Rasim Balayev xəstəxanaya yerləşdirilib, yenidən əməliyyat olub - AÇIQLAMA
Tarix: 6-05-2022, 10:34 |
Çap et
Azərbaycanın Xalq artisti, məşhur aktyor Rasim Balayevin səhhətində problemlər yaranıb. DİA.AZ xəbər verir ki, bunu “Report”a açıqlamasında Xalq artisti özü bildirib.
O deyib ki, hazırda xəstəxanada müalicə alır. “Ötən gün əməliyyat olundum. Mədəmdə polip vardı, həkimlər onu götürdülər. Hazırda yaxşıyam. Bu gün son yoxlanışlardan keçib, evə buraxılacam”.
Qeyd edək ki, R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. Xalq artisti iki ay əvvəl səhhətində yaranan narahatlığa görə, uroloji əməliyyat olmuşdu.