“Evə yalnız yatmağa gedirəm”
Tarix: 30-12-2021, 08:34 | Çap et
 Yeni ili qarşılamağımıza artıq bir gün qalıb. Adətən bayram günlərində sənət adamları daha çox iş başında, tədbir və məclislərdə olur. Çox az sayda sənətçi bayram günlərini öz ailəsi ilə birgə keçirməyə çalışır. Aydın məsələdir ki, sənət adamlarına daha çox bu günlərdə ehtiyac duyulur.
Bəs bu il dekabrın 31-də müğənnilərimiz harada olacaq? Kimlər hara dəvət alıb? Tətili özünə, ailəsinə həsr edənlər olacaqmı?
Mövzu ilə bağlı bir neçə tanınmış müğənni arasında sorğu keçirdik. DİA.AZ-ın məlumatına görə, əməkdar artist Mətanət İskəndərli “Yeni Müsavat”a açıqlamasında 31 dekabrı tədbirlərdə keçirəcəyini qeyd etdi:
“Həmişəki kimi bayramda tədbirlərdə olacam. Tətil günləri ilə bağlı hələlik planım yoxdur”.
Əməkdar artist Elza Seyidcahan isə hər zamankı kimi bayramı tədbirlərdə qeyd edəcəyini bildirdi:
“Həmişə olduğu kimi, yenə də daim iş başında, gərgin iş rejimində oluram. Evə yalnız yatmağa gedirəm. Bildiyiniz kimi, son vaxtlar daha çox qazi, şəhid ailələri ilə bağlı tədbirlərdə təmənnasız olaraq iştirak edirik. Ümumiyyətlə isə bu bizim borcumuzdur. Yəni tədbirlər həddindən artıq çoxdur.
Bayram günü də canlı yayımlarda, tədbirlərdə iştirak edəcəm. Eləcə də tətil günlərində də digər işlərimlə məşğul olacam. Fürsətdən istifadə edib, qarşıdan gələn Pələng ilində hər kəsə uğurlar diləyirəm. Qoy bu il də Azərbaycan dövləti, milləti üçün uğurlu olsun".
Müğənni Afət Fərmanqızı isə həm sənəti, həm də şəxsi həyatı ilə bağlı işləri həyata keçirəcəyini dedi:
“Yenə də bayram günü şənliklərdə olacam. Şəhərin dörd məkanında fərqli vaxtlarda şənliklərdə, ailəvi şou məkanlarda iştirak edəcəm. Bayramın sabahı günü də Rusiyaya uçacam. Bildiyiniz kimi, nikahımı Bakıda qeyd etmək istəyirdim. Lakin müəyyən səbəblər oldu, bu baxımdan proses bir qədər ləngidi. Çalışacam ki, yanvarın 11-də orada sənədlərimi təqdim edim. Daha sonra isə yenidən Vətənə qayıdacam”.
Tamada Nazilə Səfərli isə bayramı qazi və şəhid ailələri ilə birgə keçirəcəyini bildirdi:
“Bayram günü yüz şəhid ailəsinin uşaqları üçün təşkil olunmuş bayram şənliyində olacam. Yüz şəhidin balası və həyat yoldaşları restoranın ayrı-ayrı salonlarında olacaq. Müğənnilərdən Elton və digərləri də iştirak edəcək.
Qeyd edim ki, dəvət olunan şəhid ailələri Bakıdan deyil, ən ucqar rayonlardan olanlardır. Onlar avtobuslarla Bakıya gətiriləcək. İşin təşəbbüskarı isə Rahilə xanımdır. Rahilə xanım kənardan əsla heç kimin dəstəyini qəbul etmədi. Yol xərcindən tutmuş, yeməyə, hədiyyələrə qədər hər şeyi öz boynuna götürüb. Hətta icra hakimiyyəti də “biz də qoşulaq” deyə təklif etsə də, razılaşmadı.
Bayram gecəsini də həmin şənlikdə keçirəcəm. Yəni evdə həyat yoldaşıma, uşaqlarıma da bildirmişəm ki, bayram gecəsi həmin şənlikdə ayrıca bir masa ayırıb, orada qeyd edəcəm.
Ötən il də bayramı qeyd etməmişdim, evdə süfrə açmamışdım. Yalnız bayramın səhəri günü, yəni yanvarın 1-də hədiyyəmi götürüb nişanlı oğlumun nişanlısının evinə gedib, gəlinimi təbrik edəcəm".
Müğənni Manaf Ağayev isə digər həmkarlarından fərqli olaraq bayramı öz evində ailəsi ilə birgə keçirəcəyini dedi:
“Əlbəttə ki, bayram günü yalnız öz ailəmlə birgə olacam. Tətil günlərində isə ailəmlə birgə rayonların birinə istirahətə getməyi düşünürəm”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17 |
|
|
|
| • İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40 |
|
|
|
| • 400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38 |
|
|
|
| • Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
| • Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05 |
|
|
|
| • Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01 |
|
|
|
| • Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55 |
|
|
|
| • "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47 |
|
|
|
| • Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44 |
|
|
|
| • Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42 |
|
|
|
| • “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37 |
|
|
|
| • “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32 |
|
|
|
| • Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29 |
|
|
|
| • Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27 |
|
|
|
| • “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Dünən, 16:17 |
|
|
|
| • "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Dünən, 16:10 |
|
|
|
| • Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Dünən, 16:09 |
|
|
|
| • Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Dünən, 16:04 |
|
|
|
| • AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Dünən, 16:00 |
|
|
|
| • Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Dünən, 15:36 |
|
|
|
| • "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Dünən, 15:32 |
|
|
|
| • Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Dünən, 15:29 |
|
|
|
| • Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Dünən, 15:16 |
|
|
|
| • Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Dünən, 15:14 |
|
|
|
| • Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Dünən, 15:12 |
|
|
|
| • Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Dünən, 15:08 |
|
|
|
| • ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Dünən, 15:06 |
|
|
|
| • “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Dünən, 15:02 |
|
|
|
| • Elton Rəşad Dağlıya görə bu addımı atdı
Dünən, 14:55 |
|
|
|
| • Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Dünən, 14:52 |
|
|
|
| • Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünən, 14:34 |
|
|
|
| • Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Dünən, 14:28 |
|
|
|
| • Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Dünən, 14:19 |
|
|
|
| • Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Dünən, 14:15 |
|
|
|
| • “Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Dünən, 14:11 |
|
|
|
| • “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Dünən, 14:06 |
|
|
|
| • Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Dünən, 13:59 |
|
|
|
| • “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Dünən, 13:56 |
|
|
|
| • "Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Dünən, 13:44 |
|
|
|
| • Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Dünən, 13:03 |
|
|
|
| • "Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Dünən, 13:00 |
|
|
|
| • “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Dünən, 12:57 |
|
|
|
| • “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Dünən, 12:47 |
|
|
|
| • İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Dünən, 12:42 |
|
|
|
| • "Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Dünən, 12:41 |
|
|
|
| • Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Dünən, 12:34 |
|
|
|
| • Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Dünən, 12:27 |
|
|
|
| • Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Dünən, 12:19 |
|
|
|
| • Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Dünən, 12:16 |
|
|
|
| • Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Dünən, 12:09 |
|
|
|
|