"İncitməyin Orxanın ruhunu, Allahsızlar!" - ETİRAZ
Tarix: 18-10-2023, 07:59 |
Çap et
İntihar edən biznesmen Orxan Məmmədlinin həyat yoldaşı jurnalist Türkan Məmmədli açıqlama yayıb.
DİA.AZ xəbər verir ki, onun instaqram səhifəsində bu hadisə ilə bağlı əsassız iddialara yayan şəxslərə cavab verilib.
“Faciəmdən reytinq tutanlara haqqımı halal etmirəm. Orxanı sevib ailə qurmuşam, gözəl ailəm olsun deyə daima çabalamışam. 2 gözəl oğlumuz var. Rəsmən boşanmamışdıq. Onun vəfatı mənə çox ağır gəlir.
İnsanlığınız olsun, qoyun dərdimi çəkim. İki balam atasız qaldı. Dünyam uçub, siz şər-böhtan, reyting hayındasız.
Bu gündən sizin də qapınızda olacaq! O zaman hesablaşarıq. İncitməyin Orxanın ruhunu, Allahsızlar!”, - deyə, bildirilib.
Qeyd edək ki, O. Məmmədli iş yerində özünü asaraq intihar edib.