VAY BƏ, ANAR DA DANIŞARMIŞ
Tarix: 30-11-2011, 14:35 |
Çap et
AYB SƏDRİ RAFİQ TAĞININ QƏTLİNƏ MÜNASİBƏT BİLDİRDİ
“Yazıçı Rafiq Tağının bıçaqlanması və sonradan dünyasını dəyişməsi faciəli hadisədir”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) keçirilən tədbirdə çıxışı zamanı AYB sədri, xalq yazıçısı Anar deyib.
AYB sədri tədbirə də Rafiq Tağının ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. O, R. Tağının AYB-dən uzaqlaşdırılması ilə bağlı yazılanlara da münasibət bildirib: “Rafiq Tağının Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən uzaqlaşdırılması ilə bağlı müxtəlif qəzetlərdə yazılar dərc olunur. Mən bu faktla bağlı sadəcə onu demək istəyirəm ki, Rafiq Tağının Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxarılmasının səbəblərini açıqlasam, bu onun ruhuna hörmətsizlik olar”.
Qeyd edək ki, noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanan R. Tağı noyabrın 23-də xəstəxanada vəfat edib.