Almaniya hökuməti Ukraynaya növbəti dörd il üçün maliyyə yardımı ayırmağı təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Almaniyanın dövlət büdcəsi gələn il Ukraynaya 11,6 milyard avro yardım nəzərdə tutur və 2028-ci ildən 2030-cu ilə qədər isə ildə əlavə 8,5 milyard avro ayrılacaq”, - məlumatda deyilib.
Qeyd olunub ki, müdafiə ehtiyacları üçün xüsusi fond və Ukrayna üçün vəsaitlər nəzərə alınmaqla, 2027-ci ildə ümumi müdafiə xərcləri 144,9 milyard avroya çatacaq.









