Kartı bloklanan vətəndaş nə etməlidir? .....                     Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə .....                     Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar .....                     NDU rektoru heyrətləndirir... .....                     Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     "DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                     Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR .....                     “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” .....                     Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... .....                     "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" .....                     "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al" .....                     İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək .....                     Toylarda spirtli içkilər qadağan olunacaq? .....                     Ermənilər artıq barbarlıq edirlər .....                     “Sürücü tüstülənən avtobusu güclə saxladı” .....                     SOCAR-da yeni təyinat .....                     Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı .....                 

"İstər-istəməz notlar illər keçdikdən sonra saralır" - MÜZAKİRƏ
Tarix: 31-10-2023, 08:23 | Çap et
"İstər-istəməz notlar illər keçdikdən sonra saralır"
“Azərbaycan musiqisi dünyada heç yerdə qəbul edilmir. Çünki Azərbaycanda yazılan musiqilər beynəlxalq standartlara cavab vermir”. Bunu Bakıda keçirilən Musiqi Forumunda Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi deyib.

Siyavuş Kərimi ölkədəki musiqi studiyaları məsələsinə toxunub: “Elementar bir şeyi deyim, Azərbaycanın himni İngiltərədə yazılıb. O 3 dəqiqəlik səsyazmaya görə Azərbaycan İngiltərəyə 200 000 funt sterlinq pul ödəyib. Məgər Azərbaycanda lazımi studiya yaradıb onu burada etmək olmaz? Biz studiyasız heç yerə çıxa bilmərik, bilməyəcəyik”.

Qeyd edək ki, ölkədə Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi və onun tərkibində fəaliyyət göstərən musiqi kollektivləri var. Səsyazma Evinin rəhbəri əməkdar artist Ramil Qasımovdur.

Bəs Siyavuş Kəriminin narahatlığı nə dərəcədə ciddidir? Nə demək, musiqimiz heç yerdə qəbul edilmir? Söhbət hansı beynəlxalq standartlardan gedir? Azərbaycanda lazımi studiyalar yaratmağa nə mane olur?

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə də Mədəniyyət Nazirliyinə müraciət edərək, keyfiyyətli səsyazma studiyasının yaradılmasını istəmişdi.

“Dövlət tədbirlərində müraciət etdiyimiz, istifadə etdiyimiz musiqilərin səviyyəsi çox aşağıdır. Səbəb dövlət səviyyəsində səsyazma studiyamızın olmamasıdır. Belə studiya olsa, həmin musiqilər yenidən yazılar və yeni formatda səslənər. Əvvəllər belə studiyamız olub. Ona görə də keçmişdə lentə yazılan musiqilərin keyfiyyəti qənaətbəxşdir. Amma son illər tədbirlərdə, xüsusilə dövlət tədbirlərində səslənən musiqilərin səslənmə keyfiyyəti bizi qane etmir. Studiya yaradılsa, həmin musiqilər, mahnılar yenidən yazılar və daha səviyyəli şəkildə səsləndirilər. Bəstəkarlar İttifaqı olaraq, Mədəniyyət və Turizm Nazirliyindən dəstək istəyirik", - deyə Firəngiz Əlizadə qeyd etmişdi.

DİA.AZ bildirir ki, mövzu ilə bağlı xalq artisti, “Şöhrət” ordenli bəstəkar Faiq Sücəddinov “Yeni Müsavat”a danışıb. Faiq Sücəddinov ilk öncə Bakıda keçirilən Musiqi Forumunu çox böyük dəyərləndirdiyini deyib: “Bu forumun əsas mahiyyəti ondan ibarət idi ki, problemləri açıb ortaya qoyurdular. Müəllimlər tədrislə bağlı, yaradıcı insanlar isə musiqi ilə bağlı öz problemlərinin dilə gətirirdi. Məsələn, müəllimlər deyirdi ki, məktəblərdə piano yoxdur. Pianosuz musiqini necə keçmək olar? Həmçinin musiqi ilə bağlı vəsait, notlar yoxdur. Adətən uşaqlar notları kserokopyadan çıxarırlar ki, bu da çox keyfiyyətsiz olur. Hansısa əsərlər var ki, 20-ci əsrdə yazılıb, bu gün onları çox çətinliklə tapırıq.

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli qeyd etdi ki, Mədəniyyət Nazirliyində bir fond olmalıdır və həmin fond əsərləri almalıdır. Əvvəllər belə ənənə var idi, belə ki, əsərlər alınır, daha sonra orkestrə, ya da hansısa ansambla, xora həvalə olunurdu ki, ifa olunsun.

Digər problemlərdən birini isə Siyavuş Kərimi müzakirəyə çıxardı, qeyd etdi ki, ölkədə lazımi səviyyədə səsyazma studiyası yoxdur.

Qeyd edim ki, yaxşı keyfiyyətli səsyazma studiyasından əvvəl ölkədə yaxşı səs rejissorları olmalıdır, onları yetişdirməliyik. Əvvəllər bizim səs rejissorlarımızın əksəriyyəti bəstəkarlar idi. Onlar xarici ölkəyə gedərək, bunun məktəbini öyrənir, daha sonra vətənə geri qayıdaraq, onu tətbiq edirdilər. Bu bir sənətdir. Əlbəttə, yaxşı avadanlıq da olmalıdır, amma qeyd etdiyim kimi, ilk öncə yüksək səviyyəli səs rejissorları yetişdirməli, onları oxutdurmalıyıq.

Azərbaycanda, Bakı şəhərində demək olar ki, böyük orkestr üçün studiya yoxdur. Ola bilsin ki, studiya var, amma lazımi avadanlığı yoxdur. Avadanlıqdan başqa səsyazma studiyasında mikrofonlar olmalı, həmçinin nöqtələr olmalıdır ki, hansı ifaçı harada oturmalıdır və sairə. Bu, böyük, nəhəng prosesdir və onu etmək lazımdır.

Şəxsən mən bu yaxınlarda “Zəfər” simfonik poemasını yazmışam və onu çox çətinliklə səsyazma studiyasında “Youtube” üçün yazdırmışam. Ona görə ki, 100 il keçsə belə, əsərim “Youtube”də qalsın və bu əsəri axtarıb, dinləmək hər kəs üçün əlçatan olsun. Yəni not öz yerində, amma bunu səsləndirmək və studiyada yazdırmaq lazımdır. İstər-istəməz notlar illər keçdikdən sonra saralır, köhnəlir, amma onu yazdıranda ömürlük qalır.

Beləliklə, son əsərimi çox çətinliklə yazdırdım. Çünki bütün xor eyni zamanda studiyaya girə bilmir, onların səsini eyni vaxtda yazmaq olmur. Ona görə də hər dəfə 4 və yaxud 5 nəfər olaraq, bu səsləri yazdıq. Amma avadanlıq olsaydı, bütün bunları cəmi 4-5 dəfəyə yazmaq olardı. Yəni təsəvvür edin, biri var ki, orkestr girsin, 4-5 dəfəyə səs yazılsın, biri də var ki, ifaçılar 2-3 nəfər olaraq girib, səsləri yazdırırlar. Bu, çox çətin prosesdir".

Xalq artisti Gülyaz Məmmədova isə qeyd edib: “Hesab edirəm ki, Azərbaycanda keyfiyyətli, yaxşı səviyyəli səsyazma studiyaları var və mənim bununla bağlı heç vaxt çətinliyim olmayıb.

Təbii ki, musiqilərimiz dünyada qəbul olunur. Hesab edirəm ki, xalq artisti Siyavuş Kəriminin bu narahatlığı əsasən orkestrlə bağlı səsyazmalarla bağlıdır. Əlbəttə ki, ciddi üslublu, orkestr musiqilərinin, böyük əsərlərin yazılması üçün çox keyfiyyətli, hər cür avadanlığa malik səsyazma studiyası tələb olunur. Bu baxımdan, Siyavuş Kəriminin fikirləri qəbul olunandır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Dünən, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Dünən, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Dünən, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Dünən, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Dünən, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Dünən, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Dünən, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Dünən, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
18-06-2026, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
18-06-2026, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
18-06-2026, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
18-06-2026, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
18-06-2026, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
18-06-2026, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
18-06-2026, 17:25
Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
18-06-2026, 17:22
Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
18-06-2026, 17:19
Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
18-06-2026, 17:15
800 illik Səlcuqlu ayaqqabısı - FOTO
18-06-2026, 17:12
Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
18-06-2026, 17:05
Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
18-06-2026, 16:53
Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
18-06-2026, 16:50
Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
18-06-2026, 16:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru