"Ad günlərimi keçirməməyim qəmli bir hadisəylə əlaqəlidir"
Tarix: 13-06-2022, 10:15 | Çap et
 Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Bəsti Cəfərova Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:
- Bəsti xanım, bu gün sizin doğum gününüzdür. Doğum günlərinizi adətən necə qeyd edirsiniz?
- Adətən mən ad günlərimi qeyd etmirəm. Bu qəmli bir hadisəylə bağlıdır, müsahibələrimin birində bu barədə danışmışam, yenidən xatırlamaq istəmirəm. Amma yubiley illərimizi sinif yoldaşlarımızla birgə qeyd edirik. Biz Nərimanov rayonundakı 82 nömrəli orta məktəbi 1976-cı ildə bitirmişik və indiyə qədər sıx ünsiyyət saxlayırıq, tez-tez görüşürük. Ötən ilki ad günümdə də bir yerdə idik. - Ən gözəl, gözlənilməz, xüsusi hədiyyələri kimlərdən alırsınız? Bəs ən sevdiyiniz hədiyyə nədir?
- Əlbəttə ki, qızımdan. Əslində mən heç vaxt, heç kimdən məxsusi hədiyyə gözləmirəm də. Doğum günü təbriki üçün bir xoş söz, bir telefon zəngi, bir mesaj əgər ürəkdən gəlirsə mənim üçün qiymətlidir. Amma sürpriz hədiyyələr də həyatımda çox olub. - Bəsti xanım, çox nadir aktrisalardansınız ki, heç vaxt teatra xəyanət etməmisiniz, əksinə, tələbələr yetişdirmisiniz, onları teatra cəlb etmisiniz. Siz indi cavanlara, gənclərə yaratdığınız imkanları, şəraiti vaxtilə sizə yaratmışdılar?
- Artıq 20 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğulam. Gəncləri çox sevirəm, onlar bizim gələcəyimizdir. Çox istərdim istedadlı gənclərimiz teatrlara daha çox cəlb olunsunlar. Teatrımızda gənc aktyorlar bizimlə bir tamaşalarda yer alırlar, çox da uğurlu iş nümayiş etdirirlər. İndi gənc aktyorlara yaradılan imkanlar, əlbəttə nə vaxtsa bizə də yaradılmışdı. 44 ildir çox sevdiyim Akademik Milli Dram Teatrında çalışıram. Bu gün də tamaşaçıların çox sevdiyi, 11 il teatrımızın repertuarında özünəməxsus yeri olan A.Saqarellinin “Xanuma” tamaşası ilə onlarla görüşdüm. Hal-hazırda bir aktrisa kimi teatrımızın repertuarında 3 tamaşada məşğulam: M.S. Ordubadi "Qətibə İnanc", A.Saqarelli “Xanuma”, və E. Filippo "Filumeno de Marturano". Gələcəkdə yeni tamaşalarla görüşənədək. - Bəsti xanım, təbii ki, sənətkarın arzuları, istəkləri bitib-tükənmir. Bəs sizin ən böyük arzunuz nədir? - Artıq mənim arzularım övladımla bağlıdır. Onun seçdiyi sənətində uğurlarını görmək istəyirəm, xoş gününü görmək istəyirəm, ümumiyyətlə, qızımın xoşbəxt olmasını istəyirəm. - Qızınız Fidan hazırda İctimai TV-də "Yeraltı" verilişinin aparıcısıdır. İllər öncə teatrın nəzdində yaradılmış studiyada aktrisa olaraq fəaliyyət göstərirdi. Yenidən teatra qayıtmaq istəyirmi?
- Qızım Fidan hal-hazırda İTV- də "Yeraltı" verilişinin aparıcısıdır, İctimai Televiziyada çalışır. Bəli, illər öncə İncəsənət Universitetində oxuyarkən, bizim teatrda yaradılmış aktyor studiyasına gəlirdi. Fidan bildiyiniz kimi, rejissorluq fakultəsində təhsil alırdı və studiyadakı məşğuliyyətinin səbəbi aktrisa olmaq deyildi. Müəllimləri də, mən də məsləhət görmüşdüm ki, yaxşı rejissor olmaq üçün aktyorluğu da bilmək faydalı olardı. Bizim teatrda üç tamaşada aktrisa kimi çıxış etdi. Bu mənim studiyanın tələbələri ilə hazırladığım "Nağıllar aləminə səyahət", "Müsyo İbrahim və quran çiçəkləri" və "Qətibə İnanc" tamaşasında. M.S. Ordubadi "Qətibə İnanc" tamaşası indi də teatrın repertuarındadır və Fidan indi də gəlib gənc Qətibə rolunu oynayır.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?.. - GƏLİŞMƏ
Bu gün, 09:31 |
|
|
|
| • Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır - TƏFƏRRÜAT
Bu gün, 08:43 |
|
|
|
| • Hüseynbala Mirələmova ağır itki üz verdi
Bu gün, 08:41 |
|
|
|
| • Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda – NONSENS, yoxsa...
Bu gün, 08:39 |
|
|
|
| • Nazir prezidenti Rusiyaya görə tənqid etdi
Bu gün, 08:37 |
|
|
|
| • ABŞ müharibədə məğlub olub - İran səfiri belə deyir...
Bu gün, 08:31 |
|
|
|
| • Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM - "50 manatını ver..."
Bu gün, 08:30 |
|
|
|
| • Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib
Bu gün, 08:07 |
|
|
|
| • Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06 |
|
|
|
| • ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04 |
|
|
|
| • Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... - İTTİHAM VAR...
Bu gün, 07:58 |
|
|
|
| • "Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" - Nura Suri
Bu gün, 07:54 |
|
|
|
| • NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ - "450 manat əməkhaqqı alan bir işçini..."
Bu gün, 07:43 |
|
|
|
| • "Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" - MALƏSƏF...
Bu gün, 07:35 |
|
|
|
| • Hər addımda problem yaradırlar... - BU DA FAKT...
Bu gün, 07:28 |
|
|
|
| • Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... - AÇIQLAMA
Bu gün, 07:24 |
|
|
|
| • Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20 |
|
|
|
| • "Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17 |
|
|
|
| • ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08 |
|
|
|
| • Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06 |
|
|
|
| • Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55 |
|
|
|
| • SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46 |
|
|
|
| • “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45 |
|
|
|
| • Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42 |
|
|
|
| • 10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41 |
|
|
|
| • "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39 |
|
|
|
| • Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35 |
|
|
|
| • Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33 |
|
|
|
| • Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31 |
|
|
|
| • Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29 |
|
|
|
| • Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27 |
|
|
|
| • “Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24 |
|
|
|
| • ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22 |
|
|
|
| • Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20 |
|
|
|
| • ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18 |
|
|
|
| • Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31 |
|
|
|
| • FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18 |
|
|
|
| • “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12 |
|
|
|
| • Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17 |
|
|
|
| • Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01 |
|
|
|
| • “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59 |
|
|
|
| • AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56 |
|
|
|
| • Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47 |
|
|
|
| • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42 |
|
|
|
| • "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39 |
|
|
|
| • 2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34 |
|
|
|
| • Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26 |
|
|
|
| • Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11 |
|
|
|
| • Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05 |
|
|
|
| • Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03 |
|
|
|
|