"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" .....                     Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? .....                     6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? .....                     "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? .....                     Azərbaycanda FETÖ izi .....                     Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir .....                     “Bank of Baku” qazinin borcunu atasından soruşur .....                     Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU .....                     Ukrayna ərazilər itirməyə davam edir .....                     Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat .....                     Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ .....                     İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... .....                     Doğma yurdda sonuncu şəkil .....                     Bazarı başına alan SAXTA DÜYÜ... .....                     Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... .....                     “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... .....                     Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... .....                     İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK .....                     "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... .....                     "Nə edim? Necə edim? Kimə deyim?" .....                     "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... .....                     “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb .....                     Kreml Paşinyan hakimiyyəti ilə barışıb? .....                     Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                 

"Onları iti qovan kimi qovmaq lazımdır"
Tarix: 7-01-2021, 08:41 | Çap et
"Onları iti qovan kimi qovmaq lazımdır"
Xalq artisti, “Şöhrət” ordeni laureatı Rafiq Əzimovun Moderator.az-a müsahibəsini təqdim edirik:

- Salam Rafiq müəllim, necəsiz?

- Salam, çox sağ olun! Çox şükür, yaxşıyam. Oturmuşuq evdə, özümüzü xəstəlikdən qoruyuruq. Nə qonaq gedirik, nə də qonaq qəbul edirik. Oğlum da çox nadir hallarda bizə gəlir, deyir ki, ata biz gündə min yerə gedib gəlirik, ona görə çox gəlmək istəmirəm. Market də evimin yanındadır, təcili nəsə lazım olanda 3 saatlıq sms icazəsi götürüb, alış-verişimizi edib gəlirik.

- Koronovirus xəstəliyi ilə əlaqədar olaraq tezliklə ölkəmizə də vaksin gətiriləcək. Amma insanlarda nədənsə vaksinə qarşı bir fobiya yaranıb. Sizdə necə?

- Tamamilə doğru qeyd etdiniz. Mən gündəlik olaraq vaksinlə bağlı internetdə araşdırmalar da edirəm. Müəyyən insanlar çox razılıq etsələr də, bəzi insanlar bunun ziyanından qorxurlar. Hansısa ölkədə bu vaksindən kütləvi ölüm halları da qeydə alınıb. Bu əlbəttə ki, bizi qorxudur. Vaksinləri adətən əvvəl heyvanlar üzərində sınayıb, daha sonra insanlara vururdular. Bu o vaxtı da belə idi. Birinci dünya müharibəsi illərində çuma xəstəliyi yayılanda vaksini birinci siçanlar üzərində sınayıb, daha sonra bütün insanlara vururdular. Nəticəsi də yaxşı olurdu. Koronovirus çumadan da ağır xəstəlikdir. Kim istəməz ki, xəstəlikdən özünü qorusun? İnsanlar gərək bu vaksinin xeyrini görsün ki, buna inansınlar. Ölüm və yoluxma sayı da günü-gündən artır, inşallah tezliklə bu bəladan canımız qurtarar.

- Ömrünü teatra həsr etmiş bir insan üçün sənətdən, teatrdan ayrı düşmək necə bir hissdir?

- Teatrsız qalmaq faciədir, dəhşətdir. Ələxsus da mənim cavan aktyorlara heyfim gəlir. Biz indi gördüyümüzü görmüşük, oynadığımızı oynamışıq, fəxri adlarımızı almışıq. Bunlar hamısı öz yerində, amma bizim sənətdə bir məsəl var. O aktyor ki, deyir mən aktyoram, sənətkaram, onun üçün sənət bitib. Çünki bizim sənətimizin tavanı yoxdur, əlçatmazdır. Mən desəm ki, teatr üçün darıxmıram, maaşımı alıram, onda demək ki, mənim üçün sənət yoxdur. Evdə olmağıma baxmayaraq hər gün öz üzərimdə işləyirəm, oynadığım rolları bir də nəzərimdən keçirirəm. Teatrımız sosial şəbəkələrdə tamaşalarımızı göstərir, baxırıq, amma ləzzət etmir, canlı sənət başqadır.

- Rafiq müəllim, bildiyiniz kimi benzinin də qiyməti qalxdı. Bu da təbii ki, digər kənd təsərrüfatı mallarının qiymətinin artmasına öz təsirini göstərəcək. Bu mövzuya da münasibətinizi bilmək istərdim...

- Bu mövzu ilə bağlı bir çox ictimai xadimlərin, millət vəkillərinin fikirlərini araşdırıb, oxuyuram. O insanların fikirləri camaata pis təsir edir, qıcıq doğurur, bəzən qarğış sahibi də olurlar. Hər şeyi gərək dərindən ölçəsən. “Mən salim olum, cümlə cəhan batsada batsın” olmamalıdır. Oğlunun qoluna 2 milyonluq saat taxan nazir bizim haqqımızda düşünməz. Bir balaca xalqa yaxın olmaq lazımdır. Hörmətli prezidentimiz nə qədər bu mövzularda çıxış edir, yenə də xeyri yoxdur! Belə insanları iti qovan kimi qovmaq lazımdır. O boyda müharibəni kimlər uddu? Əlbəttə ki, başda Ali Baş Komandanımız olmaqla, ordumuz, əsgərlərimiz. Mən mənliyimlə yolda əsgər görəndə istəyirəm qucaqlayıb, bağrıma basım. Çünki onlar bizi yaşadıb, bütün dünyada başımızı uca etdilər. Mənim qardaşım oğlu 5 medal alıb, hələ də oradadır. Heç olmasa bu cür zəfərdən, müharibədən sonra belə məsələləri ortaya atmayın da. Vallah olmaz, ayıbdır! Bəziləri deyir ki, 20 qəpikdir də, 10 qəpikdir də. Bu 20-10 qəpikliklər onların cibinə milyonlar axıdır! Müharibədə niyə qalib gəldik? Prezidentin yumruğu ilə birləşib qalib olduq. O yumruğ təkcə zərbə deyildi, həm də birlik idi. Prezidentin yumruğu o məmurların başına vurulmalıdır.

- Yəqin ki, müğənni Röya Ayxan ilə aktrisa Məlahət Abbasova arasındakı qalmaqaldan da xəbəriniz var. Sənətçilərin bu cür qalmaqalı sizə necə təsir edir?

- Ümumiyyətlə müəyyən kanallardakı verilişləri izləmirəm, çünki daxili, iyrənc söhbətləri ortalıqa çıxarırlar. Bunun bizə xeyri yoxdur. Mənə həmin müğənninin sənəti maraqlıdır, şəxsi həyatı yox! Xoşuma gəlirsə oturub mahnısını dinləyirəm, bəyənmirəmsə kanalı çevirirəm. Hər kəsin öz əxlaqı, düşüncəsi var. Mən heç kimə tərbiyyə verə bilmərəm. O ki, qaldı bu qalmaqala.. Onların arasında qalmaqal hələ ötən il yaranmışdı. Bu ikinizin arasında olub, qoy aranızda qalsın da! Mənim üçün sənətçi sənəti ilə məşğul olmalıdır. Neçə illərdir teatrda işləyirəm, bir aktyorun digərindən xoşu gəlmir, bəlkə də o artıq haqq dünyasındadır, bir də görürsən biri deyir ki, yaman içki içən adam idi. Mən onun içməyini neynirəm? Sən onun sənətindən danış! Rəhmətlik Səməndər Rzayev yaxın dostum olub, həm də qonşu idik. Ondan söz düşəndə deyirlər ki, içki içən idi! Sən onu qaldırmırsan, əksinə yerə vurursan!

- Siz həm də ən yaddaqalan filmlərimizdə çəkilmisiz.. Bunlara “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” filmlərini misal göstərmək olar. Hətta “Arxadan vurulan zərbə” filmində ölümlə üz-üzə qalmısız. Həmin epizodu bizə danışa bilərsiz?

- Film çox maraqlı ssenariyə malik idi, həm də çətin səhnələrlə zəngin idi. Döyüş, atla, Qurd Cəbrayılla səhnələr var idi. Bu filmi müxtəlif məkanlarda çəkdik. Qaxda, Zaqatalada, Mingəçevirdə və Qubada. Artıq biz orada at çapa bilirdik və fəal döyüş səhnələrimiz var idi. Aparatlar qurulmuşdu, məşq edirdik. Çəkilişlər Zaqatalada gedirdi. Sirkdən bıçaq atan gətirmişdilər. 10 metr uzaqdan ağaca bıçağı düz atırdı. Bir dənə boş bıçaq atmırdı. Məşqdə mənə göstəriş verildi və mən hərəkət etdim. İkinci göstəriş bıçaq atana verildi, 3-cü göstəriş yenidən mənə verildi ki, əyilim. Bir dubl çəkildi və mən əyildim. Sonra filmin rejissoru Arif Babayev mənə dedi ki, Əzimov, gəl bir də çəkək. İkinci dublda göstəriş mənə gec verildi. Artıq mən qalxanda bıçaq gəldi, başımın üstündə şlyapanı tərpətdi. Elə bildim ki, küləkdir. Heç nə hiss etmədim. Ancaq texniki işçilər heyrətlə birdən qalxıb, gəlib mənim başıma baxdılar. Onda məni vahimə basdı. Arifin bir sözü oldu ki, anan sənin namaz üstündəymiş.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
“Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47
Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru