“Hamı çalışır ağıl verməyə. Bəsdirin də. Hərənin öz taleyi, öz həyatı… Özü bilər necə yaşayır”.
Yenicag-az xəbər verir ki, bu sözləri rəqqasə Rəna Ağamuradova (Renka) sosial şəbəkədə yazıb. Renka sosial şəbəkədə yazılan tənqidlərə reaksiya verib: “Həyat çox qəribədir. Plan qurub arxasıyca gedirsən, birdən hadisə baş verir və hər şey dəyişir”.