Xəbər verdiyimiz kimi, aktyor Allahverdi Yolçuyev beyin pili əməliyyatı keçirib.
Parkinson xəstəliyindən əziyyət çəkən sənətçi Axşam.az-a açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini və evdə olduğunu bildirib:
"Pil açıldıqdan sonra əlimin əsməsi tamamilə keçib. Özümü yaxşı hiss edirəm. Amma mütəmadi olaraq nəzarətdə saxlamalıyam".
Sənətçinin əlindəki əsmənin dayanması ilə bağlı görüntülər isə "Həmin Zaur" proqramında yayımlanıb.