“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" .....                     Elton Rəşad Dağlıya görə bu addımı atdı .....                     Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib .....                     Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək .....                     Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                     “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” .....                     İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək .....                     "Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                     Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib .....                     Rusiyadan Xəzərlə bağlı açıqlama: .....                     Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... .....                     “Hafka” ilə Qurban Qurbanov bir arada .....                     Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı .....                     Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər .....                     Bir kilometr üçün eyni QİYMƏT .....                     SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... .....                     İrandan sonra... .....                     Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? .....                     Ərdoğan Ermənistana dəvət olundu .....                     Psixatriya Xəstəxanasında meyit tapıldı .....                     Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb .....                     Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? .....                     “Arvadla doğuşa girən kişi nəyə lazım?” .....                     “Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm” .....                     "Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı .....                     Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız .....                     Rusiya və Çin bu meydanda rəqibdirlər... .....                 

“Mənim üçün fərq etmir, ora ”Kino Agentliyi"dir, yoxsa Roma papasının iqamətgahı...“ - Ayaz Salayev
Tarix: 22-04-2022, 08:19 | Çap et
 “Mənim üçün fərq etmir, ora ”Kino Agentliyi"dir, yoxsa Roma papasının iqamətgahı...“
Prezident İlham Əliyev “Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində olan “Azərbaycan Respublikasının Kino Agentliyi” kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasını həyata keçirəcək.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılacaq. Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçiriləcək.

Bəs kino xadimlərinin yeni qurumdan hansı gözləntiləri var? diaaz.space xəbər verir ki, mövzu ilə bağlı əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev “Yeni Müsavat”a danışıb: “Onu deyə bilərəm ki, kino təşkilatı sahəsində islahatlar vəziyyəti kökündən dəyişə bilməz. Vəziyyəti yalnız yaradıcı, ideoloji məsələlər kökündən dəyişə bilər. Yəni kinoya sənətkar, böyük şəxsiyyətlər, vətəndaşlar və mövqeyi olan, dünya mədəniyyətinə mənsub gənclər gəlməlidir ki, nəsə dəyişsin. Yerdə qalan məsələlər kosmetik detallardır. Buna görə də, sözün doğrusu, mənim üçün fərq etmir ki, ora kino şöbəsidir, agentliyidir, yoxsa Roma papasının iqamətgahı”.

Ayaz Salayev kino sahəsinin Mədəniyyət Nazirliyindən ayrılmasının tərəfdarı olmadığını qeyd etdi: "Mənə elə gəlir ki, kino Mədəniyyət Nazirliyindən ayrı olmamalıdır. Səbəb isə ondan ibarətdir ki, kino milli mədəniyyətimizin bir hissəsidir və ona bu cür yanaşmaq lazımdır".

Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov isə məsələyə bu cür mövqe bildirdi: "Hər zaman demişəm ki, kino Mədəniyyət Nazirliyindən ayrı olmalıdır. Yəni kinonun bugünkü Mədəniyyət Nazirliyinə heç bir aidiyyəti yoxdur. Çünki kinoya qəpik-quruş ayrılır. Səbəb də odur ki, Mədəniyyət Nazirliyinin hər yerə borcu var, yəni teatrlara və digər yerlərə də vəsait xərcləyir, nəticədə biz kinoçulara həmin pul gəlib çatmır.

Ümumiyyətlə, kino heç vaxt Mədəniyyət Nazirliyinin tərkibində olmayıb. Ən gözəl filmlərimiz də o zaman çəkilib ki, kinomuz müstəqil fəaliyyət göstərib. Prezidentimizə çox təşəkkür edirəm ki, nəhayət ki, bizim dualarımızı, arzu-istəklərimizi reallaşdırıb. Qalır yeganə iş - agentlik nə dərəcədə müstəqil olacaq və rəhbəri kim olacaq? Əgər yenə də rəhbərliyə kinoya aid olmayan adamı gətirib qoysalar, onda heç nə dəyişməyəcək. Və yaxud kino sənətkarlarından ibarət rəsmi şura yaradılsa, onda kino sahəsində hansısa inkişafa nail olacağımızı güman etmək olar. Beləliklə, yeni “Kino Agentliyi”nin yaradılması illərlə arzusunda olduğumuz, çox təqdirəlayiq hadisədir".

Xatırladaq ki, Azərbaycanda iki kino ittifaqı var. Onlardan biri 2012-ci il 21 iyunda təsis edilən, sədri xalq artisti Şəfiqə Məmmədova olan qurumdur. Həmin ittifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılardır: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev.

Digəri isə 1963-cü il yanvarın 13-də yaradılan ittifaqdır. Qurumun idarə heyətinin üzvləri aşağıdakılardır: xalq yazıçısı Anar, şair Baba Vəziroğlu, xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, Məbud Məhərrəmov, Şükufə Yusupova, rejissorlar Mirbala Səlimli, Firəngiz Qurbanova, Cavid İmamverdiyev, Oleq Səfərəliyev, Ziya Şıxlınski, Əsəd Əsədov, Cəmil Fərəcov, Tahir Əliyev, Nizami Abbas, prodüser Lalə Əfəndiyeva.

Zaman-zaman ittifaqın üzvləri arasında hansısa qalmaqalların, intriqaların yaşandığının şahidi oluruq. Bu isə kinonun inkişafına təsirsiz ötüşmür. Yeni yaradılan agentlik kinematoqrafçıları bir araya gətirə biləcəkmi?

Ayaz Salayev sualımızı bu cür cavablandırdı: “Bəli, bu gün kino ictimaiyyəti parçalanıb, ölkəmizdə iki kino ittifaqı var. Hesab edirəm ki, bu parçalanma ciddi ideoloji xarakter daşıyır. Bununla bağlı kədərimi dəfərlərlə ”Yeni Müsavat"da bildirmişəm".

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov isə artıq bununla bağlı işlərə başladığını dedi: “”Kino Agentliyi"ndən sonra bu mənim ikinci arzumdur, illərdir ki, bu məsələyə qarşı vuruşuram. Allah Rüstəm İbrahimbəyova rəhmət eləsin, amma o, çox səhv bir iş görərək, yüz illərlə formalaşan, Lətif Səfərovdan və digər sənətkarlardan bizə miras qalan ittifaqı parçaladı, dağıtdı. Hər iki ittifaq zəhmət çəkib bir yerə yığılaraq, qurultay keçirməlidir. Bununla bağlı artıq fəaliyyətə başlamışam. Bu məsələyə birdəfəlik son qoyulmalıdır, bəsdir bu ayrılıq, parçalanma... Bir sənətkar burada, digəri orada ağsaqqallıq edir. Mən hamısı ilə görüşürəm, can-ciyərəm. Amma onlar niyə bir-biriləri ilə düşməndir, anlaya bilmirəm. Çox qəribədir ki, Rüstəm İbrahimbəyovun yas mərasiminə bizim ittifaqdan məndən başqa heç kəs gəlməmişdi. Halbuki Rüstəm İbrahimbəyovun sağlığında ona qarşı ən aqressiv mövqedə olan mən idim. İndi ittifaqların bir araya gəlməsi haqqında fikirləşmək lazımdır. Balaca bir ölkədə 3-4 kinematoqraf ayrı-ayrı təşkilatlarda fəaliyyət göstərə bilməz. Bir-birimizə düşmən kimi yanaşmaq əxlaqımıza, mədəniyyətimizə ziddir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Bu gün, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Bu gün, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Bu gün, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Bu gün, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18
Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14
Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12
“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05
“Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01
"Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56
Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54
Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53
Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
Bu gün, 10:49
Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı - “İravunk”
Bu gün, 10:43
Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... - Hər həftə şənbə günü...
Bu gün, 10:37
“Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 10:32
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün, 10:25
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
Bu gün, 10:22
Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı - QƏRAR
Bu gün, 10:14
Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi - İNCƏLƏMƏ
Bu gün, 10:13
Azərbaycan şirkəti könüllü ləğv ediləcək
Bu gün, 10:11
TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib
Bu gün, 10:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru