Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                     “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” .....                     İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək .....                     "Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                     Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib .....                     Rusiyadan Xəzərlə bağlı açıqlama: .....                     Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... .....                     “Hafka” ilə Qurban Qurbanov bir arada .....                     Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı .....                     Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər .....                     Bir kilometr üçün eyni QİYMƏT .....                     SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... .....                     İrandan sonra... .....                     Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? .....                     Ərdoğan Ermənistana dəvət olundu .....                     Psixatriya Xəstəxanasında meyit tapıldı .....                     Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb .....                     Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? .....                     “Arvadla doğuşa girən kişi nəyə lazım?” .....                     “Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm” .....                     "Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı .....                     Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız .....                     Rusiya və Çin bu meydanda rəqibdirlər... .....                     Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib .....                     Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı .....                     Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... .....                     “Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək .....                     Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək .....                     “Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” .....                     Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı .....                     Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi .....                     Azərbaycan şirkəti könüllü ləğv ediləcək .....                     TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib .....                     Balaş Qasımov İTV-də QALASI OLDU... .....                     İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib .....                 

"Qurultay keçirməkdən başqa işləri yoxdur" - Bəstəkar sovetdən qalmış qurumlar barədə
Tarix: 9-05-2022, 08:46 | Çap et
"Qurultay keçirməkdən başqa işləri yoxdur"
Sovet dönəmindən yaradılan Yazıçılar ittifaqı, Bəstəkarlar ittifaqı, Rəssamlar İttifaqı, Kino ittifaq, Teatrlar ittifaqı, eyni zamanda yaradılan gildiyalar yaradıcı şəxslərə nə verir? Onların mövcud olması həmin qurumların üzvlərinin yaradıcılığına necə təsir edir?
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev bildirir ki, sözügedən qurumlar Stalin tərəfindən yaradılıb. Məqsəd yaradıcı şəxslərin "labarotoriyaları"na nəzarət idi. Yaradıcı şəxslərə müxtəlif maddi və mənəvi mükafatlar verməklə bolşeviklərin, kommunistlərin istədikləri mövzuda əsər yazmağa sövq etmək onların başlıca amalı idi:
"Sovetlər dağıldı, amma bu qurumlar dağılmadı. Bu gün onların heç bir işi yoxdur. Qəbul olunan qanunlar onları sanki yolun kənarına itələdi. Varlıqları ilə yoxluqları hiss olunmur. Çünki heç nəyə təsir edə bilmirlər. Məsələn, Bəstəkarlar İttifaqı televiziyalara hansısa musiqinin efirə buraxılmasını qadağa qoya bilmir. Uzağı hansısa tədbirdə bu barədə ümumi danışa bilərlər. Ondan o tərəfə keçə bilmirlər. Çünki, əllərində səlahiyyət yoxdur"
Cavanşir Quliyev özü də hazırda Bəstəkarlar İttifaqının üzvüdür. Amma onların heç bir tədbirlərinə qatılmır:
"Bilirəm ki, orada səslənən fikirlərə heç kəs qulaq asmır. O ittifaqların bir işi var: hansısa sənət adamının yubileyi yaxınlaşırsa, Mədəniyyət Nazirliyinə təqdimat verir ki, ona orden, fəxri ad və ya ev verin. Bir də sovet dönəmindən qalma bir ənənələri var: vaxtaşırı qurultay keçirmək. Bəstəkarlar o qurultayları ona görə gözləyirlər ki, orada onların əsərləri səsləndirilir. Adi günlərdə o əsərləri səsləndirə bilmirlər. Dövlət qurultaya pul ayırır, o pulun bir hissəsi musiqi kollektivlərinə, Filarmoniyaya və opera teatrına verilir ki, bəstəkarların əsərləri səsləndirilsin. Gənc bəstəkarlar ona görə oranın üzvü olmağa can atırlar ki, onların əsərləri səslənsin. O da həmişə yox, qurultaydan, qurultaya".
Bəstəkar vurğulayır ki, sovet dönəmində sözügedən qurumları hökumət yaratmışdı və onları dinləyirdi. İndi isə onların fikirləri heç bir əhəmiyyət kəsb eləmir. Bir problem olanda media da, dövlət də deyir ki, Bəstəkarlar İttifaqı hara baxır? Haqlıdırlar, amma onlara heç bir səlahiyyət verilməyib ki, nəyəsə təsir etsinlər. Əslində bu qurumlar mövcud qanunvericiliyə əsasən, ictimai təşkilatlar siyahısına salınıblar. Ona görə də heç bir səlahiyyətləri yoxdur. Əgər qurumun rəhbəri hörmətli adamdırsa, nəsə edə bilər:
"Məsələn, Anar kimi. Yazıçı Anarın müəyyən nüfuzu var. O, dövlət başçısının yanına gedib hansısa problemin həllinə nail ola bilər. Bu, sırf onun şəxsi nüfuzuna görədir. Sabah onun yerinə ondan nüfuzca aşağı olan başqası gəlsə, onun etdiklərini edə bilməyəcək".
Rəssamlar İttifaqının üzvü, bir çox beynəlxalq və yerli sərgilərdə əsərlərini nümayiş etdirən rəssam Ülkər Əbülfət bildirir ki, sözügedən qurum onun yaradıcılığına heç bir təsir göstərməyıb:
"Mən hər il ölkəmizdə və xarici ölkələrdə sərgilər təşkil edirəm. Tələbələrim var, onların əsərlərini də sərgilərdə nümayiş etdirirəm. Rəssamlar İttifaqı nə sərginin təşkilinə, nə də emalatxanaya yardım edir. Sovet dönəmində İttifaq rəssamları emalatxana ilə təmin edirdi. Bundan başqa, onların əsərlərinin sərgisini və satışını təşkil edirdi. İndi isə Rəssamlar İttifaqının təkcə adı var".
Tanınmış yazıçı Kəramət Böyükçöl bir il Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olub. Lakin müstəqil fikirlərinə görə həmin qurumdan uzaqlaşdırılıb. Yazarın fikrincə, ittifaqlar, gildiyalar və s. yaradıcı insanları nəzarətdə saxlamaq üçün yaradılıb:
"Orada yaradıcı insanları şirnikləndirmək üçün müəyyən addımlar atılır. Məsələn, hansısa yazara prezident təqaüdü verirlər. Başqa bir gənc yazara ayda 200 manat pul verilir. 200 manat gənc yazara boğaz olur, istədiyini yaza bilmir. Ona görə də bu qurumların yaradıcı insanlara heç bir faydası yoxdur. Onlar əbədi mühiti məhv etməklə məşğuldurlar. Mən yazar olduğum görə, Yazıçılar Birliyini nəzərdə tutub danışıram, amma digərləri də heç AYB-dən fərqlənmirlər. Bütün yaradıcı qurumlar bir məqsədə xidmət edir: Hər şey onların nəzarəti altında olmalıdır. O birliyin üzvü olan şəxs artıq bilir ki, nə olar, nə olmaz. Öz yaradıcılığı qalır kənarda".
Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov digər müsahiblərdən fərqli olaraq, gildiyaların, ittifaqların sovetin qalığı adlandırılmasının tərəfdarı deyil. Onun sözlərinə görə, bu kimi təşkilatlar Amerika, Avropa kimi inkişaf etmiş ölkələrdə də mövcuddur. Bu qurumların mövcud olmasının səbəbi odur ki, yaradıcı insanlar ictimaiyyətdən uzaq düşməsinlər.
"Mən belə qurumların yaradılmasının tərəfdarıyam. Bu qurumların adı sovet dövrü ilə bağlı deyil. Bu təcrübə xarici ölkələrdə də var. Məsələn, Amerika Kino Akademiyası, onun təsis etdiyi "Oskar" mükafatı var. Həmin Kino Akademiyasında rejissorlar, aktyorlar gildiyası var. Avropada yüzlərlə belə təşkilat mövcuddur. Sovet dönəmində bu ittifaqlar yaradıcı insanların sosial problemlərini də həll edirdi. Bu yaxınlarda Həsən Seyidbəylinin yubileyində kinooperator Rafael Qəmbərov bildirdi ki, ilk avtomobili Seyidbəylinin və İttifaqın köməkliyi ilə alıb. Bu gün də hansısa kinematoqrafçının problemi olanda İttifaqa üz tutur".
//sputnik.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18
Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14
Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12
“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05
“Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01
"Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56
Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54
Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53
Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
Bu gün, 10:49
Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı - “İravunk”
Bu gün, 10:43
Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... - Hər həftə şənbə günü...
Bu gün, 10:37
“Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 10:32
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün, 10:25
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
Bu gün, 10:22
Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı - QƏRAR
Bu gün, 10:14
Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi - İNCƏLƏMƏ
Bu gün, 10:13
Azərbaycan şirkəti könüllü ləğv ediləcək
Bu gün, 10:11
TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib
Bu gün, 10:07
Balaş Qasımov İTV-də QALASI OLDU... - "Bu, şayiədir, qeyri-ciddi məlumatdır"
Bu gün, 10:03
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib
Bu gün, 09:58
Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı -VİDEO
Bu gün, 09:57
50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi - TƏFƏRRÜAT
Bu gün, 09:55
"Bu pullar mənim kartımdan niyə çıxılır?" - NARAZILIQ VAR...
Bu gün, 09:43
Azərbaycan neftinin qiyməti 123 dollara YAXINLAŞDI
Bu gün, 09:32
Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?.. - GƏLİŞMƏ
Bu gün, 09:31
Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır - TƏFƏRRÜAT
Bu gün, 08:43
Hüseynbala Mirələmova ağır itki üz verdi
Bu gün, 08:41
Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda – NONSENS, yoxsa...
Bu gün, 08:39
Nazir prezidenti Rusiyaya görə tənqid etdi
Bu gün, 08:37
ABŞ müharibədə məğlub olub - İran səfiri belə deyir...
Bu gün, 08:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru