İrəvan Dövlət Teatrında növbəti QALMAQAL - Direktor təhqirə keçir
Tarix: 14-09-2023, 10:59 |
Çap et
İrəvan Dövlət Teatrında növbəti qalmaqal baş verib.
DİA.AZ-ın Lent.az-a istinadən xəbərinə görə, teatrın direktoru İftixar Piriyev Mədəniyyət Nazirliyinin əməkdaşı, Teatr sektorunun müdiri Vəfa Novruzovanı təhqir edib. Məhz buna görə hazırda teatrın kollektivi arasında iki tirəlik yaranıb. İftixar Piriyevin yanında və qarşısında olanlar arasında gərginlik yaşanıb.
Qeyd edək ki, teatrın direktoru Mədəniyyət Nazirliyində Baş məsləhətçi və teatr sektoru üzrə kurator işləyən Vəfa Novruzovanın şəxsiyyətini təhqir edib.
Deyilənə görə, hazırda İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılması gündəmdədir. Qalmaqal da bu səbəblə yaranıb. Bu İftixar Piriyevin yaratdığı ilk insident deyil. Kollektivin bir çox üzvləri onun dayandırılması üçün sosial şəbəkədə aktivləşiblər. İftixar Piriyev Vəfa Novruzova haqqında həddən artıq xoş olmayan ifadələr işlədib. Teatr əməkdaşları Vəfa xanımın müdafiəsinə qalxaraq, kobudluq edən direktorun cəzalandırılmasını tələb edirlər.
Mövzunu izləməyə davam edəcəyik.