ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var .....                     AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? .....                     Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL .....                     "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" .....                     Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? .....                     6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? .....                     "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? .....                     Azərbaycanda FETÖ izi .....                     Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir .....                     “Bank of Baku” qazinin borcunu atasından soruşur .....                     Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU .....                     Ukrayna ərazilər itirməyə davam edir .....                     Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat .....                     Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ .....                     İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... .....                     Doğma yurdda sonuncu şəkil .....                     Bazarı başına alan SAXTA DÜYÜ... .....                     Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... .....                     “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... .....                     Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... .....                     İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK .....                     "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... .....                     "Nə edim? Necə edim? Kimə deyim?" .....                     "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... .....                     “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb .....                     Kreml Paşinyan hakimiyyəti ilə barışıb? .....                     Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                 

"Şou xarakterli seriallarln zəfər səlnaməmizi əks etdirən filmlərlə əvəz olunmasının vaxtıdır"
Tarix: 4-01-2021, 08:26 | Çap et
"Şou xarakterli seriallarln zəfər səlnaməmizi əks etdirən filmlərlə əvəz olunmasının vaxtıdır"
DİA.AZ: - "“Bəyin oğurlanması” filmində ustad aktyorumuz mərhum Səməndər Rzayevin ifasında : "Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib” replikası çoxlarımıza tanışdır". DİA.AZ bildirir ki, bunu təhsil eksperti Nadir İsrafilov məqaləsində qeyd edir.

Daha sonra müəllif yazır: "Dünya kinomotoqrafıyasında çoxsaylı filmlər fərqli dillərdə, müxtəlif janrlarda çəkilsə də, yenə də məqsəd eynidir: insanları əyləndirmək, maarifləndirmək və onları düşünməyə sövq etmək. Filmlərə baxış müasir mədəniyyətin əsas tərkib hissəsi olub, onların qəhrəmanları isə həyata baxışımıza təsirsiz ötüşmür.

Düzdür, proletariatın böyük rəhbərinin bir vaxtlar böyük bir ölkənin geniş ərazisində dillər əzbərinə çevrilən "Bütün incəsənətlərdən bizim üçün ən əhəmiyyətlisi kinodur” məşhur tezisini qəribçiliyə salsaq da, Leninə olan münasibətimizdən asılı olmayaraq, onun kino barədə bu fikri ilə razılaşmamaq, ən pis halda ədalətsizlik olardı. O da danılmaz faktdır ki, Azərbaycan kino prokatının yüksəlişi məhz həmin ideologiyanın qüvvədə olduğu dövrlərə təsadüf edib.

Düzdür, bir çox kinoteatrların özəlləşdirilməsi, onların bir çoxlarının mebel salonlarına, digər məişət obyektlərinə çevrilməsi mədəniyyətin bu mühüm sahəsinin nümaiş imkanlarını kifayət qədər məhdudlaşdırıb. Bununla belə, televiziyaların imkanlarının genişliyi heç kəsdə şübhə doğura bikməz.

Bayram deməyə adamın dili gəlməsə belə, bu iş günü hesab edilməyən günlərdə dövlət televiziyalarında “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Dəli kür” kimi klassik filmlərin nümaiş etdirilməsi əhval-ruhiyyəmizi nə yüksəltdisə, bəzi özəl kanalların adlarını belə dilə gətirməyi özümə sıxışdırmadığım şou xarakterli təqdimatları sözün bütün mənalarında kefimizə bir o qədər soğan doğramış oldu. Belə də Sergey Kapitsa ilə necə razılaşmayasan ki, “Televiziya bulka sexi deyil ki, özəl olsun.”

Etiraf etməliyəm ki, uşaqlıq illərindən kinoya yaranan marağım bu gün də sönməyib. Baxdığım filmlərin sayı-hesabı itib. Yüzlərlə sevilən filmlər arasında seçim aparmaq mənim üçün çətindir. Azərbaycan filmləri arasında ilk növbədə dəfələrlə baxdığım və bu gün də baxmaqdan yorulmadığım, rejissor Həbib İsmayılovun 1962-ci ildə ekranlaşdırmış olduğu, Ələsgər Ələkbərov, Həsən Məmmədov, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov kimi ustad aktyorların yer aldığı, kənd təsərrüfatı sahəsində gedən dəyişikliklərdən, işıqlı gələcəyə ümid bəsləyən sadə kənd adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılan "Böyük dayaq” tammetrajlı bədii filmidir. Baxmayaraq ki, bu filmə ideoloji rəng qatamlar da az olmayıb. Halbuki, “işıqlı gələcək uğrunda mübarizə” heç bir siyasi ideologiya tanımır. "Oskar" da daxil olmaqla, onlarla mükafata layiq görülən keçmiş sovet filmi:"Mosfilm” istehsalı olan, 1980-ci ildə efirə çıxar-çıxmaz fantastik uğur qazanan Aleksey Batalovun baş rol aldığı, 50-ci illər paytaxt mühitində yataqxana həyatından bəhs edən "Moskva göz yaşlarına inanmır” sevdiyim filmlərdəndir. Dillər əzbəri olan "Aleksandra” mahnısı isə bu filmə geniş izləyici kütləsi qazandırıb. Türkiyə istehsalı olan mənə ən güclü emosional təsir göstərən filmlər içərisində 2005-ci ildə çəkilmiş "Çağan Irmak” istehsalı olan, Türkiyədə kifayət qədər marağa səbəb olan "Babam və oğlum” və real hadisələr əsasında 9 il dəmir yolu vağzalına gələrək yiyəsinin yolunu gözləyən və Yaponiyada abidəsi ucaldılan Hatiko adlı bir itin sədaqətindən bəhs edən, 2009-cu ildə çəkilmiş Britaniya-Amerika melodramı olan "Hatiko” filmləridir. Məşhur bəstəkarın həyatından bəhs edən "Miloş Formanın 1984-cü ildə çəkdiyi, ABŞ, Fransa və Çexoslovakiyanın birgə istehsalı olan, dahi bəstəkar, musiqi dühası Volfqanq Amadey Motsartın qəribəliklərlə müşayiət olunan və müəmmalı ölümü ilə nəticələnən həyatından bəhs edən "Amadey” filminə baxarkən, film boyu insan ecazkar "ilahi musiqi”nin təsirindən ayrıla bilmir.

Çalışın, heç olmasa evdə qaldığınız pandemiya dövründə bu filmlərə baxın və müasir seriallarla onları müqayisə edin. Mən isə öz növbəmdə bu kimi kinofilimləri ucuz və bayağı teleserialların əvəz etməsinə təəssüflənirəm...

Bazar iqtisadiyyatının bütün ziddiyyət və məhdudiyyətlərinə baxmayaraq, kinoya münasibətimiz dəyişməlidir. Mədəniyyət və incəsənətin ən əhəmiyyətlsini “bazar” tələblərinə tabe etməməliyik. Heç olmasa mənəvi dəyərlərimizin aşınmaması, gələcək nəslin sağlam ruhda tərbiyə olunması üçün. Şou xarakterli seriallarln Vətən müharibəsindəki şanlı zəfər səlnaməmizi əks etdirən filmlərlə əvəz olunmasının vaxtıdır..."











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
“Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47
Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru