TİCARƏT MƏRKƏZİNİN TİKİNTİSİNDƏ OĞURLUQ
Tarix: 26-03-2013, 12:00 |
Çap et
7 MİN MANATLIQ MAL APARILDIBakıda ticarət mərkəzinin tikintisindən oğurluq edən şəxslər saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, martın 24-də S.Vurğun küçəsində yerləşən "Yasmin" ticarət mərkəzinin tikintisindən 7 min manat dəyərində elektrik avadanlığı oğurlanıb.
Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zöhrab Nəbiyev və Tovuz rayon sakini Ədalət Nağıyev martın 25-də yaxalanıblar.