Bir neçə ildir ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun mahnıları yerli radioda səslənir.
Bu barədə “Qafqazinfo”ya sənətçinin özü məlumat verib.
Belə ki, Məmmədoğlunun “Azəri torpağı”, “Hədiyyə” adlı mahnıları “Davidzon radio”da səslənir. Radionu Nyu-York, Nyu-Cersi, Konnektikut ştatlarında radio dalğada, internet üzərindən isə bütün dünyada dinləmək mümkündür.
Nyu-Yorkda yaşayan müğənni, həmçinin bildirib ki, Yeni il bayramı ilə əlaqədar digər ştatlardan restoran və konsert zallarında konsert vermək üçün təkliflər alıb və bir neçəsini qəbul edib.