GÜLƏR ƏHMƏDOVA SAYTINI SATIŞA ÇIXARIB?
Tarix: 13-03-2013, 13:20 |
Çap et
SAYT VƏ QƏZET ÜZƏRİNDƏ HÜQUQ YALNIZ KEÇMİŞ DEPUTATA MƏXSUSDUR
DİA.AZ: - Hazırda həbsdə saxlanılan keçmiş deputat Gülər Əhmədovanın rəhbərlik etdiyi «Mərkəz» qəzetinin «merkez.az» internet portalının satışa çıxarılması ilə bağlı məlumat yayılıb. DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olur ki, bu ilin fevral ayının 14-dən etibarən fəaliyyətini dayandıran portala artıq müştərilər də tapılıbmış, amma…
Məlumatı dəqiqləşdirmək üçün araşdırma apardıq və aydın oldu ki, «merkez.az» portalı «Mərkəz» qəzetinə aid olduğundan, həmin portalın üzərində hüquq da Gülər Əhmədovaya məxsusdur. Yəni bu da o deməkdir ki, portalı Gülər Əhmədovanın icazəsi olmadan kimsə sata bilməz.
Bununla bağlı redaksiyamıza danışan bir başqa qaynaq isə bildirdi ki, əgər portal satışa çıxarılıbsa, deməli, belə bir icazə verilib: «Amma kimin hansı məqsədlər üçün ala biləcəyi müəmmalıdır».