"Öz həyatını yaşadıqca, hər rəngin gözəlliyini gördükcə həyat gözəl. Düşüncələrini saf duyğulara köklədikcə heyat gözəl! Hər kəs istəsək və istəməsək də görmək istədiyi kimi görür rəngləri. Çünki zehninin məhsuludur".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yazıb. O, hər kəsi dedi-qodudan uzaq olmağa səsləyib:
"Calışaq, dedi-qodulardan uzaq duraq. Allahın qismət etdiyi qısa ömrü, yəni öz ömrümüzü yaşayaq. İşimizlə, yaxşılıqlarımızla, ruh saflığımızla yaşayaq! Allah çox gözəldir! Her şeyi görən və biləndir! Allahım hər kəsə qəlbinə görə həyat mükafatını versin. Amin!".