BAKIDA 21 YAŞLI QIZ YOXA ÇIXIB
Tarix: 4-10-2012, 10:02 |
Çap et
AİLƏSi VƏ POLİS ONU BİR HƏFTƏDİR AXTARIR
Bakının Səbail rayonunda gənc qız yoxa çıxıb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, sebtyabrın 27-də 21 yaşlı Türkanə Qədimova evdən çıxıb və bir daha geri qayıtmayıb. Qızlarının evə gəlməməsindən qorxuya düşən valideynləri Səbail Rayon Polis İdarəsinə müraciət ediblər.
T.Qədimovanın axtarışları davam etdirilir. Onun fərdi əməklə məşğul olduğu bildirlir.