AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                     "Müharibə şou ilə deyil, real işlə qazanılır" .....                     Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi .....                     Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı .....                     Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur .....                     Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı .....                 

"Sağ olsun, həmin gecədə mənim yanımda oldu və..." - VİDEO
Tarix: 2-06-2026, 06:32 | Çap et

Səhnənin zərif simalarından biri olan Əməkdar artist Hüsniyyə Mürvətova 55 illik yubileyini sevənləri ilə birgə keçirib.

Sənətkar “Gəl sənə həzin bir şeir söyləyim” adlı poeziya gecəsi ilə sevənlərinin qarşısına çıxaraq sözün, duyğunun və sənətin sehrini bir daha yaşadıb. Şeir və musiqinin harmoniyasında keçən gecədə aktrisanın sənət dostları, ictimaiyyət nümayəndələri və onu sevən tamaşaçılar bir araya gəlib. Kövrək duyğular, nostalji anlar və vətən sevgisinin hakim olduğu poeziya axşamı iştirakçıların yaddaşında xüsusi iz buraxıb.

“Cebheinfo.az” yubiley gecəsinin təəssüratları və düşüncələri ilə bağlı Hüsniyyə Mürvətova ilə həmsöhbət olub.

– Hüsniyyə xanım, 55 illik həyat yolunuza həsr olunan “Gəl sənə həzin bir şeir söyləyim” adlı poeziya gecəsinin ideyası necə yarandı?

– Əslində, sənət adamı həmişə istəyir ki, yubileylərini, doğum günlərini səhnədə qeyd etsin. Çünki bu, onun üçün ən böyük hədiyyədir. Bu ideya da elə buradan yarandı. Düşündüm ki, illər ərzində səhnədə nə etmək istəmişəm, amma etməmişəm? Yadıma düşdü ki, neçə illərdir bir poeziya gecəsi keçirmək istəyirəm - poeziyasevərləri, şeirsevərləri başıma yığım.

Bu barədə dostum, aktyor və rejissor Bəhruz Vaqifoğlu ilə məsləhətləşdim. O da dedi ki, çox gözəl olar. Sağ olsun, həmin gecədə mənim yanımda oldu və tədbirin rejissoru da məhz Bəhruz Vaqifoğlu idi.

Onu da qeyd edim ki, bunun televiziya variantını vaxtilə “Xəzər TV”də “Söhbət musiqidən gedir” verilişində etmişdik. Amma bu dəfə istədim ki, həmin duyğunu canlı şəkildə tamaşaçılarla bölüşüm.

Səsləndirdiyim şeirlər mənim illərdir söylədiyim və sevdiyim əsərlərdir. Siyahıya başqa şeirlər də daxil idi.

Sadəcə istədim proqram çox uzun olmasın, tamaşaçı doymasın. Elə belə də oldu - tamaşaçı doymadı. Hətta mənə çox gözəl rəylər gəldi. Dedilər ki, Hüsniyyə xanım, üç saat da davam etsəydi, biz sizə qulaq asardıq. İnanın, o qədər xoş rəylər aldım, hamı arzulayır ki, bunu yenidən edim. İnşallah, bunu yenidən təşkil edəcəyik. Yəqin ki, həmin məkanda, biletlər isə “iTicket” üzərindən satışa çıxarılacaq və bu artıq daha geniş tamaşaçı auditoriyasına təqdim olunacaq.

Bu dəfə isə mənim üçün əziz və yaxın olan insanları dəvət etmişdim. Sənət adamları, incəsənət və ictimai xadimlər gəlmişdilər. Sağ olsunlar, iştirak etdilər. Hər kəsə bir daha dərin təşəkkürümü bildirirəm. Mənə bu şəraiti yaradan, həmin səhnəni ərməğan edən “Show Gallery”nin rəhbərliyinə, Elmira xanıma, pianoçu Nərgiz Əliyevaya, skripka ifaçısı Azadə Həbibovaya və Bəhruz bəyə dərin minnətdarlığımı çatdırıram.

– Poeziya gecəsi ilə tamaşaçıya hansı mesajı vermək istəyirsiniz?

– Tamaşaçılara nostalji hisslər yaşatdığımı düşünürəm. Çünki hər kəsin gözləri dolmuşdu. Orada həm gənclər, həm yaşlı nəslin nümayəndələri, dostlarımız və dəyərli tamaşaçılarımız var idi. Hamısı mənə eyni sözü dedi: “Bizi kövrəltdiniz”.

Tədbiri “Ana”, “Vətən” və “Azərbaycan” şeiri ilə bitirdik. Gecəni vətənpərvər ruhda bitirməyi özümə borc bildim.

– Bu gün səhnəyə çıxan Hüsniyyə Mürvətova ilə sənətə ilk addım atan Hüsniyyə xanım arasında hansı fərqlər var?

– Əslində, iç dünyamda elə də böyük fərq yoxdur. Bir status paylaşmışdım ki, illər üst-üstə gəlsə də, içimizdəki uşaq həmişə yaşayır. Yəni içimizdə o uşaq hər zaman var. Orada zarafatla da qeyd etmişdim ki, yəqin Uşaqlar Günündə dünyaya gəldiyim üçün belədir.

Mən bacardığım qədər içimdəki o uşağı qorumağa çalışıram. O təmiz ruhlu, saf mənəviyyata sahib uşağı... İstəmirəm ki, kimsə ona toxunsun. Çünki o həmişə yaşamalıdır. O mənim vicdanımdır, ruhumun təmizliyidir, uşaqlığımdır.

Amma əlbəttə ki, 18 yaşında sənətə gələn Hüsniyyə ilə 55 yaşındakı Hüsniyyə arasında fərq var. O da təcrübədir - keşməkeşli həyat və qazanılan sənət təcrübəsi.

Şükürlər olsun bu günə. Mən Allaha çox şükür edirəm. Bu döyüşdə, bu mübarizədə Allah həmişə başımın üstündə oldu və mən heç nədən qorxmadan irəli getdim. Nə qədər maneələr olsa da, heç vaxt ümidimi itirmədim. Həmişə Allaha, eyni zamanda özümə inandım, güvəndim və iri addımlarla irəliləməyə çalışdım. Bu gün gördüyünüz, tanıdığınız Hüsniyyə Allahın köməyi və ətrafımda olan yaxşı, istedada və sənətə dəyər verən insanların dəstəyi sayəsində formalaşıb.

– Bu gün cəmiyyətin poeziyaya və teatra marağını necə qiymətləndirirsiniz?

– Çox gözəl qiymətləndirirəm. Tamaşaçılarımız, xalqımız poeziyanı həmişə sevib. Bu, əslində, bizim milli ruhumuzdan gəlir.

Çünki xalqımızın dahi şairləri və yazarları həmişə olub və biz onların yaradıcılığından mənəvi qidalanmışıq. Biz onların şeirlərini öyrənə-öyrənə böyümüşük. Şeiriyyat nədir? Mənəviyyatın qidalanmasıdır. İnsan bəzən deyə bilmədiyi sözü bir bənd şeirlə ifadə edə bilir. Şeirin gücü də elə bundadır. Bizim xalqımız həmişə poeziya ruhlu olub, şeiriyyatı sevib. Ona görə də düşünürəm ki, bu gün poeziya da, teatr da inkişafdadır və tamaşaçıları məmnun edir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Dünən, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Dünən, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Dünən, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Dünən, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Dünən, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Dünən, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Dünən, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Dünən, 11:03
"Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Dünən, 10:53
"Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Dünən, 10:46
Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Dünən, 10:28
GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Dünən, 10:25
SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Dünən, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru