“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                     Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı .....                     Azərbaycandan ən çox neft idxal edən ölkələr .....                     Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir .....                     Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş .....                     Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb .....                     Azərbaycan Güləş Federasiyasında .....                     Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri .....                     Niyə “Sədərək” hər yay yanır? .....                     Bu restoran bina sakinlərini yatmağa qoymur .....                     Ermənistanda müxalifət parlamenti boykot etdi .....                     Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər .....                     Köçəryan Ermənistandan qaçmağı planlaşdırır .....                     Şəmkirdə körpə qızdırmadan ölüb .....                     Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır .....                     Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi .....                     Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib .....                     Naxçıvan TV əməkdaşları ETİRAZA HAZIRLAŞIR... .....                     Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı planı açıqlandı .....                     Direktor müavini ilə bağlı ŞOK İDDİALAR... .....                     “Neftmaştəmir” şirkətinin ötən il mənfəəti 2 dəfədən çox azalıb .....                     Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq .....                     Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir? .....                     Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR! .....                 

"Bir bədbəxtlik də odur ki, efirlərimiz də sosial şəbəkələrlə işləyir..." - ETİRAZ
Tarix: 9-07-2024, 07:12 | Çap et
"Bir bədbəxtlik də odur ki, efirlərimiz də sosial şəbəkələrlə işləyir..."
Aşıq Əlinin Kult.az-a müsahibəsi:

- Aşıq, sizə elə gəlmir ki, aşıq sənəti aktuallığını itirib? Aşıqlıq indi daha çox köhnə estetika kimi qəbul olunur, yeni tendesiyalar yaranıb...

- Razılaşmıram bu fikirlə. Əvvəla, müasirlik-zad yoxdur, axı. Siz müasirlik nəyə deyirsiniz? Təzə oxuyanlar çıxır e, inkubator kimi. Onlardır müasir?!

- Bir növ həm də onlardır kimi görsənir. Qarşılarını necə almaq olar ki?

- Heç cür. Sosial şəbəkələr varsa, onların da qarşısını olmaq mümkün deyil. Gərək ki, birinci elə sosial şəbəkələri tamamilə bağlasınlar. Onlar güclü reklam olunur, hərəsinin 10 işçisi var, təbliğ edirlər. Bir də görürsən, məsələn, hansısa sayt yazır ki, bəs, filan müğənniyə ev sahibi etiraz etdi, geyimində narazılıq yarandı. Amma ortada fakt yox. Bir bədbəxtlik də odur ki, efirlərimiz də sosial şəbəkələrlə işləyir.

- Aşıqları da efirlərdə az-az görürük…

- Şəxsən mən çıxmıram.

- Niyə? Sizi əvvəllər tez-tez görürdük, axı.

- Əvvəllər yaxşı idi, belə deyildi verilişlər. İndi bərbad vəziyyətdədir. Mən o inkubator müğənnilərlə bir yerdə olmaq istəmirəm, ona görə də dəvət olunsam belə, getmirəm.

- Saz niyə müqəddəsdir? Onu müqəddəs edən nədir?

- Bu, bir az fərqli məsələdir. “Müqəddəs” sözünün mənası çox yerə gedib çıxır. Mən “toxunulmazdır” deyərdim. Çünki bu, sənin milli sərvətin, dəyərin, kimliyindir. Hər bir xalq öz milli sənəti, sənətkarı, geyimi, kulinariyası və s. ilə tanınır. Azərbaycan musiqinin kökü sazdır, həm də bununla tanıyırlar. Sazı qorumaq borcumuzdur.

- Cəmiyyətdə aşıq sənətini tənqid edən adamlar da çoxdur.

- Baxmaq lazımdır ki, kim və niyə edir? Kimlər ki, tənqid edir, onlara elmlə cavab vermək lazımdır, hay-küylə yox.

- Restoranlarda saz çalan adamlara münasibətiniz necədir? Aşığı el dolandırar, yoxsa deyilən iradlarda haqlıdırlar?

- Bu sual çox verilib mənə və cavablandırmışam. Bilirsiniz, deyə bilərəm ki, onlar çox nahaq edirlər, amma onda da cavab verəcəklər ki, Aşıq Əlinin “ağzı isti yerdədir”. Bax bu sözün deyilməməsi üçün belə məsələlərə qarışmıram. Taleyin qisməti də var. Adam var, yaxşı idmançıdır, amma nəticəsi yoxdur. Adam var, sənəti yoxdur, amma hər yerdə onlardan danışırlar.

- Sənəti olanlar da olmayanların kölgəsində qalır?

- Yox. İstedadı ört-basdır etmək, qabağını almaq olmur. Bircə məsələ odur ki, şəxsiyyətini alçatmayasan, gərək. Maddiyyat bir gün var, bir gün yox.

- Hər sənətin yeniliyi olur. Aşıqlar nə yenilik edir bəs?

- Aşığın yeniliyi sənəti yaşatması, müasir dövrdə onu qoruyub saxlaması və təqdim etməsidir. Sazın ağırlığını saxlamaq lazımdır, ana xəttə toxunmaq olmaz.

- Aşıq Ədaləti necə xatırlayırsınız? Ustadınız olub, deyilənə görə, ən yaxın münasibəti də sizinlə olub.

- Ustad məcazi mənada olub. Aşıqlıq sənətində belə bir xüsusiyyət var ki, özündən böyüklərə, statuslu sənətkarlara “ustad” deyilir. Mən o adamları özümə ustad bilirəm. Fərqi yoxdur ki, hansı aşıq məktəbini təmsil edir. Mən özümü Azərbaycan aşığı hesab edirəm. Düzdür, Şirvan Aşıq Məktəbinin təmsilçisiyəm, amma ölkənin hər yerində şənliklərə gedirəm. Ədalət Nəsibovla yaxşı münasibətim olub, mahir saz ifaçısı idi, ustad idi. Baməzə, güclü yumoru, yaxşı nəsihətləri var idi. Həm həyat, həm də sənət baxımından. Yaş da önəmlidir, “çox gəzən, çox bilər” deyiblər.

- Çox gəzmək demişkən, bizim aşıqların xaricdəki fəaliyyəti ilə bağlı nə demək olar? Sanki, xaricdə də çox görünmürsünüz…

- Həm razıyam, həm də narazı. Fransadan üzü belə çox ölkədə olmuşam,. Elə bu yaxınlarda həm Qətərdə, həm də Özbəkistanda Azərbaycan mədəniyyət günləri oldu. Qətərdə tək iştirak etdim, Özbəkistanda da Aşıq Samirə ilə. Məsələn, orada rok ifa etdik.

- Onda bunu yenilik hesab edə bilərik?

- Bəli, yaxşı da qarşılandı. Ana xəttə dəymədən “Cəngi”dən “Misri”yə ifa etdik. Xeyli izlədilər.

- Aşıq məktəbi, sizcə, hansı bölgəmizdə daha yaxşıdır?

- Tam səmimi deyirəm, hamısında. Hamısı biri-birinə bağlıdır. Belə ayrımçılıq etmək doğru deyil. Hər yerin mahir ifaçıları var. Belə deyək, kamanın öz yeri, tarın öz yeri. Məsələn, deyə bilərəm ki, Şirvan Aşıq Məktəbində son dönəmlər səngimə var və mən bundan narahatam. Yaxşı, mən ifa elədim, bir neçə gəncimiz var, onlar da etdi, sonra nə olacaq? Ona görə də təbliğat aparmaq lazımdır.

- Gənc aşıqlardan razısınız?

- Gənclərdən narazılığım var. Hamısı solo-saz ifasına qaçır və düzgün ifa etmir.

- Ustadları elə öyrədir?

- Yox. Şüurlarında problem var. Gözlərini açıb, çox yerdə o cür uyğunsuz ifalar görürlər, ona görə.

- Bədii ədəbiyyatla aranız necədir? Roman, hekayə oxuyursunuz, yoxsa ancaq aşıq şeirləri?

- Aşıqlıq sənətində dastançılığı bilməlisən. Düzdür, indi buna da maraq azalıb, amma bilməlisən. Müasir Azərbaycan ədəbiyyatını az oxuyuram, o da vaxta görə. İşim çoxdur. Qobustan Mədəniyyət Evinin direktoruyam, yaradıcılığım, konsertlər, el şənlikləri - buna görə də vaxt az qalır. Amma yenə də bacardıqca oxuyuram ki, elmim artsın, nitqim formalaşsın.

- Əsl aşıq necə olmalıdır? Məsələn, elə aşıqlar var, rəqs də edir, aktyorluğu bacarır, muğam oxuyur - hamısı da eyni anda!

- Əsl aşıqda bunların hamısı olmalıdır, bacarmalıdır. Əksər aşıqlar isə bacarmır. Eləsi var, saz çala bilir, oxuya bilmir. Eləsi var, qoy, ancaq müğənni kimi oxusun, eləsi var, dastan bilmir. Aşıq meydangir olmalıdır. Onun yaxşı və pis olması meydanda bilinir.

- Sənətin digər növlərində davalar gedir. Məsələn, kişi yazıçı-şairlər daha yaxşıdır, nəinki qadınlar. Aşıqlıqda necə, qadınları daha öndə görürsünüz, ya kişiləri?

- Bilirsiniz, xislət məsələsi var. Bəzən deyirlər ki, filan xanım kişi kimidir. Mən bunu qəbul etmirəm. Qadın qadındır, xanımın dünyaya baxışı ayrıdır, kişinin ayrı; qadının yazdığı ayrıdır, kişinin yazdığı ayrı. Mən deyə bilmərəm ki, qadın yaxşıdır, ya kişi. Hərəsinin öz rolu, yolu var.

- Tarixi ardıcıllıqla götürsək, aşıq adı ilə ümumtürk şerinin ən görkəmli simaları var. Aşıq Paşa, Aşıq Çələbi, Aşıq Əhməd, Aşıq Abbas Tufarqanlı. Müasir zəmanədə siz bu ardıcıllığı necə qurardınız?

- Aşıq Şakir, Aşıq Xanmusa, Aşıq Məmmədağa, Aşıq İmran, Aşıq Kamandar, Aşıq Əkbər və s. Bunlar dünənimizin-bugünümüzün aşıqlarıdır.

- Sizlərdə ustadlıq necə olur? Yaşa görə?

- Bədbəxtçilik ondadır elə. Gözləyirlər, 60 yaşı olsun, sonra dədə, ustad deyilsin.

- Siz gəncsiniz, özünüzü ustad hesab edirsiniz?

- Mən heç nə deyə bilmərəm. Heç kimə də demirəm ki, mənə “ustad” de. Özümə yaraşdırmaram. Özümün özümə deyəcəyim söz deyil, axı.

- Bəs narahat da olmursunuz kimsə belə deməsə? Aşıqlıq sənətində xidmətləriniz var axı.

- Narahat deyiləm.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər - Saffari yazır....
Bu gün, 11:00
Köçəryan Ermənistandan qaçmağı planlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:59
Şəmkirdə körpə qızdırmadan ölüb
Bu gün, 10:58
Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır - TƏBİB-in yeni sədrinə müraciət
Bu gün, 10:56
Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:44
Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - Roma Papası Azərbaycana səfərə dəvət edilib
Bu gün, 10:42
Naxçıvan TV əməkdaşları ETİRAZA HAZIRLAŞIR... - "İfadə azadlığımızı pozurlar..."
Bu gün, 10:38
Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı planı açıqlandı - KİV
Bu gün, 10:30
Direktor müavini ilə bağlı ŞOK İDDİALAR... - Yeməklərinin hesabı da işçiyə yüklənir...
Bu gün, 10:24
“Neftmaştəmir” şirkətinin ötən il mənfəəti 2 dəfədən çox azalıb - DETALLAR
Bu gün, 10:04
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq - BUNDAN SONRA...
Bu gün, 10:02
Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir?
Bu gün, 09:50
Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR! - ETİRAZ VAR!
Bu gün, 09:45
Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? - SƏBƏB
Bu gün, 09:37
Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı QƏRAR
Bu gün, 09:31
“Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” - Xanəndədən ETİRAZ
Bu gün, 09:30
Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:26
“Zeynəb Xanlarova toylara getməyib, bizi bazarda da görüblər, marketdə də...”
Bu gün, 09:24
Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:14
Paşinyan onu Azərbaycana verəcəkmi? - AKTUAL
Bu gün, 09:10
Bakının mərkəzində SU ÇİLƏSİ... - Vətəndaş deyir ki...
Bu gün, 08:59
"Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" - partiya sədri
Bu gün, 07:47
Əməkdar artist fotosessiyasını paylaşdı və... - "HEÇ NƏ BİTMİŞ SAYILMAZ!"
Bu gün, 07:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru