Azərbaycanda yaz fəsli olmayacaq? .....                     ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb .....                     Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... .....                     "Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" .....                     NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ .....                     "Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" .....                     Hər addımda problem yaradırlar... .....                     Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... .....                     Almaniyada SABİRANƏ İSTƏK... .....                     "Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." .....                     ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb .....                     Direktor məktəbi şəxsi təsərrüfatına çevirib .....                     Həmkarların sanatoriyalarında nə baş verir? .....                     SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır .....                     “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” .....                     Bazarlarda niyə yerli mal tapılmır? .....                     10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... .....                     "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" .....                     Ermənistanda seçki mübarizəsi... .....                     Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? .....                     Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq .....                     Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır .....                     Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı .....                     “Ona bir şey olsa, yaşamaram” .....                     ABŞ Hörmüz boğazında blokadanı davam etdirir .....                     Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ .....                     ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir .....                     Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                 

Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Tarix: Bu gün, 06:35 | Çap et

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, hakimiyyət və müxalif siyasi qüvvələr arasında mübarizə daha da kəskinləşir.

Aprelin 27-də məlum olub ki, ölkədə Rusiyanı müsbət tərəfdən təbliğ edən onlarla YouTube kanalı silinib. Bu barədə “Məlumatlı Vətəndaşlar İttifaqı” QHT-sinin rəhbəri Daniel İoannisyan bildirib.

Onun sözlərinə görə, belə kanalların siyahısı ABŞ senatorlarına təqdim edilib. Bundan sonra senatorlar Alphabet şirkətinin rəhbərliyinə müraciət edərək tədbir görülməsini istəyiblər.

İoannisyan qeyd edib ki, silinən kanallar arasında təkcə siyasi resurslar deyil, həm də tarixi mövzulu kanallar və Qərb fondlarını, eləcə də müxalifəti tənqid edən səhifələr də olub.

Elə həmin gün səhər Samvel Karapetyanın tərəfdarı, kəşfiyyatçı Artur Avanesyan (“Kandaz”) Antikorrupsiya Komitəsinə aparılıb.

Bu hadisəyə ilk reaksiya müxalif “Güclü Ermənistan” partiyalar blokunun deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Narek Karapetyandan gəlib. “Səhər müharibə qəhrəmanı Kandaz zorla aparılıb. Arzu edirəm ki, Antikorrupsiya Komitəsində onu dinc şəkildə dindirəcəklər”, – o, Facebook səhifəsində yazıb.

Biz azərbaycanlıların arzularını həyata keçirənləri ermənilərin arzularını gerçəkləşdirənlərlə əvəz etməliyik”, – Karapetyan əlavə edib.

Üstündən bir qədər keçəndən sonra Artur Avanesyanın (“Kandaz”) hansı iş üzrə saxlanıldığı məlum olub. Antikorrupsiya Komitəsindən bildirilib ki, onu seçkilərdə rüşvət vermə ilə bağlı araşdırma çərçivəsində saxlayıblar.

Bundan sonra Ermənistanın Antikorrupsiya Komitəsi keçmiş kəşfiyyatçının video və telefon danışığının yazılarını yayıb. Qeyd edək ki, Avanesyan “Güclü Ermənistan” blokunda təhlükəsizlik məsələlərinə cavabdehdir.

Komitənin videomüraciətində bildirilir ki, “Ermənistan Respublikası Antikorrupsiya Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin birgə həyata keçirdiyi operativ-istintaq tədbirləri nəticəsində bəzi sübutlar əldə olunub. Belə ki, “Güclü Ermənistan” partiyasının tərəfdarı bəzi seçicilərə onların parlament seçkilərində səs vermələri müqabilində işlə təmin etmə və digər yollarla rüşvət verməyi vəd edib və onun bu vədi qəbul olunub”. Bununla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə 4 nəfər barəsində cinayət işi başlanıb və onlar saxlanılıb.

Komitənin açıqlamasında Artur Avanesyanın müxtəlif şəxslərlə telefon danışıqlarının yazıları təqdim olunub. Bütün həmsöhbətlər erməni dilinin Qarabağ dialektində danışır və kontekstdən göründüyü kimi, onlar Avanesyanın döyüş yoldaşlarıdır, çünki ona “komandir” deyə müraciət edirlər. Səs yazılarında koalisiya qurulması ehtimalı, seçkilərə hazırlıq müzakirə olunur, həmsöhbətlər vəziyyətin dəyişdirilməsinin vacibliyini vurğulayır, işsizlikdən şikayət edirlər. Onlardan biri açıq şəkildə bildirir ki, gələcəkdə iş tapmaq üçün partiyaya qoşulmaq istəyir. Avanesyan isə cavabında qeyd edir ki, seçkilərdə qələbədən sonra həm iş, həm torpaq, həm də bayram olacaq.

Beləliklə, bir gün ərzində Moskvadan göndərilmiş “müxalifətçi” Samvel Karapetyanın dörd tərəfdarı saxlanılıb.

Aprelin 28-də məlum olub ki, Avanesyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Bununla da o, seçki mübarizəsindən və səsvermə prosesində iştirakdan kənarlaşdırılıb.

Maraqlı vəziyyət yaranır. Artıq indidən belə gərginlik müşahidə olunursa, qarşıdakı may ayı ərzində Rusiyayönümlü müxalif qüvvələrin nümayəndələrinin daha səs-küylü həbslərini gözləmək olarmı? Onların bu həbslərə hansı addımlarla cavab verə biləcəkləri də maraqlıdır.

Bununla bağlı Pressklub.az-a danışan tanınmış erməni analitik və publisist İşxan Verdiyanın sözlərinə görə, “Güclü Ermənistan” blokunun üzvlərinin seçki prosesi ilə bağlı cinayətlərə cəlb olunması artıq müəyyən mənada sistemli xarakter alıb.

Söhbət seçkiqabağı rüşvət və korrupsiya hallarından gedir – bunlar Ermənistanda ciddi həbs cəzaları nəzərdə tutan ağır hüquq pozuntularıdır. Belə halların heç biri dövlət tərəfindən reaksiyasız qalmır.

Bu cür pozuntu faktları ardıcıl şəkildə qeydə alınır. Bu da təəccüblü deyil: partiya köhnə siyasi elitanı təmsil edir və uzun illər formalaşmış qaydalarla fəaliyyət göstərir; həmin qaydalarda isə seçki korrupsiyası bir alətdir. Üstəlik, Ermənistanda bu cür praktikanın əsas qoyanlar məhz bu eltanın nümayəndələri olub.

Qeyd etmək vacibdir ki, İstintaq Komitəsi tərəfindən yayılan materiallar saxta deyil. Söhbət cinayət işləri çərçivəsində əldə olunmuş sübutlardan, o cümlədən məhkəmə qərarı ilə aparılmış operativ dinləmələrdən gedir. Bu məlumatlar hüquqi yoxlamadan keçir və araşdırmaların nəticəsində məhkəmə qərarları qəbul olunur.

Böyük ehtimalla, bu cür pozuntular davam edəcək və dövlət də buna uyğun şəkildə reaksiya verəcək. Hüquqi sistemin məntiqi də məhz bundadır: pozuntuların kütləviliyi cəzaların da kütləvi xarakter almasına gətirib çıxarır”, – ekspert bildirib.

Onun fikrincə, kənardan baxdıqda bu vəziyyət müxalifətə qarşı siyasi təzyiq kimi görünə bilər – hətta hakimiyyətin, o cümlədən Nikol Paşinyanın ünvanına repressiya ittihamları səslənə bilər. “Lakin hər bir konkret hal ətraflı araşdırıldıqda, onun məhkəmədə sübut edilmiş qanun pozuntularına əsaslandığı görünür.

Belə şəraitdə hüquq-mühafizə orqanlarının bu cür cinayətləri görməzlikdən gəlmək hüququ yoxdur. Qanun bu mənada avtomatik işləyir – pozuntunu törədənin siyasi mənsubiyyətindən asılı olmayaraq.

Nəticədə paradoksal, amma məntiqi mənzərə yaranır: əgər qanun pozuntusu siyasi taktikanın bir hissəsinə çevrilirsə, cinayət təqibi də sistemli xarakter alır. Müxalif qüvvələr buna media təzyiqi, etiraz ritorikası və ya proseslərin siyasiləşdirilməsi cəhdləri ilə cavab verə bilər, lakin bu, hüquqi reallığı dəyişmir.

Müasir Ermənistan təcrübəsinə əsaslansaq, seçki cinayətlərində ifşa olunan bütün şəxslərin sonda qanunla nəzərdə tutulmuş cəzanı alacağını ehtimal etmək olar”, – Verdiyan vurğulayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06
ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04
Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... - İTTİHAM VAR...
Bu gün, 07:58
"Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" - Nura Suri
Bu gün, 07:54
NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ - "450 manat əməkhaqqı alan bir işçini..."
Bu gün, 07:43
"Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" - MALƏSƏF...
Bu gün, 07:35
Hər addımda problem yaradırlar... - BU DA FAKT...
Bu gün, 07:28
Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... - AÇIQLAMA
Bu gün, 07:24
Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20
"Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17
ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08
Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55
SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46
“Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45
Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42
10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41
"Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39
Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35
Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33
Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31
Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29
Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27
“Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24
ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22
Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20
ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Dünən, 16:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru