Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                     Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub .....                     İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur .....                     İrəvanı hansı senarilər gözləyir? .....                     İnsanlara zəhərli və iylənmiş balıq satılır! .....                     Kartı bloklanan vətəndaş nə etməlidir? .....                     Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə .....                     Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar .....                     NDU rektoru heyrətləndirir... .....                     Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     "DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                 

Muğamdan qorxanlar üçün... antidepressant - replika
Tarix: 11-10-2023, 16:17 | Çap et
Muğamdan qorxanlar üçün... antidepressant
Əslində muğam - geniş anlayışdır. Necə deyərlər, orqanik olaraq, bütöv, harmonik bir sistemdir. Muğamın depressiya yaratması fikri ilə razı deyiləm. Bu cür fikirlər xeyli yayğın olduğuna görə ayrıca bir yazı ilə öz mülahizələrimi bölüşmək istədim.

Əvvəla, baxır ifaya. Soruşuram: hansı Azərbaycanlı Seyid Şuşinskinin "Arazbarı"sını dinləyən kimi dərhal gedib, özünü Xəzər dənizində boğub?! Alim Qasımovun "Rahab"ından sonra kim özünü "Alov qüllələri"dən yerə atıb?! Kim Yaqub Məmmədovun "Rast" dəstgahına qulaq asanda o qədər əfkara qapılıb ki, otağa çəkilib, qapını bağlayıb və... balışa ağlayıb?! Arif Babayevin "Segah"ından təsirlənib xarakiri edən çoxmudur?!

İkincisi, muğamın içində müxtəlif ritmlər, çalarlar - təsniflər, rənglər, diringələr var. Ayrıca zərb muğamları da var axı. Ağzımızda "zərb muğamı" deyirik!

Amma əsas muğamların - Segah, Bayatı-Şiraz, Rast, Çahargah, Hümayun, Şur, Şüştər dəstgahlarının içində də ritmik hissələr var. Bayaq sadaladım. Ona qalsa, gərək aşıq musiqisinə də qulaq asmayaq. İndi neyləyək?! "Ruhani" havasını qadağan edək?!

Muğam başqa klassik sənət örnəklərimiz kimi bizi birləşdirən dəyərlərdəndir. Ana dilimiz, Vətən torpağı, istiqlalçılıq təfəkkürü, "Dədə Qorqud" dastanı, Qobustan rəsmləri... bizi necə bir nöqtədə birləşdirir, identikləşdirirsə, muğamın Azərbaycan versiyası da eləcə. Bizi birləşdirən dəyərlərə niyə hücum edirik?! Anlamıram.

Bir zamanlar postmodernist yazarlar bu fənddən erkən məşhurluq üçün çox istifadə edirdi. İndi yenə də dirçəlir bu "ənənə". Belə görünür.

Azərbaycanın dünyaya səs salmış alimləri, şairləri, filosofları, sənətçiləri muğamın xiridarları, vurğunları olub. Nəsimini, Füzulini, Nəbatini, Seyid Əzimi, Sabiri, Vahidi... daha çox muğamla tanımamışıqmı?! Muğamda tapmamışıqmı?!

Biri yazır ki, muğam milləti yatızdırır?! Muğam milləti yatızdırsaydı, intonasiya yaddaşı muğamata köklənmiş Qarabağdan Rafiq Əliyev, Xudu Məmmədov, Məmməd Xələfov kimi alimlər çıxmazdı. Onları şəxsən tanıdığım üçün adlarını çəkdim və bilirəm ki, muğamı sevən, dinləyən insanlardır. Muğam bizi yuxuya versəydi, onlar da yatardı. Belə böyük elm xadimləri yetişməzdi. Şirvanda da yetişməzdi, Gəncədə də, Bakıda da, Şəkidə də...

Deyirsən ki, muğam yatızdırır.

Adama deyərlər: sən muğam dinləmirsən, bəs niyə yatmısan?! Ətrafında baş verən taleyüklü hadisələrə, ölkədəki, dünyadakı vəziyyətə dair bir dişə dəyən paylaşımı olmayanlar - fil qulağında istirahət edənlər də deyir ki, muğam milləti yuxuya verib?!

Hamıya aid deyil, təbii ki.

Muğam millətə zərərli olsaydı, Üzeyir bəy Hacıbəyli kimi milli qeyrətli düha gözünün nurunu töküb, o boyda musiqi xəzinəsini nota köçürməzdi?! Üzeyir bəyin operaları muğam üstündə deyilmi?! Niyə sevilib bu qədər?! Sevilməzdi də.

Yaxud meydanlarda yüzminlərlə insan "Koroğlu" operasının üvertürası ilə bir yumruğa dönürdü. Muğam üstündə deyilmi bu?! Milli-azadlıq hərəkatı zamanı insanları ayağa qaldırıb nümayişlərə çıxaran, ruhunu bədənində cövlan etdirən marşı "Heyratı" zərb muğamının melodiyası ilə hayqıran biz deyildikmi?! Qarabağı unutdurmayan və bizi torpaqlarımızın azad olunmasına onillər boyu çağıran "Qarabağ şikəstəsi" deyildi ki?! Ən ümidsiz - Şuşasız günlərimizdə belə konsertlərin lap sonunda "Qarabağ şikəstəsi" oxunanda hamı ayağa qalxıb alqışlamırdı?! Yaxud "Qarabağ bülbülləri"nin ifasında - uşaq səsində "Bayatı-Şiraz" səslənəndə, itirdiyimiz torpaqlar, arxada buraxıb gəldiyimiz xatirələr üçün ürəyimiz titrəmirdimi?! Göz yaşı axıtmırdıqmı?! İşğalçıya qəzəbimiz körüklənmirdimi?! Qanımız damarımızda oynamırdımı?! 44 günlük müharibənin melodik rəmzinə çevrilən "Xudayar" təsnifinə nə deyirsiniz?! Bu ki caz, rok, pop... deyil.

Caz demişkən, Vaqif Mustafazadə cazı muğamla sintez edib, bizi dünyaya mədəni millətlərdən biri kimi tanıtmamışdımı?!

Adama deyərlər, muğamı sevmirsən, dinləmirsən, onda niyə yuxulayırsan?! Niyə depressiyadan əziyyət çəkirsən?!

Kimsə yuxulamaq üçün muğamı bəhanə edirsə, o başqa. Yaxud öz depressiv ruh halına səbəb göstərmək üçün muğamı seçirsə...

Dələduzluğa görə yatıb çıxmış və... TV kanalına çıxmış falabaxan aparıcını dinləyəndə, bəstəkar-müğənni "şairə"sinin başındakı çalağan yuvasını görəndə, efirlərdən sosial ağlaşma proqramlarını izləyəndə, hərşeyşünasların və vətənşüvənlərin meydan suladığına baxanda, adını "politoloq" qoymuş və milləti loxlayan politoloxları seyr edəndə... depressiyaya düşmürüksə, narahat olmayın, muğam eşidəndə də düşmərik. Tüğyan edən korrupsiyadan, pozulan hüquqlardan, yeyilən haqlardan, məmur özbaşınalığından, ceyran belinə qalxmış dükan-bazar qiymətlərindən... depressiyaya düşüb ölməmişiksə, deməli, muğamatdan heç qorxmağa dəyməz!

Ayrıca muğamdan çox qorxanlar istəsələr, bu mətni antidepressant kimi də qəbul edə bilərlər.

...Mən musiqiçi deyiləm. Muğam bilicisi heç deyiləm. Sadəcə, Qarabağda muğamın sədaları altında böyümüşəm. Milliyyətcə Azərbaycan türkü, coğrafiyaca Azərbaycanlıyam. Bu yazdıqlarım mənim şəxsi düşüncələrimdir. Yanlış şərh etmiş ola bilərəm; fikirlərim mübahisəyə, təbqidə, təbii ki, açıqdır. Ancaq bir fikrimi təkrarlayaraq bu yazını yekunlaşdırıram: muğam da bizi birləşdirən dəyərlərdən biridir. Bizi birləşdirən dəyərləri zədələməyək. Əgər biz... bizdən qopmaq istəmiriksə.

Məncə, bunu istəmirik və istəmərik də.

Elə deyilmi?!

Bahəddin Həzi, Bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Dünən, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Dünən, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Dünən, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Dünən, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Dünən, 02:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru