“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                 

"Hacıbaba Bağırov əmimdir, o, nənəmin birinci nikahdan oğlan oğludur..."
Tarix: 18-10-2021, 09:00 | Çap et
"Hacıbaba Bağırov əmimdir, o, nənəmin birinci nikahdan oğlan oğludur..."
Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev Moderator.az-ın suallarını cavablandırıb.

- Cəmil müəllim, 2 ilə yaxın müddətdir ki, pandemiyaya görə bir çox mədəniyyət müəssisələri fəaliyyətlərini yarımçıq saxlamışdılar. Bu müddət ərzində Dövlət Film Fondunda vəziyyət necə idi?

- Dövlət Film Fondu kinoarxiv təşkilatı olduğu üçün pandemiya dövründə də öz fəaliyyətini davam etdirib. Bu fəaliyyət ilk növbədə nədən ibarətdir? Fondda 70 minə yaxın film saxlanılır və bu filmlər hər gün, hər saat qayğı gözləyir. Bizdə filmlərin bərpa şöbəsi var, orada çalışan mütəxəssilər hər gün filmləri ardıcıl şəkildə yoxlayır, birinci növbədə həmin filmlərin lentlərinin statik elektrik cərəyanı götürülür. Bunun üçün lent əvvəldən axıra keçirilir və daha sonra sondan geri qaytarılır. Bundan başqa hər bir saxlanılan lentə müəyyən qədər mikrotozluq daxil ola bilər. Bu tozlar xüsusi maşınlarda, yaxud da əllə xüsusi məxmər vasitəsilə təmizlənir. Hər bir filmin tərkibində lent birləşmələri var, onların üzləri qopduğundan təmir olunur. Ona görə də kinoarxivdə bütün filmlər bərpa prossesindən keçir. Bərpa şöbəsində daim iş var. Bizim fəaliyyətimizin ikinci istiqaməti isə filmlərin bokslarda saxlanmasıdır. Xüsusi rütubətli, soyuq otaqda həmin bokslar qorunur. Hər kinolentin özünəməxsus saxlanma rejimi var. Kinoarxiv şöbəsində isə bizim arxiv materialları saxlanılır. Materiallar bizə şəxsi arxivlərdən də daxil olur, bizim əməkdaşlarımız da onları axtarırlar. Bu müəyyən kinoafişalar da, rejissorun yazdığı ssenarilər də, fotolar da, həmin sənətkarın şəxsi əşyaları da ola bilər. Bir sözlə biz pandemiya dövründə də işləmişik, indi də fəaliyyət göstəririk, bizdə sadəcə olaraq pandemiya dönəmində tədbirlər keçirilməyib.

- Cəmil müəllim, siz uşaqlıqdan sənət ruhlu ailəsə böyümüsünüz. İstərdik o illərə qayıdaq.

- Mənim atam Elşad Quliyev filologiya fakültəsini bitirməyinə baxmayaraq taleyini televiziya ilə bağlamışdı. Uzun illər televiziyada tərcüməçi, baş redaktor daha sonra isə sədr müavini və sədr vəzifəsinə kimi yüksəlib. Azərbaycan Dövlət Televiziyasına 25-ilə yaxın bir müddətdə rəhbərlik edib. Təbii ki, mənim uşaq yaşlarından ailədə həm teatra, həm də kinoya böyük həvəsim olub. Daim atamla birlikdə həm teatr tamaşalarını izləyib, kinolara baxmışam. Mənim kinoya gəlməyimin səbəbkarı isə kinorejissor Arif Babayev olub. O mənim atamla dostluq edirdi və hər zaman da deyirdi ki, mən səni filmə çəkəcəyəm. Arif müəllim o vaxt “Alma almaya bənzər” filmini çəkəndə, mən də həmin filmdə rol (Kərimov) aldım. Ona qədər isə məni Şamil Mahmudbəyov “Şərikli çörək”, rejissor Oqtay Babazadə isə “Leyla və onun dostları” filminə dəvət etmişdi. Müəyyən səbəblərdən mən o filmlərdə çəkilə bilmədim. Bu filmlərdən sonra məndə incəsənətə, kinoya böyük həvəs yarandı və həyatımı kino sahəsi ilə bağlamağa qərar verdim. 1979-cu ildə Moskvada Ümumittifaq Kinematoqrafiya universitetinə daxil oldum, quruluşcu rejissor ixtisası üzrə təhsil aldım. Ondan sonra da təhsilimi bitirib “Azərbaycanfilm” kinostudiyasına gəldim, burada çalışdım. 1987-ci ildən Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm, artıq 33 ildir. Hal-hazırda da orada çalışıram. Uzun illər “Kino və televiziya” kafedrasının müdiri vəzifəsini icra etmişəm.

- “Alma almaya bənzər” filmində sizinlə birgə çəkilən Hacıbaba Bağırovun qohumunuz olduğu deyilir. Həqiqətən də sevimli aktyorumuzla qohumsunuz?

- Bəli, Hacıbaba Bağırov mənim əmimdir. Nənəm iki dəfə ailə həyatı qurub, o nənəmin birinci nikahdan oğlan oğludur. Hacıbaba Bağırovu mən çox istəyirdim, mənim üçün əziz bir insan idi. Təvazökar və qayğıkeş bir şəxsiyyət idi. Əfsuslar olsun ki, aramızdan tez ayrıldı. Amma mənim qəlbimdə o həmişə yaşayır və yaşayacaq da. Mən həm də onunla birlikdə işləmişəm. 1990-cı illərdə ölkədə kino istehsalı dayananda biz onunla birgə “Şirbalanın məhəbbəti” filmini ərsəyə gətirdik. Hacıbaba Bağırov bu filmə görə təxminən bizim kinostudiyanın 120 adamına iş verdi. Çünki film sifarişini və sponsoru o tapmışdı. Həmin işçilər ailələrini o filmin hesabına saxladılar. Həm də Hacıbaba müəllimin arzusu idi ki, o kino lentində həkk olunsun.

- Bəs aktyorluq sənətini niyə davam etdirmədiniz?

- Aktyor sənətini mən necə davam etdirə bilərdim? Gərək məni filmə çəksinlər ki, sənətim davam etsin də. Daha sonra nədənsə dəvətlər olmadı. Kim dəvət edirdisə böyük həvəslə çəkilirdim. Aktyor sənətinə məndə hər zaman böyük məhəbbət və sevgi olub. Filmlərə dəvət olmayanda isə mən öz işimlə məşğul olub bədii, sənədli filmlər çəkirdim.

- Cəmil Quliyevin adı çəkiləndə insanın gözünün önünə film sahəsi gəlir. Amma müxtəlif illərdə televiziyalarda rəhbər, direktor vəzifələrində çalışmısınız. Bu gün yenə də film sahəsinə qayıtmısınız. Demək ki, film sahəsindən uzaq düşə bilməzsiniz.

- Mən hər zaman kinonu televiziyadan üstün hesab etmişəm. Baxmayaraq ki, televiziya daha baxımlıdır, tamaşaçılar onu evdən izləyə bilirlər. İstər Mədəniyyət kanalına, istərsə də İctimai televiziyaya direktor vəzifəsinə təklif alanda hər zaman çalışırdım ki, həmin televiziyalarda kino sahəsinə xüsusi diqqət ayırım. Bədii kinoları, müxtəlif yaş kateqoriyalarına məxsus filmləri xüsusi həssaslıqla seçib, nümayiş etdirirdik. Televiziyada kino xadimləri-aktyorlar, rejissorlar, ssenari müəllifləri haqqında xatirə verilişləri hazırlayırdıq. Yəni kino mənim üçün hər zaman öndə olub.

- Kinomuzun bu günki vəziyyətindən nə danışa bilərsiniz?

- Bu gün bizim kinoda çox gözəl tendensiya var. Belə ki, nəsillər dəyişir, gənclər gəlir, hətta deyərdim ki, gənclər çoxluq təşkil edir. Sevindirici haldır ki, həmin gənclər xaricdə bir çox təhsil ocaqlarında və kurslarda təhsil alıb, bu sahəyə gəlirlər. Bu gün Azərbaycan kinosu yeni bir mərhələyə qədəm qoyub. Gənclərimizin çəkdiyi filmlər, iştirak etdiyi festivallar diqqəti cəlb edir. Azərbaycan kinosunda yenilənmə gedir. Mən onlara yalnız uğurlar arzu edirəm. Biz yaşlı nəslin nümayəndələri isə öz töhfəmizi verməyə çalışırıq. Həyat davam edir, bir nəsil gəlir, o biri nəsil gedir. Həyatın qanunu belədir.

- Bir müddət əvvəl siz də, ananız da koronovirus xəstəliyinə yoluxmuşdunuz. Çox təəssüflər olsun ki, ananız bu amansız xəstəlikdən dünyasını dəyişdi. Həyatınızdakı o boşluq yəqin ki, ömür boyu sizinlə olacaq.

- O təkcə mənim anam yox, dostum, sirdaşım olub. Hər zaman onunla fəxr etmişəm, çünki gözəl insan idi. Mən inanmırdım ki, onu belə bir çətin məqamda itirə bilərəm. Əfsuslar olsun ki, belə oldu. Xəstə yatağımda olduğum üçün anamın dəfnində belə iştirak edə bilmədim. Həyatı dəyişmək mümkün deyil, o öz axarı ilə gedir. Ona görə də mənim üçün bu itki çox ağırdır, təsəllim isə sadəcə işimdir. Çünki evə gedəndə daim o mənim yadıma düşür, özümü çox pis hiss edirəm. Amma işdə-gücdə olanda isə bir qədər o fikirlərdən uzaqlaşıram.

- Köhnə şəkil yaxud lent yenisi ilə əvəzlənir, bəzi əşyalar yenilənərək bərpa olunur. Bəs həyatda nəyi bərpa etmək mümkün deyil?

- Həyatda insanlar arasındakı münasibətləri, itkiləri bərpa etmək olmur. İnsan gərək bağışlamağı bacarsın, ünsiyyət qura bilsin. Hansısa yaxın dostunun səhvini ona keçə biləsən. Yalnız onda sən rahat yaşaya bilərsən.

- Həyatınızda elə insanlar olub?

- Təbii ki, olub. Mən çalışmışam ki, həmin insanları bağışlayım, bağışlamışam da. Çünki vaxtilə o insanda müəyyən yaxşı keyfiyyətləri görüb dostluq etmişəm, istəməmişəm ki, hansısa məqamda onu itirim. Elə insanlar da olub ki, barışmaq istəməyiblər, düşünüblər ki, artıq o mərhələ keçdi. Həyat günü-gündən qısalır, kiminləsə küsülü, incik qalmaq yaxşı xüsusiyyət deyil.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru