"REAL"-IN MƏMUR SİYAHISINA ABŞ-DAN RƏSMİ REAKSİYA
Tarix: 27-02-2013, 10:55 |
Çap et
SƏFİRLİK DİPLOMATİK CAVAB VERİB«Fərdlərə viza verilməsi məsələsinə müraciət vaxtı baxılır, konsulluq rəsmisi konkret hal üzrə faktları nəzərdən keçirir və ABŞ qanunları çərçivəsində viza mümkünlüyünə dair qərarını verir».
Bunu ABŞ səfirliyinin mətbuat xidməti ReAL İctimai Birliyinin bəzi məmurlara viza qadağası istəyinə dair AzadlıqRadiosunun sorğusuna cavabında bildirib.
Məlumatda daha sonra deyilir:
«Cənab Məmmədovun və 23-24 yanvar İsmayıllı hadisələrinə görə digər şəxslərin həbsinə gəlincə, biz Azərbaycan hakimiyyətini qanuni prosedurlara əməl etməyə, şəffaf və ədalətli hüquqi prosesi təmin etməyə çağırırıq».
«Biz qanuni şikayətlərin həlli üçün Azərbaycan hökuməti ilə vətəndaşları mənalı dialoqa və hökuməti vətəndaşların sərbəst toplaşma və ifadə azadlığına hörmətlə yanaşmağa çağırırıq».
«ReAL» İctimai Birliyinin sədri, İsmayıllı etirazlarına görə saxlanmış İlqar Məmmədov Kürdəxanı təcridxanasından Avropa Parlamentinə və ABŞ Konqresinə müraciət hazırlayıb.
O, ««ReAL»ın namizədi kimi prezident seçkilərindən kənarlaşdırılması üçün ona saxta və siyasi cinayət işinin qurulmasına qatılan şəxslərə viza qadağası və maddi sanksiyalar istəyir».