"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                 

MÜŞFİQ ƏLƏSGƏRLİ DƏRDİMİZDƏN DANIŞDI
Tarix: 23-01-2013, 12:48 | Çap et
MÜŞFİQ ƏLƏSGƏRLİ DƏRDİMİZDƏN DANIŞDI
"JURNALİSTLƏRİN MAAŞLARI ÇOX AŞAĞIDIR"

Azərbaycan jurnalistlərinin 2012-ci il sosial durumu ilə bağlı vəziyyəti Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) jurnalistlər arasında keçirdiyi sorğuda üzə çıxıb. Təşkilatın yaydığı yekun hesabatla bağlı JuHİ-nin sədri Müşfiq Ələsgərli В«KaspiВ»yə müsahibə verib.

Ürək açmayan mənzərə

- Rəhbərlik etdiyiniz təşkilat jurnalistlərin keçən illə bağlı sosial vəziyyətini əks etdirən sorğunun nəticələrini açıqlayıb. Yekun hesabata nəzər saldıqda vəziyyətin o qədər də ürəkaçan olmadığı görünür.
- Müqayisə ilə götürəndə son 5-6 il ərzində çox ciddi dəyişikliklər olub. Azərbaycanda 2008 və 2009-cu ilə qədərki durum fərqlidir. Bu illərə qədər orta əmək haqqı gündəlik qəzetlərdə, agentliklərdə 200-250 manat civarında idi. Amma 2012-ci ildə artıq 500-600 manat əməkhaqqından danışırıq. Düşdür, bu, çoxluğa aid deyil. Az faiz redaksiyalarda əmək haqqı həddən artıq yüksəkdir. Keçən il üçün orta göstərici 350-400 manat civarındadır. 70 faiz redaksiyalarda vəziyyət bu cürdür. Təcrübə göstərdi ki, əvvəlki illərlə müqayisədə 100-150 faiz artım var. Bəzi yerlərdə əməkhaqqında 2-3 dəfə artım olub.
- Jurnalistlərin əməkhaqlarının keçən illərə nisbətən artmasından danışdınız. Ancaq dediyiniz məbləğ jurnalistlərin qayğılarını ödəyirmi?
- Biz bu barədə ürəkaçan səviyyədə danışa bilmərik. Nəzərə alaq ki, jurnalistlərin aldığı əməkhaqqının məbləğinin bir qismi kirayə haqlarına paylanır, digər bir qismi isə iş sərfiyyatına gedir. Nəticə etibarı ilə götürəndə əməkhaqqının çox cüzi bir hissəsi onların şəxsi dolanışığına qalır. Bütün bunlar ya jurnalistlərin iş yeri hesabına ödənilməlidir, ya da ki, əmək haqları o səviyyəyə çatmalıdır ki, özləri ödəyə bilsinlər. Məsələn, ölkədə bir neçə ildir ki, ipoteka kreditləri kampaniyası həyata keçirilir. Yüzlərlə vətəndaş bu kampaniyada iştirak edir. Redaksiyalardakı sorğularımızdan məlum oldu ki, iki jurnalist ipoteka krediti götürə bilib. Onlar da müxtəlif yollarla – ya kiməsə tapşırtdırılıblar, ya da krediti hansısa başqa variantlarla əldə edə biliblər. Normal halda jurnalistin aldığı əməkhaqqı ipoteka kreditinə düşmür. İpoteka krediti əldə etmək üçün irəli sürülən şərtlər arasında əməkhaqqının minimum 500 manatdan yuxarı olması tələb olunur. Bu isə təbii ki, jurnalistləri bu xidmətdən yararlanmaq imkanından məhrum edir. Ya jurnalistlərin əməkhaqları o dərəcədə artmalıdır ki, onlar bu krediti əldə edə bilməlidirlər.

Ya da ipoteka krediti şərtlərində dəyişiklik olmalıdır. Yəni jurnalistlər ipoteka krediti alan sosial zümrə kimi tanınmalıdır ki, onlar bu xidmətdən istifadə edə bilsinlər.

Arqumentsizlik

- Həmçinin jurnalistlərlə banklar arasında sanki keçilməz hasar var. Jurnalistlər nəinki ipoteka krediti, hətta kiçik və orta məbləğli, kreditlər də götürə bilmirlər. Bankların bu etimadsızlığı nə ilə bağlıdır?
- Banklardan digər təyinatlı kredit götürməklə bağlı bizim təşkilata 60-a yaxın şikayət daxil olub. Çox maraqlıdır: jurnalistlər redaksiyaların verdiyi arayışla gedib banklardan kredit götürə bilmirlər. Adi məişət texnikası, əmək texnikası almağın özü də problemə çevrilib. Biz bu barədə dəfələrlə söhbətlər aparmışıq, hətta, bankların özləri ilə də müzakirələrimiz olub. Bilmirəm, bu, qeyri-rəsmi bir qadağadır, yoxsa nədir?
- Bəs bankların arqumentləri nədir?
- Arqumentləri yoxdur. Deyirlər ki, belə bir şey ola bilməz, gəlsinlər, bizim üçün fərqi yoxdur. Amma faktiki olaraq jurnalistlər gedirlər və kredit ala bilmirlər. İndiyə qədər aldığımız cavabları analiz edirik, amma məntiqi bir səbəb tapa bilmirik. Əvvəllər redaksiyalarda dayanıqlıq yox idi. Buna görə keçən illərdə banklarda hər hansı qorxu yaranmasını başa düşmək olardı. Amma son illərdə stabilləşmə yaranıb. Ən azı 50-yə yaxın redaksiya var ki, onlar 8-10 ildir stabil fəaliyyət göstərirlər və onların sıradan çıxacağı üçün hər hansı bir əsas yoxdur. Banklar ən azı bu cür təşkilatlarla işləməlidirlər. Düzdür, ölkədə 5 minə qədər KİV qeydiyyatdan keçib. Təbii ki, bu gün də qondarma KİV-lər var və meydana gəlirlər. Hər halda ölkədə ciddi redaksiyaların da bir siyahısı var. Amma birmənalı şəkildə bütün redaksiyaların jurnalistlərinə kredit verməkdən imtina etmək anormallıqdır. Bu, ciddi problemdir. Əvvəllər təklif var idi ki, biz bu cür bankların qara siyahısını hazırlayıb elan edək ki, nə üçün onlar jurnalistlərə kredit verməkdən imtina edirlər? Biz hesab edirik ki, bu problem hansısa səviyyədə öz həllini tapmalıdır.

Ziyanlı hal

- Siz sorğuda ən böyük problemlərdən biri kimi əmək müqavilələrinin simvolik xarakter daşıdığını qeyd etmisiniz. “Simvolik” müqavilələr nəyi əks etdirir?
- 2009-cu ilin göstəricilərinə görə, jurnalistlərin 85 faizinin əmək müqaviləsi yox idi. Çox az redaksiyalarda 15 faiz əmək müqaviləsi imzalanmışdı. Amma indi göstəricilər yaxşılığa doğru dəyişib. Redaksiyalarda 95 faiz əmək müqaviləsi imzalanıb. Bütün bunlar yaxşı göstəricilərdir, amma mahiyyət etibarı ilə tam ürəkaçan da deyə bilmərik. Redaksiyalarda bağlanan 95 faiz əmək müqaviləsinin 90 faizi simvolik müqavilələrdir. Yəni, baş redaktora yaxın olan jurnalistlərin əmək müqaviləsi imzalanıb və yaxud, vergi idarələrinə göstərmək, hər hansı görüşlərə təqdim etmək üçün kağız üzərində müqavilələr var. Əgər bir redaksiyada 10 nəfər çalışırsa, onun 3-4-ü ilə müqavilə bağlanıb, qalan işçilər isə əmək müqaviləsiz fəaliyyət göstərirlər. Bu isə ağır bir nəticədir. Bunlar 100 faiz real müqavilələr olmalıdır. Ancaq biz bu faktları görə bilmirik.

- Siz jurnalistlərin mənzil məsələsinə toxundunuz. Məlumdur ki, hazırda ölkə başçısının sərəncamı ilə jurnalistlər üçün yaşayış binası tikilir. Təbii ki, bu, bütün evsiz jurnalistlərin tələbini ödəyə bilməyəcək. Bəs evsiz jurnalistlər ordusunun tələblərini necə ödəmək olar?
- Orta statistikaya görə, ölkədə 15 mindən yuxarı, bəzi açıqlamalarda 30-40 mindən çox jurnalistin olduğu bildirilir. Təbii ki, onların hamısının tələbatını ödəmək mümkün deyil. Heç onların dövlət tərəfindən tam təmin olunması ədalətli də deyil. Hər halda iş prinsipi var: onun jurnalistikada hansı xidmətləri var, nə qədər təcrübəsi var, nə qədər faydalı əməklə məşğuldur? İndiyə qədər müxtəlif təkliflər olub. Məsələn, jurnalist kooperativ birliyinin yaradılması və s. Amma təhlillərimiz nəticəsində gəldiyimiz qənaət belədir ki, ipoteka kreditlərində jurnalistlər üçün güzəştlər nəzərdə tutulsun. Bu məsələni həll etməklə biz çox böyük addım atmış olarıq. Hesab edirəm ki, onda jurnalistlərin böyük bir qismi mənzilsizlik problemindən xilas ola bilər. Əks halda, jurnalistlərin evsizlik problemi ilə bağlı radikal bir dəyişiklik gözləmirəm.
- Jurnalistlər gecə-gündüz vətəndaşların tibbi və icbari sığorta problemindən danışır. Amma hələ özlərinin də bu problemi həll olunmamış qalır. Məsələ həmçinin sizin sorğuda da yer alıb.
- Bu, çox ciddi problemdir. 70 redaksiyada keçirdiyimiz sorğuda məlum oldu ki, jurnalistlərin heç birinin nəinki tibbi sığortası yoxdur, hətta, bu barədə anlayışa malik deyillər. Qəbul olunmuş beynəlxalq praktikaya görə, işçilər çalışdığı təşkilatın hesabına tibbi sığorta olunmalıdır. Onlar nəinki müayinədən keçə bilməlidirlər, hətta, zərurət yarandıqda sığorta hesabına müalicənin bir hissəsini də götürə bilməlidirlər. Biz 4 redaksiyada tibbi sığortanın kampaniya şəklində təşkil olunduğunu müşahidə etdik. Ancaq işçiyə lazımdır ki, onun ehtiyac duyduğu anda tibbi sığortadan yararlana bilsin. Ümumi şəkildə götürəndə tibbi sığorta tətbiq olunmur və bu, çox ziyanlı haldır.

Ya neqativ, ya pozitiv

- Sadalanan problemləri nəzəri deyil, praktikada həll etmək üçün hansı təşkilatlar öhdəlik daşıyır? Jurnalistlər dərdini kimə deməlidir?
- Problemin həllinin iki variantı var: birinci, beynəlxalq təcrübədən çıxış edərək, bir də Azərbaycan şəraitindən çıxış edərək. Beynəlxalq təcrübədən yanaşsaq, qanunvericilikdə problemi qabartmaq və problemdən çıxış yolu və təkliflər Həmkarlar İttifaqının funksiyasıdır. Bir şərtlə ki, Hİ-nin də yerli strukturları olmalıdır. Hər bir redaksiyada yerli strukturların üzvü olmalı, onlar problemləri qaldırmalı, müraciət etməli və həllinə cəhd göstərməlidirlər. Təəssüflə qeyd edirəm ki, redaksiyaların çoxunda Hİ strukturları olmadığına görə və ya mövcud olub, sadəcə, bu mövcudluqlarından xəbərsiz olduqlarına görə, bu təşəbbüsləri qaldırmırlar. Ona görə də jurnalistlər ağır duruma düşürlər. Digər tərəfdən, Azərbaycandaxili şərtlər elədir ki, hələ HT olaraq tam strukturlaşma mövcud olmayıb. Redaksiyalarda da strukturlaşma məsələsini sona çatdırmaq mümkün deyil. Tutaq ki, hər redaksiyada ştatın 30 faizi ilə əmək müqaviləsi imzalanır, 70 faizi ilə yox, onda hansı redaksiya maraqlıdır ki, onun tərkibində HT yaransın və bu cür problemləri qabartsın? Məsələyə digər kontekstdən baxaq: bəyəm redaksiyaların redaktor sistemi və ya KİV-də işə götürənlərin hamısı saxtakardırlar? Yox. Bəs onları bu cür davranmağa məcbur edən nədir? Səbəb odur ki, şərtlər ağırdır, onlar da çıxış yollarını bu variantda görürlər. KİV redaksiyası rəhbərlərinin vəziyyəti düzəlməlidir ki, onlar da qaydalar çərçivəsində işləməyə meylli olsunlar. Redaksiyanın da, redaktorun da vəziyyətinin düzəlməsi üçün də bu vəzifələr həyata keçirilməlidir. Yəni biz oturub gözləyək ki, kimsə kənardan bunu həyata keçirəcək, buna ümid etmək olmaz. Redaksiya daxilində müqavimət, təkliflər, cəhd olmalıdır. Jurnalistlər bu problemləri qaldırıb tələb etməlidirlər. Redaktor da bu problemlərin düzəlməsi üçün addımlar atmalıdır. Qarşılıqlı münasibətlərdə bir passivlik olduğuna görə vəziyyət də bu cür hala gəlib. Əvvəllər bu cür məsələləri ciddi şəkildə tələb etmək olmurdu. Ona görə ki, KİV-in başqa gəlir mənbələri yox idi. Artıq dövlət səviyyəsində, KİV Fondu səviyyəsində redaksiyalara kifayət qədər maddi yardım göstərilir. Artıq onların imkanları düzəlir. Bu düzəlmə getdikcə də artıq redaksiyaların strukturlaşma və normativlər səviyyəsində qurulmasına cəhd göstərmək lazımdır.
- Jurnalistlərin Həmkarlar Təşkilatını yaratmaq üçün Həmkarlar İttifaqları Konfederasiyası ilə danışıqların nəticəsi nə yerdədir?
- Biz cəhdlərimizi davam etdiririk, görüşləri intensivləşdiririk. Əlavə olaraq yüksək sferalarda müzakirələr açılır. Mənə elə gəlir ki, yaxın hansısa cavab alacağıq.
- Cavabdan asılı olaraq nəticələr necə olacaq?
- Neqativ cavab olarsa, əslində işimizə heç bir ziyanı gəlməyəcək. Çünki beynəlxalq praktikada da belədir ki, hər hansı sahə Həmkarlar İttifaqının Konfederasiya tərkibinə daxil olması zəruri deyil. Daxil olacağı təqdirdə, əlbəttə ki, daha yaxşıdır. Çünki onların böyük potensialları var. Daxil olmasa, biz o bazadan məhrum olacağıq. Amma onların tərkibinə daxil olmasaq, həmin bazanı özümüz də yarada bilərik. Təbii ki, o bazanı elə özümüz yaradacağıq. Biz artıq o prosesə başlamışıq. Təşkilatın tərkibində təhlükəsizlik fondu olacaq. Təbii ki, jurnalistlər Hİ-yə üzvlük haqqı köçürməlidirlər. Həmin üzvlük haqları Təhlükəsizlik Fondunda yığılır və toplanmış vəsait gələcəkdə hər hansı jurnalist ekstremal vəziyyətə düşəndə onun probleminin həlli üçün istifadə olunacaq.
\ kaspi \







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Bu gün, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Bu gün, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Bu gün, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Bu gün, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Bu gün, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Bu gün, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Bu gün, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Bu gün, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Bu gün, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Bu gün, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Bu gün, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Bu gün, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Bu gün, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru