BAKIDA “LANDMARK” OTELİNDƏ İNTİHAR
Tarix: 4-10-2012, 09:40 |
Çap et
21 YAŞLI QIZ ÖZÜNÜ 20-Cİ MƏRTƏBƏDƏN ATDI
Bakıda 21 yaşlı qız "Landmark" hotelinin 20-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Səbail rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, 1991-ci il təvəllüdlü Əliyeva Şəfiqə Mobil qızı həmin binanın 20-ci mərtəbəsində yerləşən restoranın eyvanından özünü ataraq intihar edib.
Məlumata görə, Əliyeva valideynlərinə ölümündən əvvəl məktub yazıb.
Faktla bağlı cinayət işi başlanıb.