BAKIDA DAHA BİR KİŞİ VƏHŞİLİYİ
Tarix: 2-10-2012, 10:01 |
Çap et
ƏR ARVADINI DÖYƏRƏK QƏTLƏ YETİRDİ
Bakıda kişi həyat yoldaşını döyərək öldürüb.
Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayon sakini 1958-ci il təvəllüdlü Musaxan Şamiyev həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nailə Şamıyevanı oğluna məxsus avtomobildə döyüb. Şamıyeva aldığı bədən xəsarətlərindən dünyasını dəyişib.
Şamıyev saxlanılıb və faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.