“Anam mənə dağ basıb, buna görə müəllimlər məni danışdırmırdı, 5-6 məktəb dəyişmişəm”
Tarix: 30-04-2022, 10:34 | Çap et
 “Ailəmi, xoşbəxtliyimi sona qədər qoruya bilmədim. Xoşbəxtliyim bir an olub, o da həmin insana qovuşmağımla. Taleyim çox uğursuz alınıb. Amma bu gün xoşbəxtəm ki, iki tərbiyəli övlad böyütmüşəm. Həyatda çox əziyyət çəkmişəm, amma efirdə bunu heç vaxt çıxıb danışmamışam. Çıxıb dərdimi-taleyimi danışsam tamaşaçı gərək dəsmal götürüb hönkür-hönkür ağlasın. Mən həmişə dik gəzirəm, tamaşaçı heç bilmir ki, həyatımda nə baş verib?!” DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a xalq artisti Fatma Mahmudova deyib. O daha sonra əlavə edib.
“Nə qədər yorğun olsam da, problemlərim olsa da çalışıram ki, onu efirdə, səhnədə biruzə verməyim. Aktrisa, sənətkar bunu göstərməməlidir. Hər sənətkarın müəyyən qədər problemləri var, amma səhnə başqa şeydir. Elə olub ki, 40 dərəcə temperaturum olub, çıxıb tamaşanı oynayıb, qaçaraq evə gəlmişəm. Sənətçi fədakar olmalıdır. Ay barmağım əzilib, ay başım ağrıyır çıxım mən tamaşa oynamayım deyib də, etmək olmaz. Düzdü, bizim yaxşı gənclərimiz var, amma indi sənətə fədakarcasına yanaşanlar bir o qədər də çox deyil” deyə sənətkar bildirib. Xalq artisti onu tamaşaçılara sevdirən ekran işindən də danışıb.
“Mən güləndə gülməyimi, ağlayanda isə ağlamağımı saxlaya bilmirəm. Ağladımsa ağlayacam, güldümsə güləcəm. Məni güldürmək çox çətindir. Ümumiyyətlə indiki zamanda tamaşaçını da güldürmək asan deyil. Heç vaxt özümü tərifləmirəm, bunu xoşlamıram. Qoy tamaşaçılar desin ki, Fatma Mahmudova necə oynayır?! Çünki ən böyük tənqidçi də elə tamaşaçının özüdür. Komediyanı oynamaq, insanlara gülüş bəxş etmək çox çətin məsələdir. Bir balaca insanları güldürə bilmişəmsə demək ki, komediya məndə alınıb. Bilirsiniz ki, məni tamaşaçılara sevdirən “Bacanaqlar” serialı oldu. Bu serial məni unudulmağa qoymadı. Çünki tamaşaçı məni gördü. Elə bil bir insanı illərdir görmürsən, sonra gedib onunla görüşəndə deyirsən ki, məni tanımadın? Deyir ki, yox! Deyir, mən filankəsəm də. Mən də bax elə bir aktrisaya dönəcəkdim. Nə vaxtsa çıxıb kiminsə yadına salacaqdım ki, mən o vaxt filan tamaşada oynayırdıme, bax o şəxsəm! Bu özü böyük bir faciə idi. Ölən günümə qədər mən göydə Allaha, yerdə Elməddinə borcluyam. Mən itirilmiş bir insanı yenidən tapıb gətirdi və dedi ki, ona baxın, onu sevin” deyə sənətkar bildirib. Fatma Mahmudova sənətə yeni gələndə çəkdiyi əziyyətlərdən də danışıb. “Səhnəyə gəlmək üçün çox çətinlik çəkmişəm. Ağdamda, rayon yerində qızın hünəri nə idi səhnəyə çıxsın?! Ona görə də bir müddət teatrda işləməyimi valideynlərimdən gizlətmişəm. Anam mənə dağ basıb. Məktəbdə məni şagirdlər, müəllimlər danışdırmırdı. Deyirdilər ki, niyə səhnəyə çıxırsan? Müəllimlər sinif yoldaşlarıma deyirdi ki, onunla danışmayın, o artistdir. Ona görə də 5-6 məktəb dəyişmişəm. Mən aktrisa olmaq istəmirdim, qəşəng səsim var idi, müğənni olmaq istəyirdim. 16 yaşında Leyli oynamışam, o muğamları əzbərləmişəm. Müəllimlərim tamaşama baxandan sonra nəhayət ki, məni qəbul etdilər. Çətinliklə də olsa ailəm də qəbul etdi” deyə xalq artisti bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 50 manatlıq şirkətin 1,85 milyon manat vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 09:36 |
|
|
|
• Qazaxda antiterror şəhidlərinin xatirəsi anıldı - FOTO
Bu gün, 09:32 |
|
|
|
• Suraxanıda QANUNSUZ PUL YIĞIMI... - NARAZILIQ VAR...
Bu gün, 09:26 |
|
|
|
• BU NƏDİ BELƏ: Başçı hərbi hissə ərazisini SATIŞA ÇIXARIB? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:18 |
|
|
|
• Tramp Kirkin anım günündə Maska nə deyib? – ŞOK DETAL
Bu gün, 09:07 |
|
|
|
• Rusiya öz qırıcısının vurulmasını istəyirdi, çünki... - Şok plan
Bu gün, 08:19 |
|
|
|
• "Çox xoşbəxt sənətkar idi ki, o yaşa qədər yaşadı"
Bu gün, 07:22 |
|
|
|
• Rusiya anlayır ki, atışma dayansa, çətin olacaq... - Kelloq
Bu gün, 07:18 |
|
|
|
• Diqqət: Bakıda ödənişli yollarla bağlı mühüm açıqlama – Qiymətlər dəyişir?
Bu gün, 07:15 |
|
|
|
• İnflyasiya və işsizlik: birlərinin faciəsi – digərlərinin biznesi - ARAŞDIRMA
Bu gün, 06:02 |
|
|
|
• Azərbaycan təhlükəsizlik məsələlərində mərkəzi oyunçuya çevrilib - İNCƏLƏMƏ
Bu gün, 05:57 |
|
|
|
• Müştərilər fırıldaqdan təngə gəlib... - GİLEY
Bu gün, 05:55 |
|
|
|
• Neftçilər Gününü ac qarına qeyd edən neftçi... - NARAZILIQ VAR...
Bu gün, 05:43 |
|
|
|
• Mikayıl Cabbarov bu işi bacarmadı... - FAKT BUDUR!
Bu gün, 05:32 |
|
|
|
• Zeynəb Xanlarova Fədayə Laçını toya dəvət edib? - “Öz mahnılarını oxuyacam”
Bu gün, 05:14 |
|
|
|
• Bölgələrimizin inkişafı bundan asılıdır... - partiya sədri AÇIQLADI
Bu gün, 05:09 |
|
|
|
• İlham Əliyevin açıqlaması erməni KİV-nin diqqətində... - DETALLAR
Bu gün, 05:01 |
|
|
|
• Tovuzda 64 yaşlı kişi döyülərək öldürüldü
Bu gün, 04:58 |
|
|
|
• Tramp və Mask Çarli Kirkin anım mərasimində birlikdə görünüblər - FOTO
Bu gün, 04:49 |
|
|
|
• Son çıxışında Putin Rusiyasını ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 04:46 |
|
|
|
• BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025" festivalında qalib olub
Dünən, 22:03 |
|
|
|
• "Onları teatrdan qovmaq lazımdır" - ÇAĞIRIŞ
Dünən, 17:35 |
|
|
|
• Ermənistanda yeni partiya yaradıldı - "Dubinka"
Dünən, 17:31 |
|
|
|
• “Dəbdə” olan xəstəlik: - Gecə başlayıb gündüzü “zəhər” edir
Dünən, 17:28 |
|
|
|
• Ağlar günə qalan Azərbaycan təhsili... - BELƏ HARA GEDİRİK?
Dünən, 17:25 |
|
|
|
• Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir
Dünən, 14:50 |
|
|
|
• “Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək - Biznesmen vəd verdi
Dünən, 14:48 |
|
|
|
• Pezeşkian ABŞ-a gedir - İSNA
Dünən, 14:43 |
|
|
|
• Putin sülh yolu ilə həllə açıqdır - Peskov belə deyir...
Dünən, 14:31 |
|
|
|
• Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... - Fərahim Mirzəyev yediklərinin hesabını verəcəkmi?
Dünən, 14:25 |
|
|
|
• İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib
Dünən, 14:16 |
|
|
|
• "Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır"
Dünən, 14:10 |
|
|
|
• "Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." - Şəmistan Nəzirlinin qəfil ölümü...
Dünən, 14:06 |
|
|
|
• Putin Paşinyana məktub göndərdi
Dünən, 14:03 |
|
|
|
• “Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir - Görünəni odur ki...
Dünən, 12:25 |
|
|
|
• Kamboca ilə müharibəyə həvəsimiz yoxdur – Poqosyan Trampa reaksiya
Dünən, 12:22 |
|
|
|
• İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... - MÜRACİƏT
Dünən, 12:18 |
|
|
|
• Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? - FAKT BUDUR!
Dünən, 11:49 |
|
|
|
• Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub
Dünən, 11:41 |
|
|
|
• "Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." - NARAZILIQ VAR...
Dünən, 11:39 |
|
|
|
• Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu
Dünən, 11:36 |
|
|
|
• Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik - Paşinyan
Dünən, 11:34 |
|
|
|
• Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq - Kuleba
Dünən, 09:51 |
|
|
|
• Azərbaycana qarşı yeni təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:50 |
|
|
|
• Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ - TENDERİ LƏĞV OLUNDU
Dünən, 09:48 |
|
|
|
• «Kurort» QSC-nin qaranlıq üzü - Sağlamlığın əvəzinə FIRILDAQ...
Dünən, 09:40 |
|
|
|
• Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı
Dünən, 09:27 |
|
|
|
• Turistləri ölkədən qaçıran kimlərdir? - ARAŞDIRMA
Dünən, 09:17 |
|
|
|
• "Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." - ONA GÖRƏ DƏ...
Dünən, 09:15 |
|
|
|
• Azərbaycanlı vəkilə hücum etdilər - TƏFƏRRÜAT
Dünən, 09:05 |
|
|
|
|