Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                     Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? .....                     Şəkidə kəndi su basdı .....                     “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...” .....                     “Pilgrim Education” şirkətindən şikayətlər artır .....                     Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır .....                     Moskva Köçəryan və Karapetyanı qurban verəcək .....                     Ordumuz xalqımızın qürurudur .....                     Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb .....                     Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb .....                     Erməni evlərində Azərbaycan qazı... .....                     Zəngəzur və konstitusiya naminə “boşanma” .....                     Paşinyandan Putinə doğru “U” dönüşü .....                     “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib .....                     İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... .....                     Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var .....                     Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                     Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub .....                 

“Açıq-saçıq rolda oynaya bilmərəm, çılpaqlıq aktrisanın uğuru sayıla bilməz”
Tarix: 12-09-2023, 09:09 | Çap et
“Açıq-saçıq rolda oynaya bilmərəm, çılpaqlıq aktrisanın uğuru sayıla bilməz”
“Bu mövsüm ilk oynayacağım tamaşa sentyabrın 30-da Şekspirin “3-cü Riçard” əsəri olacaq. Şəhidlərlə bağlı Gülhüseyn Hüseynoğlunun hekayəsi, İlqar Fəhminin ssenarisi əsasında “Ana” adlı qısametrajlı filmdə çəkilmişəm. Ola bilsin ki, oktyabrda onun təqdimatı baş tutsun. Yeni obrazlar yaratmaq, filmlərdə çəkilmək istərdim. Qalib bir millətin filmləri də gözəl olmalıdır. Bizə görə canlarından keçən şəhidlərimizin həyatı, igidlikləri haqqında, qazilərimizin göstərdiyi şücaətlə, Şuşanın alınması ilə bağlı filmlər çəkilməlidir. O cür çətin dağ silsiləsini keçib, qalib adını qazanmaq mənə elə gəlir ki, bizim xalqımız üçün baş ucalığıdır. Mən də həmin filmlərdə ana obrazlarını canlandırmaq istəyirəm. Həqiqətən də kamera, çəkiliş meydançası üçün darıxmışam. Bu sənətə o qədər bağlıyam ki, həyatımı onsuz təsəvvür edə bilmirəm”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Gənc Tamaşaçılar teatrının aktrisası, əməkdar artist Gülər Nəbiyeva deyib. O daha sonra illər öncə çəkildiyi “Girov” filmindən danışıb.

“ “Girov” filmi çox uğurlu ekran əsəri idi. Sadəcə olaraq o illərdə filmlə bağlı bəzi söz-söhbətlər yarandı. Əgər biz bir şeyi humanist ideyalarla çəkiriksə, onda mütləq ətraf aləmdən bəzi qınaqlar gələcək. Mən buna haqq qazandırıram. Öldürmək, məhv etmək heç də insanlıq əlaməti deyil. İstəməzdim ki, qana qanla cavab verilsin. Sadəcə elə bir həddə gəlib çatırsan ki, o zaman məcburiyyət qarşısında qalıb o addımı ata bilərsən. İkinci və ən uğurlu filmlərimdən biri də “40-cı qapı” olub. Bu 2009-cu ildə Amerikada ilk Azərbaycan filmidir ki, “ən yaxşı xarici film” nominassiyası üzrə qızıl mükafat aldı. Düzdür, bu o vaxtı mətbuatda çox da işıqlandırılmadı” deyə sənətkar bildirib.

Əməkdar artist açıq-saçıq səhnələri sevmədiyini bildirib.

“Gizlilik filmdə daha çox effekt verir, nəinki onu açıq-saçıq, bütün çılpaqlığı ilə göstərmək. Bəlkə də sənətçilərimiz deyə bilər ki, mən filan açıq-saçıq rolu böyük məmnuniyyətlə oynaya bilərəm, amma kamera qarşısında o sıxıntını hiss edirsən. Mən açıq-saçıq rolda oynaya bilmərəm. Yalandan nə danışım?! Özümü o obrazda görmürəm. Xanım-xatun obrazları daha çox oynamağa üstünlük verərdim, nəinki açıq-saçıq səhnələri. Açıq-saçıq səhnələr aktyorun, aktrisanın uğuru ola bilməz. Bizim teatrda “Aydın” tamaşasında belə bir səhnə var ki, Gültəkin məcburiyyət qarşısında Dövlət bəyin yanına gəlir və Dövlət bəy Gültəkinin çarşabını götürüb əlindən yerə salır, pencəyini çıxarır və işıq sönür. Həmin anda zalda o səhnəni görmək istəyən o qədər insan var ki. Hamıya maraqlı gəlir ki, görəsən nə oldu?! Yenə də gizlilik. Tamaşaçı marağı budur. Mən “Böyük dayaq” filminə baxanda həmişə fikirləşirəm ki, görəsən Balaş Maya xanımla o xoşbəxt anı yaşaya bildi ya yox?” deyə aktrisa bildirib.

Aktrisa bildirib ki, həyatda tam-tamına xoşbəxt olmaq mümkün deyil.

“İnsan özünü xoşbəxt etmək üçün hər şeyə can atmalıdır. Düzdür, ailə də, oğul-uşaq da insana, ələxsus da qadına xoşbəxtlik gətirir. Xoşbəxtlik sadəcə anlardır. O demək deyil ki, sən 30-40 il xoşbəxt yaşayırsan. Sadəcə orada sənin anların olur. Övladının dünyaya gəlməsi, toy günü, ad günü və s. “Bəlkə də xoşbəxt olardım, xoşbəxtliyin dalınca sürünməsəydim. Səadət içində üzərkən insan, səadət axtarır bəzən uzaqdan”. Əgər mən həyatda yaşadığımı səhnədə də yaşasam orada Gülərlə Nisə xanımın heç bir fərqi olmaz. Küçədə, çöldə-bayırda məni görən tamaşaçılar deyir ki, elə bil ki, mənim həyatımı oynayırsınız. Bəli, biz ümumiləşdirilmiş qadın obrazını yaradırıq. Hər bir kəsin həyatında baş verən anları biz səhnədə canlandırırıq. Tamaşaçı da oradan özünə lazım olanı götürür” deyə əməkdar artist bildirib.

Gülər Nəbiyeva bildirib ki, sənətlə peşəkar aktyorlar məşğul olmalıdırlar.

“Mənə elə gəlir ki, professional aktyolarla işləmək büdcə tələb edir. Hər kəz öz sənətində professionallaşmalıdır. Telefon götürüb nəsə çəkirsənsə o demək deyil ki, sən sənətçisən. Onları sənət baxımından görə bilmirəm. Bilirəm ki, onlar bunu sənət naminə etmirlər. Sabah onlar professional aktyorlarla filmə çəkilərsə, tamaşada oynayarsa müsibət də elə ordan başlayacaq. Dəfələrlə də həyəcanlarının, çaş-baş qalmaqlarının şahidi olmuşam. Demək ki, bu onların sənəti deyil. İndikilər məşhur olub yüngül formada pul qazanmaq istəyirlər. Tiktokerlərə baxıb utanıram. Öz-özümə deyirəm ki, həqiqətənmi bu bizim sənətdir?! Bizim sənətimiz heç də yüngül sənət deyil axı! Bunun təməlini qoyan insanlar, şəxsiyyətlər var ki, biz indi də onların qarşısında baş əyirik. Mənə elə gəlir ki, hər kəs öz işi ilə məşğul olsa daha yaxşı olar. Onlar da məşhur olmaq istəyirlər. Professional olmayan aktyorları seriallara gətirirlər. Nədir-nədir ki, onlara 5 manat az pul verəcəklər. Yaxud da sadəcə onların arzusu efirdə görünməkdir. Bu mənə çatmır” deyə aktrisa bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Bu gün, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Bu gün, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Bu gün, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Bu gün, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Bu gün, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Bu gün, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Bu gün, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Bu gün, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Bu gün, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Bu gün, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Bu gün, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Bu gün, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Bu gün, 09:37
Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Bu gün, 09:32
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru