İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                     Xəzərin icra başçısı NƏYƏ YARAYIR? .....                     "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                     Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                     AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub .....                     Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                     "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                     Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                     Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                     Bakını hədəf alan agent ifşa edildi: .....                     Putin müharibəyə hazırlaşır: .....                     Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" .....                     ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır .....                     “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" .....                     Elton Rəşad Dağlıya görə bu addımı atdı .....                     Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib .....                     Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək .....                     Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                 

"Nə vaxtsa dinə-imana gəlib bir şey edərlər..." - Mədəniyyət nazirinə müraciət etməyən "Kosa"
Tarix: 3-03-2022, 09:42 | Çap et
"Nə vaxtsa dinə-imana gəlib bir şey edərlər..."
"Kosa" obrazının ifaçısı, tanınmış aktyor Qafar Novruzlu Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Qafar müəllim, elə personajsınız ki, ildə bir dəfə yada düşürsünüz...

- Əlbəttə ki, bu hal məni üzür. Amma nə etmək olar?! Novruz bayramı ildə bir dəfə olur. Bu obraz mənim üstümə biçilib sanki. Mən də çalışmalıyam ki, çox böyük həvəslə ildə bir dəfə də olsa bu obrazın öhdəsindən layiqincə gəlim. Uşaqların hamısı gəlib şəkil çəkdirir, insanlar xoş sözlərini sənə söyləyirlər. Bunun özü çox gözəl hisslərdir!

- Kosa kimi neçənci ildə fəaliyyətə başlamısınız?

- Mən 1990-cı ildə kosa kimi fəaliyyətə başlamışam. O vaxt Sidqi Mustafayevin bədii rəhbəri olduğu “İrs” folklor ansamblında çalışırdım. Mən həmin ansamblda tar ifaçısı idim. 1990-cı ildə keçirilən tədbirə elə oldu ki, kosamız gəlib çıxmadı. Kosanın bütün geyimləri otaqda idi. Həmin geyimləri geyinib, səhnəyə çıxdım. Daha sonra 1996-cı ildə keçiriləcək Novruz bayramına məni dəvət etdilər və dedilər ki, ulu öndər Heydər Əliyev də gələcək. 10 gün əvvəl məşqlər edib, hazırlaşdıq. Bu mənim ulu öndərin qarşısında ilk çıxışım idi. Bu zaman mən onunla yumurta döyüşdürmədim. Daha sonrakı görüşlərimdə onunla görüşməyimə mühafizəçiləri mane olmaq istədilər, hətta məni ordan uzaqlaşdırmaq istəyirdilər. Ulu öndər icazə vermədi, göstəriş verdi ki, ona yaxınlaşım. Dedim ki, elimizin gözəl adəti var, sizinlə yumurta döyüşdürməliyik. Məndən yumurtanı alıb o tərəfinə, bu tərəfinə baxdı. Çünki bu görüş öncədən planlaşdırılmamışdı. Ulu öndərə yumurta döyüşündə uduzdum. Hər bayramda demək olar ki, onunla görüşürdük. Keçəli də mən özüm seçirdim. Vaqif adında çox istedadlı bir aktyorumuz var, 10-15 ildir ki, hər yerə onunla gedirəm. Kosa-keçəl xalqın içindən çıxıb, onları xalq seçib. Onlar həm güldürür, həm də düşündürürlər. Heç vaxt da bir-biri ilə yola getməyiblər. Kosa olan şəxs şablon sözlərdən istifadə etməli deyil, bədahətən gəlməlidir.

- Müsahibələrinizin birində demisiniz ki, mən əsrin kosasıyam, amma indi vəziyyət ürəkaçan deyil. Nədir sizi şikayətlənməyə vadar edən?

- Sözün düzü, cənab prezidentlərlə görüşən zaman özüm üçün heç nə istəməmişəm. Deməmişəm ki, mənə ev, maşın, fəxri ad verin. İstəsəydim deyə bilməzdim?! Sadəcə olaraq efir mədəniyyətini pozmamışam. Mədəniyyət naziri o vaxt Əbülfəs Qarayev idi. Neçə dəfə bu mövzu haqda onunla danışmışıq, demişəm ki, bütün bayram tədbirlərində, verilişlərdə biz oynayırıq, bizə bir fəxri ad düşmür? Bir onu deyib ki, həll olunacaq, amma indiyə kimi hələ də həll olunmayıb. Mədəniyyət komitəsinin sədri, hörmətli Millət vəkilimiz Qənirə Paşayevaya məktub yazdım, o da həmin məktubu Mədəniyyət Nazirliyinə göndərdi. Cavab gəldi ki, mütləq baxılacaq.

- Yeni Mədəniyyət Nazirinə müraciət etmisiniz?

- Xeyr, heç kimə müraciət etməmişəm. Düşünürəm ki, nə vaxtsa dinə-imana gəlib bir şey edərlər.

- Sosial vəziyyətiniz necədir?

- Boş vaxtım olanda taksi fəaliyyəti ilə məşğul oluram. Gündəlik 5-10 manat qazanıram. Başqa çıxış yolu var? Sifarişlər də azalıb. Kosa, keçəl geyimini geyinmək o demək deyil ki, bu kosadır, o da keçəldir?! Kosa-keçəli oynayan aktyorlar Novruzun bütün tarixini bilməlidir, hazırcavab, məlumatlı olmalıdır.

- Səhv etmirəmsə, bir dəfə sizin yerinizə kosa və keçəl obrazlarında Rafael və Coşqun çıxmışdı. O zaman niyə Novruz şənliyinə siz dəvət almamışdınız?

– Bəli. 2009-cu ildə şənliyə dəvət almadım. Rafael və Coşqun gözəl aktyorladır. Xətirlərini istəyirəm. Amma İlham Əliyevlə Mehriban xanım onlara yaxınlaşdı. Onları görəndə heç yaxın getmək istəmədilər. Və mən qulağımla eşitdim. Prezident dedi, bəs bizim öz Kosa-Keçəlimiz hanı? 2011-ci ildə də bu səhvə yol verəndən sonra mədəniyyət naziri məni nazirliyə çağırdı. Dedi ki, prezident təkid edir ki, tədbirin iştirakçısı sən olasan.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Bu gün, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Bu gün, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Bu gün, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Bu gün, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Bu gün, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Bu gün, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Bu gün, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Bu gün, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Bu gün, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Bu gün, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Bu gün, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Bu gün, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Bu gün, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Bu gün, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Bu gün, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Bu gün, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Bu gün, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Bu gün, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Bu gün, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Bu gün, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Bu gün, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Bu gün, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Bu gün, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Bu gün, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Bu gün, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Bu gün, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Bu gün, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Bu gün, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Bu gün, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru