DAHA BİR YAŞLI KİŞİ ÖZÜNÜ ASIB
Tarix: 18-10-2012, 09:58 |
Çap et
QOCALARIN İNTİHARI SİLSİLƏ XARAKTERİ ALIB
Bakıda 69 yaşlı qadın qətlə yetirilib.
Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev 17, mənzil 29-da 1943-cü il təvəllüdlü Vera Kərimovanın meyiti tapılıb.
Meyitə ilkin baxış zamanı onun boğularaq öldürüldüyü məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci) maddəsi ilə iş başlayıb.
Qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
***
Bir başqa məlumatda isə deyilir ki, Bakıda 73 yaşlı kişi özünü asıb.
Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, Lökbatan qəsəbə sakini 1939-cu il təvəllüdlü Tofiq Zülfüqarov yaşadığı evin həyətində özünü asaraq intihar edib.
Faktla bağlı cinayət işi başlanıb.