə əlaqdar bir qərar qəbul etdilər və onu tez də icra etdilər. Azərbaycanla əlqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Niyə icra etmirlər? Xristian tərəfkeşliyi ilə Ermənistanı müdafiə edirlər. Odur ki, çox mürəkkəb dövrdə yaşayırıq. Çox təəsüf ki, belə bir president də yaratdılar ki, hansısa ölkəni məhv etmək üçün qərar qəbul edirlər, sonra da ölkəni öz istədikləri kimi məhv edirlər. Hər bir xalq ölkəsinin problemini özü həll etməlidir. Təkcə insan hüquqlarının qorunmasından başqa. Çümnki bu, ölkədaxili problrm deyil. Ölkənin daxili işinə heç kim qarışa bilməz.

- O qüvvələrin Cənubi Qafqaz siyasətini necə qiymətləndirisiniz?

- Cənubi Qafqaz siyasəti deyirlər, amma ortada heç nə yoxdur. Cənubi Qafqaz siyasətidirsə, doğrudanda separatizmlə mübarizə aparsınlar, Qarabağ problemini həll etsinlər. Terrorçuluq, separatçılıq beynəlxalq hüquqla pislənir. Dağlıq Qarabağda seperat, terror hadisəsi baş verib. Separatçıları necə müdafiə etmək olar? Niyə Amerika hər il onlara yardım göstərir? Özü də qeyd edir ki, burada problemi həll etmək çətindir. Göstərilir ki, burada beynəlxalq hüququn bir prinsipi ermənilər tərəfdədir, o biri prinsipi Azərbaycan tərəfdə. Bu tamamilə açıq yalandır. Ermənilər tərəfdə heç bir prinsip yoxdur. Ərazi bütövlüyü prinsipi-ərazimizi pozublar, işğal ediblər. Ermənilər tərəfdə guya xalqların öz müqqəddaratını təyin etmə prinsipi var-tamamilə yalandır. Döğrudan da beynəlxalq hüququn belə prinsipi var. Ermənilər də bu prinsipdən istifadə edərək Ermənistan dövlətini yaradıblar. Hardasa kompakt eməni yaşayırsa, bu, xalq demək deyilki. Onlar bu prinsipdən istifadə edib artıq Ermənistan dövlətini yaradıblar. Əgər belə olsa dünyada yüzlərcə erməni dövləti yarana bilər. Belə şey olmaz axı. Odur ki, Ermənistan tərəfində heç bir beynəlxalq norma yoxdur. Özlərindən uydururlar ki, “Dağlıq Qarabağ xalqı”. Belə xalq yoxdur. Etnik cəhətdən orada ermənilər və azərbaycanlılar yaşayırlar. Yer üzündə “Dağlıq Qarabağ xalqı” yoxdur. Yalanları uydurub divara yeridirlər. Bir çox Avropa ölkələri də bunu qəbul edir.

- Sizcə bu məsələdə biz üzərimizə düşən yükü götürürükmü?

- Azərbaycan böyük dövlət deyil. Azərbaycanın yerləşdiyi məkan geopalitik baxımdan çox əlverişlidir. Şimaldan Cənuba, Cənubdan Şimala, Şərqdən Qərbə və əks istiqamətdə yollar bizdən keçir. Bu, həm bizim statusumuzu yuxarı qaldırır, həm də böyük təhlükə mənbəyidir. Ümumiyyətlə, belə ağıllı fikir var. Səhv etmirəmsə bu fikir Capay Sulatanovdan gəlmişdi: hansı dövlətin ki nüvə silahı yoxdur, o dövlət suveren deyil. Bir də bizim Şimal qonşumuz Rusiya var, cənubda Iran var. Digər qonşumuz Erməsnitan tarix boyu dişini bizə qarşı qıcayıb, torpaqlarımızı ələ keçirib, zaman-zaman bu siyasəti yeridir. Bu yaxınlarda Avropa parlamentinin nümayəndələri ilə görüşdə qeyd etmişdim ki, Azərbaycan Demokratik Respublikasının ərazisi 114.8 min kvadrat km idi. O vaxt cərhəd Göyçə gölünün ortasından gedirdi. Bütün Dilcan dərəsi, Zəngəzur, Göyçə Azərbaycanın idi. Zaman-zaman hamısını ələ keçirdilər. İndi də deyirlər işğal etdikləri Azərbaycan torpaqlarını guya azad ediblər, hələ Kürün sahilinədək olan ərazilərimizə də iddialardadırlar. Azərbaycan böyük dövlət deyil, bunu nəzərə almaq lazımdır.

- Cəmiyyəimizdə ən böyük problem nəyi hesab edirsiniz?

- Bizdə ən böyük problem ondan ibarətdir ki, ictimai fikir nəzərə alınmır. Amerikanı ideallaşdırmaq istəmirəm, amma orada xoşuma gələn odur ki, ictimai fikrə əhəmiyyət verilir, nəzərə alınır. Nə qədər yazırsınız, heç ona əhəmiyyət verən var? Bəzən hakim partiyanın nümayəndələri biri-birinin əleyhinə çıxış edirlər, heç onu da yoxlayan yoxdur. Azərbaycanda ictimai fikrə əhəmiyyət verilməməsi bizim ən böyük problemlərimizdən biridir. Ona görə də məmur özbaşınalığı baş alıb gedir, çox təəssüf ki, qanunların aliliyi prinsipi həyata keçirlmir. Şəxsi iradə qanundan yuxarı tutulur. Bu da cəmiyyətdə qəbul olunur və cəmiyyət buna etiraz etmir. Elə bil ki, elə belə də olmalıdır. Bu mənada cəmiyyətin özü zəifdir.

- Müstəqilliyimizin 20 illiyini qeyd edəcəyik. İndi Azərbaycan adamının dünya çapında yeri hardadır?

- Maksimalist fikirlərin tərəfdarı deyiləm, utopiyadan da uzağam. 20 il ərində uğurlarımız da olub. Bunu inkar etmək olmaz. Elə Azərbaycan vətəndaşlarının dünya miqyasına çıxanları da var. Cavanlarımız, alimlərimiz var ki, ayrı-ayrıə ölkələrdə işləyir, vəzifə tuturlar. Bir də biz müstəqilliyə çıxandan sonra başımızı çox qatdılar. Elə Dağlıq Qarabağ, qaçqınlar problemi, daxili ziddiyətlər də buna aiddir. Istərdik ki, daha yaxşı olsun, sosial yönlü işlər görək, insanların problemin həll etməyə çalışaq. Insanlar öz problemlər ilə tənha qalmasınlar. Mətbuat hər gün yeni intihardan yazır. Bu, tənhalıqdandır. Insan öz problemi ilə tək qaldıqda, ona heç kim kömək eləməyəndə o yola əl atır.

- Sizcə, layiqli vətəndaşlarıqmı?

- Layiqli vətəndaşlarımız da çoxdur. Bu insanın şüuru ilə bağlıdır. Həyata baxışla əlaqədardır. Şüurda dəyişikliklər də çox çətin gedir. Gərək vəzifəli şəxsləri, ziyaılar şəxsi nümanə ilə insanları tərbiyə etsinlər. Hələlik bizdə çox təəssüf ki, bu, yoxdur. Insanlar da çaş-baş qalır. Marksın bir fikri var. O deyirdi ki, xalqın, millətin əxlaqı iki halda pozular. Birincisi, cinayət görüb, cəza görməyəndə. İkincisi, cəza görüb, cinayət görməyəndə. Haqsız adamı tutub cəza verəndə, onda da adamın şüuru pozular. Bizim cəmiyyətimizdə bunun hər ikisi var. Bu da insanların şüurlarına pis təsir edir. Ona görə də biz hələlik istənilən səviyyədə vətəndaşlıq borcumuzu dərk edə bilmirik.

- Belə şəraitdə Azərbaycanda siyasətlə məşğul olmağın asanlığı, çətinliyi nədən ibarətdir?

- Ümumiyyətlə, Azərbaycanda siyasətlə məşğul olmaq çox çətindir. Artıq başqa quruluşda yaşayırıq. Mən hələ bizim son qurultayda çıxışımda qeyd edim ki, siyasi partiyalar cəmiyyətdə müəyyən təbəqələşmələr getdikdən sonra yaranmalıdır. Cəmiyyət inkişaf edir, müəyyən təbəqələr yaranır. Bu siyasi partiyalar da həmin təbəqələrin maraqlarını müdafiə etmək üçün yaranır. Məsələn, klassik kapitalist ölkəsi olan İngiltərədə ənənəvi iki partiya var idi. Biri iri burjuaziyanın maraqlarını güdən mühfizəkarlar partiyası, digəri də xırda burjuaziyanın və fəhlə sinfinin maraqlarını güdən leyboristlər partiyası. Sonradan ölkədə liberallaşma getdikdən sonra, liberal ideyalar müəyyən insanların başına hakim olduqdan sonra liberal partiya ortaya çıxdı. Bizdə sosializm dağıldıqdan sonra çoxpartiyayaılıq əmələ gəldi. Ideya ətrafında yaranan partiya çox möhkəm olar. Bizdə isə partiyalar ayrı-ayrı ideyalar ətrafında deyil, çox təəssüf ki, ayrı-ayrı şəxslərin ətrafında və regional əsasda yarandı. Belə bir şəraitdə də əlbəttə siyasətlə məşğul olmaq çox çətindir. Siyasətlə məşğul olmaq üçün əlverişli şərait yoxdur. Gördüyünüz kimi televiziyalar bizim üzümüzə bağlıdır, çıxış edə bilmirik. Kütləvi Informasiya Vasitələrində də imkanlarımız böyük deyil. Maliyyə çətinlikləri var. Əsası da budur. Qeyd edilib ki, “Siyasi partiyalar haqqında” Qanun qəbul olunacaq, burada partiyaların maliyyələşdirilməsi də nəzərdə tutulur. Ancaq hələ ki real bir şey yoxdur. Özü də siyasi partiyalar xalqın partiyasıdır. Siyasi partiyalar çalışırlar ki, insan şəxsi marağınl dərk etməkdən milli marağı dərk etmə səviyyəsinə yüksəlsin. Bu, həm mühüm işdir, həm də çətin prosesdir. Əgər hər bir insan ümumxalq, ölkə marağını dərk edə bilirsə, o cəmiyyət inkişaf edir. Siyasi partiyalar da buna xidmət edən qurumlardır. Siyasi partiyaların inkişafına imkan yaradılsa, yaxşı olar.

- Müşahidəçilər belə fikir söyləyirlər ki, son 7-8 ildə Azərbaycanda siyasi partiyalar tənəzzül keçirirlər. Təşəbbüs yox, təşəbbüsə yer yox, fəaliyyət yox. Necə qiymətləndiririrsiniz bu fikirləri?

- Bu fikrin əsası var. Siyasi partiyaların fəaliyyəti çoxtərəfli olmalıdır. Çox təəsüf ki, partiyaların fəaliyyətinə qiymət vermək üçün bir meyarı əsas götürürlər ki, mitinq keçirirsənmi? Mitinq keçirmək də lazımdır və bu Konstitusiyada təsbit olunmuş hüquqdur. Hüç kim bunu insanların əlindən almalı deyil. Ancaq vətəndaşların da elə bil ki, siyasətə marağı azalıb. Burada siyasətçilərin də müəyyən dərəcədə təqsirləri var. Reallığı nəzərə almalıyıq. Siyası partiyalar vətəndaşların ianələri və üzvlük haqqı hesabına maliyyələşməlidir. Ancaq vətəndaşlar müxalifət partiyalarına ianə verməkdən qorxurlar ki, hakimiyyətin qəzəbinə düçar olacaqlar. Üzvlər də o qədər varlı deyil ki, üzvlük haqqı ödəsinlər. Problemlərimiz çoxdur.

- Ötən əsrin əvvələrindəki aydınlar kimi şəxsiyyətlər indi varmı?

- Şübhəsiz 19-cu əsrin axırları, 20-ci əsrin əvvəlləri Avropa səviyyəli ziyalılarımız yetişmişdi. Cəmil Həsənlinin kitabını oxuyanda elə onların fəaliyyəti ilə geniş tanış oldum. Fəxr etdim Əlimərdan bəy Topçubaşımızla, o dövrün insanları ilə ki, bu insanlar xalq, vətən üçün mübarizə apardılar. Indi də hər şeyin üstündən xətt çəkməyin tərəfdarı deyiləm. Indi də yaxşı ziyalılarımız var. Indi şərait başqadır. Onda rəqabət var idi. Indi rəqabət də yoxdur. O ziyalı nəslini mən üstün tuturam.

- Demək ki, düşüncə cəhətdən geri qalırıq.

- Ona fərdi yanaşmaq lazımdır. Fərd kimi bizim indi də çox gözəl ziyalılarımız var. Hamısının üstündən xətt çəkmək olmaz. Digər tərəfdən, ziyalıların özlərinin də çoxlu problemləri var. Ziyalılar bir növ çox nazik insanlardır. O adamlardan hər şeyi tələb etmək də düzgün deyil. Bəzilərini qınayırlar ki, niyə filan yerdə etirazını bildirmədi. Bəzən etirazı demək də olmur. Çünki çoxlu problemləri var, təqibə məruz qalırlar, hamı ona dözmür. Mənə elə gəlir ki, bir az başqasını da başa düşmək lazımdır.

- İndiki gənclərin səviyyəsini, Azərbaycanı gələcəyə aparmaq baxımından necə qiymətləndirirsiniz?

- Çox yüksək qiymətləndirirəm. Bizim gözəl gənclərimiz var. Xaricdə oxuyan gənclərimiz var. Hər il həm dövlət, həm də öz təşəbbüsləri ilıə xaricə təhsil almağa gedənlər olur. Burada yaşaya bilməyib, xaricə gedənlərimiz də var. Bunun da müsbət cəhətləri qeyd olunmalıdır. O mühitdə inkişaf edir, təhsil alırlar. Buradakı gənclərimiz də haqsızlığa öz etirazlarını bildirirlər. Xaricdə oxumaqla Azərbaycanı tanıdırlar, bizə münsaibət də dəyişir.

- Xaricdə təhsil alanların əksəriyyəti geri dönmək istəmirlər...

- O da qınanılası deyil. Mənim oğlum Moskva Dövlət Universitetini qurtarmışdı. Beynəlxalq xüsusi hüquq üzrə mütəxəssis idi. Mən bizdə bir nazirdən xahiş etdim ki, onu işə götürsünlər. Oğlum 5-6 gün gedib gəldi, sonra dedi ki, mən burada qala bilmərəm. Indi gənclərimizin bəziləri belə şəraitə dözə bilmir. Bəziıləri oradakı yaxşı şəraiti qoyub gəlmək istəmir. Başqasını qınamaq asan şeydir. Hər bir insanın problemini bilib ona qiymət vermək lazımdır.

- İlyas müəllim, sizə elə gəlmir ki, insanlarda səmiyyət qalmaylıb?

- O da dövrlə əlaqədardır. Bir quruluşdan digərinə keçdik. Insanların gözləri çox şeyi gördü. Ağıla gəlməyən şeylər başımıza gəldi. Təsəvvür edirdinizmi ki, bizim torpağımız işğal olunacaq, Şuşamız əldən gedəcək. Insanlar nə qədər problemlə üzləşdilər. Bu da əlbəttə səmiyyətə də təsir edir.

- Belə fikir də var ki, millət vəkillərinin sözü kifayət qədər eşidilmir. Məsələyə necə baxırsınız?

- Həqiqət var. Savadlı, vətəni sevən millət vəkilləri var, çıxış edirlər. onların çıxışı bəzən nəzərə alınır, bəzən nəzərə alınmır. Çox təəssüf ki, belədir. Korrupsiya ilə əlaqdar olaraq Prezident məsələ qaldırdı, biz də təkliflər verdik. Amma mən hiss edirəm ki, təklifim nəzərə alınmır. Doğurdan da əgər biz korrupsiya ilə əlaqdar mübarizə aparırıqsa mütləq gəlirlər haqqında deklorasiya verilməlidir. Bu, şəffaf olmalıdır, internetdə, saytlarda yerləşdirilməlidir. Hamı bilməlidir ki, adamın nə qədər gəliri var. Necə ki başqa dövlətlər belə edirlər. Bundan da çox vacibi odur ki, təkcə gəlir haqqında yox, elə xərclər haqqında da deklorasiya verilməlidir. Bununla bağlı təcili qanun qəbul olunmalıdır. Bəziləri böyük villalar tikdirirlər, hansı hesaba onu tikdirirlər? Başqa ölkələrdə olduğu kimi Azərbaycanda ən varlı adamlar biznesmenlər deyillər, vəzifəli şəxslərdir. Ona görə ki onlar vəzifəsindən sui-istifadə edib, özünə biznes şəbəkəsi yaradıb və bununla məşğuldur. Vəzifəli şəxslərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağandır. Ona görə cinayət məsuliyyəti nəzərdə tutan xüsusi qanun olmalıdır. Mən vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi vermişəm Milli Məclisə. Indi rəy almaq üçün ayrı-ayrı qurumlara göndərilib. Görək nə rəy verəcəklər. Çox istərdim ki, bu məsələlər həll olunsun, onda biz korrupsiya ilə mübarizə apara bilərik. Özü də korrupsiya Dağlıq Qarabağ problemindən də dəhşətli problemdir. Ağac qurdu kimi bizi içəridən yeyir. Vətəndaşların dövlət orqanlarına inamını sarsıdır. Bu fəlakətdir. Çoxları bunu dərk etmir. Vətəndaş öz dövləti ilə fəxr etməlidir. Dövləti qorumaq uğrunda canından keçməlidir. Görəndə ki, dövlət mənimki deyil, mən niyə canımdan keçməliyəm. Korrupsiya vətəndaşların bu inamını sarsıdır.

- Sizə elə gəlirmi ki, çox problemlərimizin başında təhsil dayanır?

- Mən buna başqa aspektdən yanaşıram. Millətin inkişafına müxtəlif meyarlardan qiymət verilir. Mənim aləmimdə təhsilə qiymət vermək meyarı müəllimin maddi və mənəvi vəziyyəti olmalıdır. Kütləvi şəkildə indi təhsil nazirinin üstünə düşüblər. Kimi istəyirsiniz gətirib bu şəraitdə təhsil naziri qoyun. Irəliləyiş olmayacaq. Biz müəllimin nüfuzunu artırmalıyıq. Müəllim maddi cəhətdən hamıdan yaxşı yaşamalıdır. Biz gələcəyimizi ona tapşrırıq. Müəllimlər çox ideyalı, saf, mənəviyyatlı, əxlaqlı insanlar olmalıdır. Biz axı zaman-zaman onun nüfuzunu aşağı salırıq. Bu problemin həllində ayrı-ayrı fərdləri qınamaq əsaslı deyil. Müəllimin nüfuzu qalxmalıdır. Onun adı müqəddəs olmalıdır. Şagirdin gözü qarşısında müəllim alverlə məşğul olursa təhsilə də belə münasibət olacaq. Müəllim kef üçün alver etməz ki...O da buna məcbur olur. O elə maaşla təmin olmalıdır ki, ailəsinin ehtiyacı ödənsin. Həm maddi, həm mənəvi cəhətdən əziyyət çəkirlər, sonra da deyirlə təhsil yüksəlsin. Mən başa düşə bilmirəm, dövlət universitetlərində təhsil niyə pullu olmalıdır? O qədər kasıb adamlar var ki, pulları yoxdur verməyə. Cəmiyyətdə təhsil, səhiyyə pulsuz olmalıdır. Bunun xərcini də dövlət öz üzərinə götürməlidir. Ayrı-ayrı fərdləri topa tutmağın mənası yoxdur. Onunla problem həll olunmur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Dünən, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Dünən, 10:32
AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Dünən, 10:30
"İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Dünən, 10:27
Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Dünən, 10:21
"The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 10:19
ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Dünən, 10:17
"Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Dünən, 10:14
BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Dünən, 10:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru