"Hesablama Palatası təklif edir ki, ekspert (mütəxəssis) xidmətlərinin cəlb olunması birbaşa satınalma yolu ilə həyata keçirilməlidir..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Yaxşı təklifdir. Amma bundan daha aktual olanından Palata yan keçir. Halbuki Hesablama Palatasının bilavasitə mandatına uyğun olaraq ictimai maliyyənin daha şəffaf və səmərəli xərcləməsi baxımdan daha aktual və həyati təkliflər var.
Məsələn, söhbət dövlət satınalmaları ilə bağlı yeni (həm də məmurların tərifli) qanunu başda SOCAR olmaqla iri dövlət şirkətlərinin hamısını bu qanununun tətbiq dairəsindən kənarda saxlamasına Palatanın etiraz etməli olmasından gedə bilər.
Azərbaycan hökumətinin hazırkı yanaşması Avropa Birliyi və OECD-də başda olmaqla əsas nüfuzlu beynəlxalq institutların qəbul etdiyi ictimai maliyyə idarəçiliyi prinsiplərinə də ziddir..."










