DAHA BİR AHIL YAŞLI İNTİHARI
Tarix: 9-10-2012, 12:14 |
Çap et
73 YAŞLI QADIN NƏDƏN CANINA QIYIB?
Bakıda 73 yaşlı qadın intihar edib. Bu barədə APA-ya Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsindən bildirilib.
Hadisə rayonun Rüstəmov küçəsi 44, mənzil 86 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 73 yaşlı Dilarə Mirzəağa qızı Babayeva yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. İlkin ehtimala görə, D. Babayeva intihar məqsədi ilə özünü binadan atıb.
Faktla bağlı araşdırma aparılır.