DAHA BİR ZABİTİMİZİ İTİRDİK
Tarix: 6-10-2012, 10:59 |
Çap et
ŞAHMAR QASIMOV YOL QƏZASINA QURBAN GETDİ
Azərbaycan Ordusunun zabiti faciəli şəkildə həlak olub.
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumata görə, hadisə ötən gecə saat 03.00 radələrində Bakı-Sumqayıt yolunda qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti, baş-leytenant Şahmar Ramazan oğlu Qasımov idarə etdiyi “VAZ-2107” markalı maşını yol kənarındakı maneəyə çırpıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Zabitin meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerində olan insanların köməkliyi ilə zabitin meyiti avtomobildən çıxarılıb.