Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən "Sədərək" adı niyə silinib? .....                     Bəxtiyar Sadıqov haradadır? .....                     Bir ay sonra verilən gecikmiş elektron cavab .....                     Şərur sakininin başına açılan oyunlar .....                     Paşinyanın yeni dəst-xətti... .....                     Bu, Kremlin Bakıya qarşı “təzyiq kartı” cəhdidir .....                     Müştərilər üçün OPTİMAL TƏLƏ... .....                     Ekspertdən Elm və Təhsil Nazirliyinə ÇAĞIRIŞ .....                     Doğrudanmı, Zəngəzur dəhlizi ABŞ-a icarəyə verilir? .....                     BU NƏDİ BELƏ: Həkim fala baxır... .....                     "Paşinyanın Rusiyaya səfərləri ancaq Moskva ilə Bakı arasında gərginlik olduğu vaxt baş tutur" .....                     Paşinyan Anna ilə niyə evlənmədiyini açıqladı .....                     Qafqazda ABŞ-Türkiyə-Rusiya qarşıdurması: Kim nə qazanacaq? .....                     Ev bazarında 100 min yeni 'KUPÇA'... .....                     Təyyarələr havaya qalxdı, silahlar hazırlandı .....                     "10 min cibimə qoyun, mən də gəlim" .....                     Cavid Qurbanovun oğluna yeni vəzifə verildi .....                     Qaradağ rayon Ağsaqqalar Şurasının növbəti hesabat-seçki yığıncağı keçirilib .....                     Azərbaycanda bəzi siqaretlər bahalaşdı .....                     "Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur" .....                     Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR .....                     Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib .....                     Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb .....                     “Naxçıvan Petrol”un rəhbəri dəyişdi .....                     14 milyonluq alış dayandı: .....                     Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq .....                     Məşhur prokurorun oğlu camaata pul atıb… .....                     Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? .....                     Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır .....                     “Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” .....                     Paşinyanın Rusiya səfərinin .....                     SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib .....                     Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? .....                     Rusiyanı məhkəməyə vermək istəyirik .....                     Dövlət Agentliyi “Bravo”ya protokol yazdı .....                     Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi .....                     Neft pulları HAVAYA SOVRULUB? .....                     İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     "Müştəri məmnuniyyətiniz HARDA QALDI?" .....                     “Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi .....                 

Şəhid mövzusu şou əhli üçün deyil - TELEKANALLARA ETİRAZ
Tarix: 14-12-2020, 09:59 | Çap et
Şəhid mövzusu şou əhli üçün deyil
Bəzi telekanallarda vaxtilə şou verilişlərə aparıcılıq etmiş şəxslər indi şəhid ailələri və qazilərlə bağlı verilişlərə müəlliflik edirlər. Bu isə insanlar tərəfindən ciddi narazılıqla qarşılanır.

Bəs, tanınmış jurnalistlər məsələyə necə baxır?

Şou əhli öz ənənəvi işi ilə məşğul olsun, Şəhid mövzusu onlarlıq deyil

Tanınmış telejurnalist Qulu Məhərrəmli İkinci Qarabağ savaşını işıqlandıran televiziya, radio, saytlar və qəzetləri çox diqqətli olmağa çağırıb:

“Şəhidlər mövzusu ayrıca həssalıq tələb edir. Bəzi televiziya kanallarında insan görürür ki, şou əhli, şou ilə bağlı olan insanlar hər şeydə bir tamaşa, yalançı dramatizm axtaran ekran adamları bu mövzuya toxunurlar. Hesab edirəm ki, şou əhlinin ümumiyyətlə şəhidlər mövzusuna toxunması qadağan olunmalıdır. Onlar bir başqa xətt tuta bilərlər. Yəni onlara yaxın olan mövzularda nəsə bir şey edə bilərlər.

Kimsəyə yaradıcılıq qadağası qoymaq istəmirəm. Lakin elə sərhəd var ki, onu şou əhli keçə bilməz. Bu da şəhidlər mövzusudur. Şəhidlər mövzusunun işıqlandırılmasını bizim televiziya rəhbərləri, struktur rəhbərləri, media qurumlarıın rəhbərləri bacarıqlı, istedadlı, həssas, qabiliyyətli jurnalistlərə tapşırmalıdır. Çünki bunun üçün düşünülmüş ədəbi mətn olmalıdır. Hadisələrdən biri-birinə bağlı olan hekayələr düzəldilməlidir. Bunu, düşünülmüş, emosiyanal və insan şüuruna təsir edən ağıllı bir şəkildə etmək lazımdır. Bu, şou əhlinin bacardığı bir iş deyil. Bu səbəbdən də şəhidlər mövzusunu biz müqəddəs hesab etməliyik və ona həddindən artlq həssas yanaşmalıyıq.

Bu, televiziyaların əsas borcudur. Mən bəzi televiziyalara baxıram, gözümə yaxşı süjetlər dəyir. Ondan da yaxşı etmək lazımdır. Bizim şəhidlər, qazilər, vətən müharibəsinin qəhrəmanları qarşısında edə biləcəyimiz bir iş var. O da vətən uğrunda döyüşün müqqədəsliyini, vətən uğrunda həlak olan insanların ömrünün davamını təsirli və ağıll, başqalarına nümunə olacaq bir tərzdə hekayələrdə verə bilmək. Ona görə də bu məsələni şou əhlinin öhtəsinə buraxa bilmərik. Bu bizim mətbuatımız və jurnalistikamız üçün ən həssas və ciddi mövulardan biridir. Bununla şou əhli məşğul olamlı deyil. Tamaşaçı şüurunda bəlli obrazları formalaşmış şou əhli öz ənənəvi işi ilə məşğul olsun... Şəhid mövzusu onlarlıq deyil”.

Hər şeyə şou gözü ilə baxırlar, belə ucalıqları ucuzlaşdırmaq olmaz

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, Şəhid polkovnik Raquf Orucovun xanımı Sevinc Alızadə isə düşünür ki, Şəhid ailələri hazırda həssas dönəmdə, böyük ailə itkisinin və şəxsi facilərinin içərisindədirlər:

“Şəhidlər ailəlri Azərbaycan üçün qürur, fəxarət mənbəyidir. Medianın, telekanalların onlara yanaşmasında hər cəhətdən sayğı və ehtirama diqqətlə əməl olunmalıdır. Şou veriliş aparıcılarının verilişlərinə şəhid ailələri dəvət olunursa, mütləq qaydalara əməl etməlidirlər. Cəmiyyətdə şou sahəsində oturuşmuş jurnalistlər birdən-birə şəhid mövzularına müraciət etmələri ən yumşaq şəkildə desək dəstək qazanmır, əksinə etiraz doğurur.

Bütün televiziya kanallarının rəhbərlərindən xahişimiz odur ki, şəhid ailəsinə bu mənada mütləq diqqət yetirsinlər.Verilişin adını, formatını dəyişə bilərlər. Həmin verilişin aparıcısı başqa istiqamətdə daha öncə veriliş aparıbsa, onun hörmətli qonaqları çalıb-oynayanlarımız olubsa, onun gəlib şəhid ailəsinin dərdi ilə birlikdə o acını yaşaması inandırıcı deyil.

Şəhid ailəsi həmin verilişə hörmət xətrinə gələ bilər, lakin televiziya rəhbərliyi mütləq o səpkidə yeni verilişlər yaratmalıdır. Əvvələr tamamilə başqa istiqamətlərdə mövzular açıb, geniş-geniş danışanlar şəhid ailəsindən, qazidən, Vətən mövzusunda danışın özlərini reklam etmələri normal bir hal deyil. Düzgün yanaşmırlar, yanaşmalarında səhv var. Reytinq xətrinə ağlatmağı belə həssas mövzuda sərgiləməsinlər. Ona görə də yanaşmalar dəyişməlidir. O ailələr göstərilən o münasibətə layiq deyillər. Mənim özüm şəhid ailəsiyəm. Bu acını illərdir ki, yaşayıram. Bu gün səhər-səhər Sumqayıt şəhəri Şəhidlər Xiyabanından gəldim. Orada yeni şəhid olmuş baş leytenant Elvinin məzarı üzərində onun anasının, övladının fəryadını eşitdim. O fəryadın qarşısında risk edib, o anaya təskinlik verməyə hünər tapmadım özümdə. Susdum, özümü o qədər aciz hiss etdim ki...

O ki qaldı şou aparıcısı, onlar hər şeyə şou gözü ilə baxırlar. Belə olmalı deyil. Belə ucalıqları bu şəkildə ucuzlaşdırmaq olmaz”.

Onların bəziləri milli-mənəvi dəyərlərdən, tarixi-siyasi biliklərdən, peşə və həyat təcrübəsindən uzaqdırlar

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Vəfa Aslan isə bu gün bütün media orqanlarının ürəyinin Vətən müharibəsi və onun nəticələri ilə döyündüyünü vurğulayıb.

O, qeyd edib ki, müharibə dönəmində internetə qoyulan məhdudiyyətlərə görə, auditoriya ən çox məlumat bazasına malik sosial mediadan uzaqlaşdı, yerli və xarici, əsasən də Türkiyə televiziya kanallarına üz tutdu:

“Qısa müddət ərzində yerli teleməkanda yayımlanan sosial çarxları, musiqi nömrələrini, vətənpərvərlik ruhundan olan bəzi proqramları, xüsusən də xəbər verilişlərini, onların aparıcılarının aktivliyini təqdirəlayiq hesab etmək olardı. Ancaq bu sahədə neqativ tərəflər də çox idi. Cəbhə bölgəsinə göndərilən bəzi jurnalistlərin qeyri-peşəkarlığı, müharibə cinayətinin törədildiyi bölgələrdən canlı yayımların olmaması, dəqiq məlumatların verilməməsi bunlara misal ola bilər.

Hazırda təqdim edilən proqramların çoxunun kontenti şəhid ailələri və müharibə qaziləri ilə müsahiblər, onlar haqqında reportajlar və süjetlərdən ibarətdir. Ancaq çox təəssüf ki, bu proqramlara da tənqidsiz yanaşmamaq mümkün deyil. Həmin proqramların bəziləri şou xarakteri daşıyır və aparıcılarının acısı isti, kədəri ağır olan həmin ailələrə yanaşmaları, verdikləri suallar qeyri-səmimi, məzmunsuz görünür və hazırlıqsızlıq xarakteri daşıyır. Bəli, aparıcı bir qədər soyuqqanlı olmalıdır, amma empatiya hissindən uzaq olmamalıdır. Bu ondan irəli gəlir ki, televiziya kanallarının çoxunda görkəmi gözəl olan kreativ, özgüvənli gənclərin cəlb olunması tendensiyası var. Ancaq onların bəziləri milli-mənəvi dəyərlərdən, tarixi-siyasi biliklərdən, peşə və həyat təcrübəsindən uzaqdırlar. Ona görə də belə mənzərələr ortaya çıxır. Eyni zamanda müharibə mövzulu proqramlara aidiyyatı olmayan, sadəcə cəmiyyətdə tanınan insanlar, ekspertlər, müğənnilər dəvət olunur və onların monoloqları tamaşaçılara sırınır. Tamaşaçıya səmimi, içdən gələn, təbii hisslərlə zəngin kontent gərəkdir. Düşünürəm ki, televiziya rəhbərləri bu barədə ciddi düşünməlidirlər. Peşəkar, hadisələrə düzgün yanaşma tərzinə malik vətənsevər mütəxəssislərin təcrübəsindən, həmçinin beynəlxalq təcrübədə faydalanmağa dəyər”.

Şəhid ailələri ilə bağlı verilişləri şou düşüncəsi ilə idarə etmək olmaz

Modern.az Media Grupun rəhbəri Elşad Eyvazlı qeyd edib ki, müzakirəyə çıxarılan bu mövzunun ciddi olduğu özünü açıq şəkildə büruzə verir:

“Bəzən həmin aparıcılar şou verilişlərində sənətçilərə, yaxud bu kimi insanlara hansı sualları verirdilərsə, hansı şəkildə özlərini aparırdılarsa, eyni şəkildə də şəhid ailələrinə, qazilərə yanaşırlar. Bu, açıq şəkildə hiss olunur. Belə hallar birmənalı olaraq yolverilməzdir. Hesab edirəm ki, bununla bağlı televiziya rəhbərləri ciddi addımlar atmalıdırlar.

Buradan televiziya rəhbərlərinə müraciət edirəm. Şəhid ailələri ilə bağlı verilişləri bu şəkildə, şou düşüncəsi ilə idarə etmək, belə həssas mövzunu şouya çevirmək qətiyyən olmaz”.

E. Eyvazlı söyləyib ki, Modern.az olaraq bununla bağlı monitorinqə başlanacaq:

“Hər bir telekanalda bu məsələ ilə bağlı monitorinqin nəticəsini ortaya qoyacağıq. Bu monitorinqə teletənqidçilər cəlb olunacaq”.
//Modern.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən "Sədərək" adı niyə silinib? - İctimia Birlik sədrindən ETİRAZ
Bu gün, 07:33
Bəxtiyar Sadıqov haradadır? – Rəsmi dövlət qəzetinin rəhbərini “gördüm” deyən yoxdur
Bu gün, 07:28
Bir ay sonra verilən gecikmiş elektron cavab - Qan Turalının "putyovka" istəyinə "yox" deyilib
Bu gün, 07:17
Şərur sakininin başına açılan oyunlar - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:10
Paşinyanın yeni dəst-xətti... - burada Rusiya yoxdur...
Bu gün, 07:08
Bu, Kremlin Bakıya qarşı “təzyiq kartı” cəhdidir - NƏ ETMƏLİ?
Bu gün, 07:05
Müştərilər üçün OPTİMAL TƏLƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 07:04
Ekspertdən Elm və Təhsil Nazirliyinə ÇAĞIRIŞ - "Onlar da sertifikasiyaya cəlb olunsun"
Bu gün, 06:57
Doğrudanmı, Zəngəzur dəhlizi ABŞ-a icarəyə verilir? - AKTUAL
Bu gün, 06:55
BU NƏDİ BELƏ: Həkim fala baxır... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:53
"Paşinyanın Rusiyaya səfərləri ancaq Moskva ilə Bakı arasında gərginlik olduğu vaxt baş tutur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:45
Paşinyan Anna ilə niyə evlənmədiyini açıqladı - KİV
Bu gün, 06:41
Qafqazda ABŞ-Türkiyə-Rusiya qarşıdurması: Kim nə qazanacaq? - İNCƏLƏMƏ
Bu gün, 06:37
Ev bazarında 100 min yeni 'KUPÇA'... NƏYİ DƏYİŞƏCƏK...
Bu gün, 06:34
Təyyarələr havaya qalxdı, silahlar hazırlandı – Paşinyandan Rusiyaya ağır zərbə
Bu gün, 06:30
"10 min cibimə qoyun, mən də gəlim"
Bu gün, 00:12
Cavid Qurbanovun oğluna yeni vəzifə verildi - ƏMR
Bu gün, 00:07
Qaradağ rayon Ağsaqqalar Şurasının növbəti hesabat-seçki yığıncağı keçirilib
Dünən, 20:54
Azərbaycanda bəzi siqaretlər bahalaşdı - YENİ QİYMƏT
Dünən, 20:49
"Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur" - İsrafçılığa qurulan "məclis"...
Dünən, 18:16
Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR - Başqa cür ola da bilməz...
Dünən, 18:04
Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib
Dünən, 17:58
Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb - MEDİA
Dünən, 17:54
“Naxçıvan Petrol”un rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:49
14 milyonluq alış dayandı: - Nazirliyin tenderləri niyə ləğv edildi?
Dünən, 17:47
Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq – Vəziyyət gərginləşir...
Dünən, 17:44
Məşhur prokurorun oğlu camaata pul atıb… - FOTO
Dünən, 17:38
Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? - GƏLİŞMƏ
Dünən, 17:29
Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır - AKTUAL
Dünən, 17:21
“Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” - Ağdamın sabiq deputatı
Dünən, 17:19
Paşinyanın Rusiya səfərinin PƏRDƏARXASI
Dünən, 17:05
SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:01
Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? – Nazirlik susur
Dünən, 16:57
Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası
Dünən, 16:51
Dövlət Agentliyi “Bravo”ya protokol yazdı – Məhsulu müştəriyə baha satıb
Dünən, 16:49
Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi - ƏMR
Dünən, 16:46
Neft pulları HAVAYA SOVRULUB? - NHMT sədri BU DƏFƏ...
Dünən, 16:42
İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
Dünən, 16:33
"Müştəri məmnuniyyətiniz HARDA QALDI?" - NARAZILIQ VAR...
Dünən, 16:31
“Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi
Dünən, 16:28
Təmiz poqon, təmiz vicdan - Müdrik hökumətimizə atəşin alqış və təşəkkürlər
Dünən, 16:25
"Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik"
Dünən, 16:21
FHN şefi Axundova GÖRƏV VERDİ - ƏMR
Dünən, 16:17
Xarici qrant şəbəkəsi yenidən aktivləşdi - Azərbaycana gizli gətirilən pullar BELƏ İFŞA EDİLDİ
Dünən, 16:15
Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi - DETALLAR
Dünən, 16:11
Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
Dünən, 16:09
Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group” - 3 milyondan çox borc yaranıb
Dünən, 16:08
Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir - DİQQƏT!
Dünən, 15:36
Bəlkə Azərbaycan XİN hərəkətə keçə... - AKTUAL
Dünən, 15:34
Deputat sülh müqaviləsindən danışdı: - ""Top" Ermənistandadır"
Dünən, 14:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru