BAKIDA GÜNÜN GÜNORTA ÇAĞI İKİ NƏFƏRİ GÜLLƏLƏDİLƏR
Tarix: 21-11-2011, 14:25 |
Çap et
AZƏRBAYCAN MAFİYA ÖLKƏSİNƏ ÇEVRİLİB
Bakı şəhərində silahlı insident baş verib. Paytaxtın Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 13.30 radələrində rayonun Zağulba qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində “Mercedes” markalı avtomobildə olan naməlum şəxslər iki nəfəri güllələyərək hadisə yerindən qaçıblar. Güllələnən şəxslərdən biri hadisə yerində ölüb. Digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti müəyyənləşdirilir.
Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.