“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib .....                     İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... .....                     Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var .....                     Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                     Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub .....                     İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur .....                     İrəvanı hansı senarilər gözləyir? .....                     İnsanlara zəhərli və iylənmiş balıq satılır! .....                     Kartı bloklanan vətəndaş nə etməlidir? .....                     Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə .....                     Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar .....                     NDU rektoru heyrətləndirir... .....                     Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                 

“İstanbul Konvensiyası qadınlarımızı qoruyurdu, amma hökumət sənədi rədd etdi”
Tarix: 24-09-2023, 08:51 | Çap et
“İstanbul Konvensiyası qadınlarımızı qoruyurdu, amma hökumət sənədi rədd etdi”
İstanbulda tanınmış xanım aparıcı, jurnalist Tuba Atavla görüşəcəyimi öyrənəndə çox şad oldum. Tuba xanımı vaxtiylə Türkiyənin “Show TV”, “Habertürk TV” kanallarından izləmişdim, başqa media orqanlarında da təcrübəsi olduğunu bilirdim, onunla söhbət maraqlı olacaqdı.

Tuba Atav fəaliyyətinə 1991-ci ildə Anadolu Agentliyində (AA) müxbir kimi başlayıb. 1996-cı ildə “Star TV”-də beynəlxalq əlaqələr, diplomatiya, siyasət sahəsinin müxbiri kimi davam edib. Daha sonra “Kanal 6”-da televiziyanın Ankara təmsilçisi üzrə müxbir, ardınca ATV-də eyni vəzifədə işini davam etdirib. Türkiyənin “Yeni Aktüel”, “Takvim” qəzetlərində müxbirlk edib. “Doğruya doğru” verilişinin müəllifi və aparıcısı kimi 2008-ci ildə “Show TV”-də yenidən ekranlara qayıdıb. 2010-cu ildə kanalın Xəbər Proqramları Departamentinin rəhbəri vəzifəsini icra edib.

Ardınca “Skytürk 360” telekanalının əsas xəbər proqramının, daha sonra yenidən “Show TV”-yə dönərək həftəsonu xəbərlərinin aparıcısı olub. Eyni zamanda “Skytürk 360” kanalında “Doğruya Doğru” müəllif verilişini də təqdim edib. 2015-ci ildə “Habertürk TV” kanalında işini davam etdirib, “Gün başlıyor” verilişinin aparıcısı kimi ekrana çıxıb. 2018-ci ildə “Demirören” Xəbər Agentliyində (DHA) müdir müavini, kanalın Ankara təmsilçisi olub.

2020-ci ilin 9 martından eyni missiyanı “Haber Global TV”-də üzərinə götürüb. Hazırda kanalın Xəbər Proqramları Departamentinin rəhbəri vəzifəsində fəaliyyətini davam etdirir. Beləliklə:

- Tuba xanım, Türkiyədə media qadını olmaq asandırmı?

- Qadının yaradılışından cəmiyyətdəki yükü həmişə ağır olub. İstər ailədə, istər sosial həyatda onun üzərinə düşən vəzifələr əsrlər boyu azalmayıb. İş həyatına atılan qadınların qarşısındakı maneələr də həmişə olub, kişilərlə müqayisədə onlar daha çox əngəl aşmalıdırlar. Cəmiyyətdə qadınların hər sahədə uğur qazana bilməsi düşüncəsi hələ də hökm sürür. Halbuki, istək və peşəyə sevgi olduqdan sonra cinsiyyətin fərqi yoxdur.

Dünyanı gəzib görmüş biri kimi deyə bilərəm ki, dünyanın hər yerində - Afrikada da, Avropada da, Amerikada da qadınlara baxış təqribən eynidir. Qadınların iş yerlərində kişilərə nisbətən az sayda olması, eyni işləri görənlər arasında maaş fərqi, bir çox ayrıseçkilik, təəssüf ki, hələ də mövcuddur. Eləcə də, mediada bir qadın olaraq fəaliyyət göstərmək də böyük məsuliyyət tələb edir. Hələ ailəsi olan xanımların mediada özünə hədəf seçməsi, peşəsini istədiyi kimi icra etməsi əzmkarlıq istəyir. Türkiyədə hazırda media insanı olmaq, peşəkar sahədə özünü sınamaq həm qadın, həm də kişi üçün deyərdim ki, bərabər cəsarət, əmək tələb edir. Məncə, mediada da bu mənada baxış eyni olsa, cinsindən asılı olmayaraq hər kəs öz işini layiqincə görər.

- Siz peşəkar TV siması, media nümayəndəsisiniz. Bu mövqeyə gələnədək sizin də çətinliyiniz olub?

- Əlbəttə. Elə öz təcrübəmdən misal çəkmək istəyirəm. Mən müxbirlikdən başlamışam. Ötən əsrin 90-cı illərində bu günlə müqayisədə bir xanımın müxbir işləməsi daha çox fədakarlıq tələb edirdi. Bu mənada qadın kimi çətinliklərim çox olub. İstənilən vaxtda işlə bağlı çağırışa getmək, baş verən hadisə yerinə gecəsindən, gündüz saatından asılı olmayaraq yetişmək bir qadın üçün heç də asan deyildi. Bizim peşəmizin iş saatı, tətil saatı yoxdur, bilirsiz.

Otuz iki ildir ki, bu işi görürüəm, hər zaman özümü qadın cinsindən işçi kimi görməmişəm. Mənim məsləkdaşlarım da hər zaman bu qənaətdə olub. Məni qadın yox, bir insan olaraq görüblər. İstər fəaliyyətimin müxbirlik, xəbər proqramı aparıcısı, qəzet yazarlığı mərhələsi olsun, hər zaman bu belə olub.

Bilirsiz, burada bir məqam da var, bənzər düşüncələrə sahib dostlarla, həmkarlarla işləmək də adamın işini asanlaşdırır. Sözsüz, iş həyatında ailədən gələn tərbiyə, dəyərlərin təbliği də qadına münasibətdə rol oynayır. Hazırda fəaliyyət göstərdiyim televiziya kanalında da dediyim məsələlər hər zaman diqqətdə saxlanılır, istər qadın, istərsə də kişi işçiyə münasibət bərabərdir.

- Bəs ümumilikdə götürsək, Türkiyədə qadın hüquqlarının vəziyyəti necədir? Sizdə də qadın cinayətləri, erkən nikahlar kimi əzəli problemlər davam edir…

- Təəssüf ki, Türkiyədə qadınların vəziyyəti ürəkaçan deyil. Doğrudur, illərdir, bir çox dövlət qurumları, hökumət qadınların haqlarının qorunması yolunda islahatlar aparır, cüzi də olsa layihələrin hesabına effektiv nəticələr var, amma mərkəzdən uzaqda, hələ də ailələrdə doğulan qız uşaqları gələcəkdə valideyn üçün artıq yük kimi görünür. Qızların təhsilə cəlb olunması, oğlan uşaqları ilə bərabər qayğı, diqqət görməsində ayrı-seçkilik davam edir. Türkiyənin cənub-şərqində, şərq bölgəsində qız uşaqları hələ də erkən yaşlarında ərə verilir. Hələ də çox insan anlamaq istəmir ki, bir kənddən bir qızın oxuması, hansısa elmə yiyələnməsi tək elə o kənddə nə qədər dəyişiklik edə bilər. Bu, başqa ailələrə nümunə, motivasiya qaynağıdır. Düşüncələri dəyişmək üçün bundan gözəl yol görmürəm.

Uzun illərin təcrübəsinə dayanaraq əminliklə deyə bilərəm ki, qız uşaqları əzmkar olurlar, hədəflərini dəqiq seçirlər. Oğlan uşaqlarına çox şey hazır təqdim edildiyi üçün qızlar əvvəldən fədakarlığı nəzərə alırlar. Bu gün dünya üzrə qadınların öz hüquqları uğrunda mübarizələrinin şahidi oluruq. Pozitiv diskriminasiya məsələsinə də doğru baxmıram, bizim istədiyimiz qadınların daha yüksək yerlərə qoyulması deyil, sadəcə onların sosial hüquqlarının təmin olunması və tanınmasıdır. İki cins arasında bərabər imkanların yaradılmasıdır.

Bu gün Türkiyədə qadın hüquqlarını müdafiə edən çox sayda qruplaşmalar, təşkilatlar var. Onların səsini daha çox 8 martda eşitmək olur, hökumətin bəzi qadağalarına baxmayaraq, etiraz və tələblərini səsləndirirlər. Əslində, haqqını tələb edənlərə həmişə qəribə baxırlar. Amma bir daha vurğulayıram ki, qadın olduğumuz üçün bizə sərt şərtlər qoyulmasın, bu, bizim üçün yetərlidir.

- Yeri gəlmişkən, Türkiyənin İstanbul Konvensiyasından çıxması məsələsinə də münasibətiniz maraqlıdır…

- “İstanbul sözləşməsi qadınları yaşadır”, - biz belə deyirik. Bu sənəd bütün qadınların şikayətlərinin təmin olunmasında əsas rol oynayırdı. Dövlət qurumlarında qadın hüquqlarının müdafiə edilməsində mexanizmə dəstək verirdi. Konvensiya cəmiyyətdəki neqativ ənənələrə də qarşı çıxırdı. Misal üçün, 18 yaşdan kiçik qızlarla evlənmək məsələsi qanunla qadağa olunsa da, bu hallar baş verirdi, amma konvensiyanın tələbinə görə sərt addımlar atılırdı.

Təəssüf ki, İstanbulda qəbul edilən, bəndbəbənd burada hazırlanan sözləşmə bir anın içində, deyərdim ki, qadınlarımız üçün əhəmiyyətini itirdi - Türkiyə konvensiyadan imtina etdi. Bu qərarın tələsik, bir anda, hətta bir gecədə olması bizi də çox təəccübləndirdi. Mühafizəkar kəsimin konvensiyanın bəzi şərtlərinə qarşı xeyli vaxt idi ki, etirazları vardı, nəticə olaraq onların dediyi oldu.

Avropa Şurasının “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə” haqqında Konvensiyası İstanbulda qəbul edildiyi üçün İstanbul Konvensiya kimi adlanır. 2011-ci il mayın 11-də İstanbulda imzalanan insan hüquqları müqaviləsi hesab olunur. Konvensiya qadınlara qarşı zorakılığın qarşısının alınması, qurbanların qorunması və cinayətkarların cəzasızlığına son qoymağı, gender bərabərliyinin təminatını hədəfləyir. 2012-ci il 12 martda Türkiyə konvensiyanı təsdiqləyən, qəbul edən ilk ölkə oldu. Ardınca 2013-2019-cu illərdə 45 ölkə və Avropa İttifaqı tərəfindən sənəd imzalandı və 34 ölkə tərəfindən ratifikasiya edildi. Azərbaycan isə indiyə qədər bu sənədi imzalamayıb.

2021-ci il 20 martda Türkiyə Prezidentinin qərarı ilə ölkə konvensiyadan çıxdığını bəyan edib. Hökumətin sürpriz çıxma səbəbinə Türkiyə hökuməti belə şərh vermişdi: “Qadın haqq və hüquqlarını qorumaq üçün kənardan yardıma ehtiyacımız yoxdur. Dövlətimiz adət, ənənə və qanunlarımızla qadın hüquqlarını qorumağa yertərli gücə sahibdir”.

- İstanbul konvensiyasına “yox” deyən Türkiyə nə itirdi?

- Təbii ki, bu, yenidən problemlərimizi bir az da artırdı. Sosial, məişət zəminində qadın cinayətləri xeyli artdı, əvvəllər də vardı, mediada da bu barədə tez-tez xəbərlər eşidirik - bu, hələ aşkar olunan xəbərlərdir. İndi qadınları cinsi zorakılıqdan qorumaq yenidən çətinləşib, evdə, küçədə, uşaqlarının gözü qarşısında qadına zorakılıq etmək adiləşib. Ən pisi də odur ki, cəzasızlıqdan zorakılıqdan cəsarət alanlar çoxalıb. Qadına qarşı psixoloji təzyiqlər, döyülmə faktları, bəzən şikayətlərə etinasızlıq nəticəsində cinayətlərin baş verməsi üzücüdür.

- İstanbul Konevnsiyasının yenidən bərpası mümkündürmü? Ümid varmı?

- Yenidən bu sənədin qəbul olmasına ümidlə yanaşıram və çox arzu edirəm ki, bu yalnış düzəldilsin. Konvensiyaya əməl olunduğu vaxtda əldə edilən effektiv nəticələr vardı. Düşünürəm ki, bunlara yenidən baxılmalı, qiymət verilməlidir. Misal üçün, kişi zorakılığından qadını qoruyan uzaqlaşdırma qərarı (qeyd: Azərbaycanda bu sənədə “mühafizə orderi” deyilir) indi daha tez verilir. Qadının şikayəti daha tez təmin olunur. Son illər təbliğ olunurdu ki, qadın ilə kişi arasındakı problem məişət zəminində baş verən, tək ər-arvad məsələsi deyil, bu, insan haqları məsələsidir. Bu yanaşma çoxunu zorakılıq törətməkdən çəkindirirdi.

Doğrudur, Türkiyədə hazırda Ailə və Sosial Xidmətlər Nazirliyi (Aile ve Sosyal Hizmetler Bakanlığı) və digər qurumlar problemlə bağlı həllərə çalışır, amma qadına qarşı zorakılıqla mübarizə məsələsi əsas prioritet olmalı, hətta bu məsələ ilə bağlı ölkəni kənd-kənd, bögə-bölgə gəzərək məlumat verilməlidirlər. Necə ki, qadınlara doğuma nəzarət, peyvənd kimi konsultasiyalar verilir, o cümlədən də, bu məsələ də diqqətdə olmalıdır. Mənim belə təklifim var: ailədən başlayan bu münasibətlər, oğlan uşaqlarına hərbi xidmətdə olan zaman da öyrədilməlidir. Kişinin qadına, eləcə də qadının kişiyə davranış məsələləri zamanında aşılansa, həyatın digər mərhələsində zorakılıq kimi fəsadlar ortaya çıxmaz.

- Zorakılıq qurbanlarının qorunması üçün Azərbayanda da az sayda olsa da, sığınacaqlar var. Sizcə, sığınacaq sayını artırmaq doğrudur? Çoxu bunu zorakılığın artacağına səbəb kimi görür.

- Bəli, sığınacaqlar ehtiyac varsa, olmalıdır, zorakılıq qurbanlarının müdafiəsi üçün mütləqdir. Bir məqam var, sığınacaqların artırılması, qadınları gücləndirməz, amma onları əzilməkdən qoruyar. Hökumət bu mənada qarşı cinsdən zərər görənlərə sahib çıxmalıdır, onların övladları varsa, onlara da psixoloji dəstək verməlidir. Belə qadınların müstəqil yaşaması və iqtisadi asılılıqdan qurtulması üçün dəstək (peşə öyrədilməli, təhsil, təlim kimi) verməlidir. Hüquqi dəstəyin verilməsi də vacib məsələdir.

Müəllif: Raminə Eyvazqızı
AYNA









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru