“Dəhşətə gəldim, əsgərlərimiz o dağlara necə qalxıb?“
Tarix: 9-01-2021, 10:02 |
Çap et
Xalq artisti Nəzakət Teymurova "Bizimləsən" proqramının virtual qonağı olub.
Yenisabah.az xəbər verir ki, xanəndə bir müddət əvvəl getdiyi Şuşa ilə bağlı təəssüratlarını bölüşüb.
Göz yaşlarını saxlaya bilməyən müğənni ora ayaq basanda əvvəl torpağı öpdüyünü deyib: "O qədər həyəcanlı idim. Kamança ifaçısı Elşənlə məscidin yanına çəkilib ağladıq.
Gedib məscidin kənarında dizimi yerə qoyub torpağı öpdüm. Sonra girib namaz qıldım, Allaha şükür etdim. Yol boyu dəhşətə gəlirdim, əsgərlərimiz necə qalxıb o dağlara.
Onlar hansı yerlərdən keçib o dağlara qalxmışdı. Məscidin yanında gizlənib ağladım ki, heç kim görməsin. Paltarlarım da qara batmışdı".
"Cavan bacım rəhmətə getmişdi, atamın yanında dəfn olunub. Onun məzarını dağıdıblar. Bu yaxınlarda Ağdamda tədbir olmalıdır. Demişdim, birinci gedim atamın, bacımın qəbrini ziyarət edim, sonra tədbirə qatılım".