LƏNKƏRANDA 21 YAŞLI GƏNC İNTİHAR EDİB
Tarix: 5-03-2013, 09:53 |
Çap et
MƏRHUM RUHİ XƏSTƏ İMİŞLənkəran rayonu Liman şəhərində ruhi xəstə özünü asıb.
Lənkəran rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Lənkəran rayonu Liman şəhər sakini 1992-ci il təvəllüdlü Zeynallı Kamal Tərlan oğlu özünü yaşadığı İbayev küçəsi 103 ünvanında yerləşən evdə kəndirlə asaraq intihar edib.
Zeynallının ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.