Əsas Səhifə > Şou-biznes > Rasim Balayev xəstəxanaya yerləşdirilib, yenidən əməliyyat olub
Rasim Balayev xəstəxanaya yerləşdirilib, yenidən əməliyyat olub6-05-2022, 10:34 |
Azərbaycanın Xalq artisti, məşhur aktyor Rasim Balayevin səhhətində problemlər yaranıb. DİA.AZ xəbər verir ki, bunu “Report”a açıqlamasında Xalq artisti özü bildirib. O deyib ki, hazırda xəstəxanada müalicə alır. “Ötən gün əməliyyat olundum. Mədəmdə polip vardı, həkimlər onu götürdülər. Hazırda yaxşıyam. Bu gün son yoxlanışlardan keçib, evə buraxılacam”. Qeyd edək ki, R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. Xalq artisti iki ay əvvəl səhhətində yaranan narahatlığa görə, uroloji əməliyyat olmuşdu. Geri qayıt |