Şərur sakininin başına açılan oyunlar .....                     Paşinyanın yeni dəst-xətti... .....                     Bu, Kremlin Bakıya qarşı “təzyiq kartı” cəhdidir .....                     Müştərilər üçün OPTİMAL TƏLƏ... .....                     Ekspertdən Elm və Təhsil Nazirliyinə ÇAĞIRIŞ .....                     Doğrudanmı, Zəngəzur dəhlizi ABŞ-a icarəyə verilir? .....                     BU NƏDİ BELƏ: Həkim fala baxır... .....                     "Paşinyanın Rusiyaya səfərləri ancaq Moskva ilə Bakı arasında gərginlik olduğu vaxt baş tutur" .....                     Paşinyan Anna ilə niyə evlənmədiyini açıqladı .....                     Qafqazda ABŞ-Türkiyə-Rusiya qarşıdurması: Kim nə qazanacaq? .....                     Ev bazarında 100 min yeni 'KUPÇA'... .....                     Təyyarələr havaya qalxdı, silahlar hazırlandı .....                     "10 min cibimə qoyun, mən də gəlim" .....                     Cavid Qurbanovun oğluna yeni vəzifə verildi .....                     Qaradağ rayon Ağsaqqalar Şurasının növbəti hesabat-seçki yığıncağı keçirilib .....                     Azərbaycanda bəzi siqaretlər bahalaşdı .....                     "Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur" .....                     Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR .....                     Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib .....                     Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb .....                     “Naxçıvan Petrol”un rəhbəri dəyişdi .....                     14 milyonluq alış dayandı: .....                     Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq .....                     Məşhur prokurorun oğlu camaata pul atıb… .....                     Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? .....                     Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır .....                     “Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” .....                     Paşinyanın Rusiya səfərinin .....                     SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib .....                     Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? .....                     Rusiyanı məhkəməyə vermək istəyirik .....                     Dövlət Agentliyi “Bravo”ya protokol yazdı .....                     Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi .....                     Neft pulları HAVAYA SOVRULUB? .....                     İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     "Müştəri məmnuniyyətiniz HARDA QALDI?" .....                     “Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi .....                     Təmiz poqon, təmiz vicdan .....                     "Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik" .....                     FHN şefi Axundova GÖRƏV VERDİ .....                 

"Mən bu günki gənclərimizin, onların igidliyinin qarşısında da baş əyirəm"
Tarix: 14-12-2020, 09:02 | Çap et
"Mən bu günki gənclərimizin, onların igidliyinin qarşısında da baş əyirəm"
“Qarabağ uğrunda apardığımız haqlı vətən müharibəsi dövründə gecələr yatmağı özümə qadağan etmişdim. Çörək yeyəndə, su içəndə hətta isti yerimə girəndə belə utanırdım. Cənab prezident xalqa müharibənin bitdiyini və 3 tərəfli müqavilənin imzalanacağını dediyi günü bir az da olsa rahat oldum. Yəni yerimdə artıq yata bildim. Dedim ki, şükür Allaha, torpaqlarımız qayıtdı. Görün biz nə boyda torpaqlarımızı, rayonlarımızı, kəndlərimizi işğaldan azad etdik. 30 il idi ki, bizim yaralarımız hələ də qaysaqlamamışdı, sağalmırdı, yaralarımıza bir az da olsa məlhəm çəkildi. Ordumuz bizə özümüzə inamı qaytardı. Bizə birləşmək ruhumuzun var olduğunu, ölmədiyini qaytardılar. Bizə qələbə sevincini qaytardılar, artıq gülümsəməyə də başladıq. Biz bu gün də hələ rahat olmamalıyıq. Nəyə görə? Çünki artıq bizim çiynimizdə borc yükü var, şəhidlərin haqqı var. Biz onların ruhuna layiq olmalıyıq. Layiq olmaq üçün də çalışmalıyıq ki, həyatımızı elə düzgün yaşayaq ki, onların ruhu bizdən inciməsin. İşğaldan azad etdiyimiz bütün torpaqlarımızda gözəl bir həyat qurmalıyıq. Biz şəhidlərimizin, qəhrəman övladlarımızın qələbəsini əbədiləşdirmək üçün hər şəhərdə, hər rayonda, hər kənddə şəhidlər xiyabanı düzəltməliyik. Bu ona görə lazımdır ki, hər şəhidin xatirəsi ürəyimizdə xiyabana çevrilsin. Biz onları heç bir zaman unutmamalıyıq, unutmağa haqqımız da yoxdur. Şəhid analarının qarşısında baş əyib, əllərindən öpürəm, şəhidlərimizin ruhu qarşısında baş əyirəm.

Mən bu günki gənclərimizin, onların igidliyinin qarşısında da baş əyirəm. Fəxr edirəm ki, bizim belə cəngavər, qəhrəman gənclərimiz var, fəxr edirəm ki, gənclərin ürəyi vətən sevgisi ilə çırpınır. Vətən sevgisi xalqımızın ürəyində var olduqca bu vətən basılmaz. Bizim hələ gələcəyə çox işimiz var. Mən inanıram ki, bu hələ tam qələbə deyil. Bizim hələ babalarımızın dəfn olunduğu qədim Azərbaycan torpaqlarımız var ki, inşallah bu qələbə, zəfər yolu bizi ora aparacaq. Oralarda da biz qələbə çalacağıq”.

Bunu Moderator.az-a Xalq artisti, məşhur “Nəsimi” filmindəki Fatimə obrazının ifaçısı Xalidə Quliyeva deyib. Sevilən sənətkar doğulub boya-başa çatdığı Şuşa ilə bağlı xatirələrini də bizimlə bölüşüb.

“Allah cəmi ölənlərə rəhmət etsin, mənim atam Şuşada, anam isə Bakıda anadan olub. Uşağlığım, gəncliyim Şuşada keçib. Atam hər yay bizi babamın Şuşadakı 2 mərtəbəli mülkünə aparardı. Babam Məşədi Rəhimi orada hamı tanıyıb, hörmət edirdi. Məşədə ziyarətə getmişdi, o vaxt böyük əmimi də özü ilə aparmışdı. İnanclı adam idi, dininə sadiq biri idi. Hər gün məscidə gedib şeyxin yanında oturardı. Hətta şeyx Kərbəla ziyarətinə gedib gələndən sonra babam birinci övladını gətirib onun ayağının altına qoydu ki, mən bunu sənə qurban edirəm, sən gedib oranı ziyarət edib gəlmisən. Belə bir qatı inancı var idi. Təbii ki, şeyx icazə verməyib, deyib ki, qurbanın qoyun olsun. Həm də tacir idi, atı, arabası var idi, ticarətlə məşğul olurdu. Dolanışığımız yaxşı idi, pis deyildi. Gövhər Ağa məscidinin yanında idi evimiz. Evimizin yaxınlığında meydan bulağı, tikiş fabriki, bazar var idi. Babamgil Bakıya köçəndə onların evində Laçınla Şuşa arasında Zarıslı kəndi var idi, o zarıslılar babamın evinə köçüb, orda yaşamağa başlamışdılar. Babamın böyük bağları, torpaq sahəsi var idi. Yadımdadır, o bağda armud ağacından armudu dərmək mümkün deyildi, dərən kimi armudun şirəsi dirsəyimə qədər tökülürdü. Mənim indi ən böyük arzum budur ki, orada gedib ulu babamın, nənəmin, yaxınlarımın məzarlarını ziyarət edib, onlara dua oxuyum. 1970 - ci ildə atam dünyasını dəyişəndə onu Bakıda dəfn etdik, amma məzarının üstünə Şuşadan gətirdiyimiz torpağı tökmüşdük. Mən 3-cü sinifdə oxuyanda atam məni Şuşada Cıdır düzündəki "lager"ə yazdırmışdı.

Yadımdadır, Şuşada, həm də Xankəndində erməni məhlələri var idi, o məhlələrin qabağından keçəndə erməni uşaqları hasara dırmaşıb başımıza ya tüpürərdilər, ya daş atardılar, “türklər gəlir, türklər gəlir” deyərdilər. O vaxtı onların sən demə, bizə böyük nifrəti var imiş. Amma bizdə onlara qarşı nifrət hissi olmayıb. Mənim yadıma gəlmir ki, evimizdə ermənilərə qarşı siyasi təbliğat aparılsın, bizə nifrət xörəyi yedizdirsinlər. Biz nifrət xörəyi yeməmişik. Biz həqiqətən də sadə, çox təmiz millət olmuşuq. Amma bu gün reallıq onu göstərir ki, belə olmaq olmaz. Bu gün güc çox böyük rol oynayır. Biz güclənməliyik, necə ki, bu müharibə ərəfəsində baş verdi. Biz Ali Baş Komandanımız, cənab İlham Əliyevin ətrafında birləşməliyik. Onun çıxışları müharibə günlərində olduğu kimi bu gün də bizi ruhlandırır, bizə ümid verir, arxa-dayaq olur. Hətta prezidentin çıxışı olmayanda darıxırıq ki, qoy çıxıb danışsın, çünki Ali Baş Komandana qəribə bir məhəbbət, sevgi yarandı. Allah xalqımızı, xalqımızın prezidentini bizə çox görməsin. Bəli, sülhməramlılar gəldilər, orda qayda-qanun yaratdılar, bunların hamısı bizim xeyrimiz üçündür. Oturub araşdıranda da görürəm ki, bu bizim bu günümüz üçün də xeyirlidir, hələ 10 ildən sonra nə olacaqsa onun üçün də. Hər bir şey dövlət tərəfindən düşünülüb. Mən bu yolda xalqımıza, prezidentimizə can sağlığı arzulayıram. Allahın amanında olaq, onun kölgəsi üstümüzdən əskik olmasın. Deyirlər ki, “Haqq nazilər, üzülməz”. Bəli, bizim haqqımız var, bizim haqqımız üzülmədi. Biz bu gün haqq yolunda çabalayırıq, tanrı da ona görə bizə yar olur. Xalqımızın vətəninə olan eşqi bizə kim verdi? Əlbəttə ki, Allah verdi. Bu eşq var olunca torpaqlarımız da, qələbə də bizim olacaq. Yetər ki, bir-birimizi sevək, Ali Baş Komandanımızı sevək, hər gün sevmək üçün çalışaq. Sevmək üçün nəsə addım ataq. Bəli, bizi sevgi xilas edəcək, o sevgini də bizə tanrı bəxş edib. Tanrıya min şükürlər olsun ki, bizi bu bəladan, bu zülmdən, bu acizlikdən, bu başıaşağılıqdan qurtardı” - deyə Xalq artisti Xalidə Quliyeva bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şərur sakininin başına açılan oyunlar - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:10
Paşinyanın yeni dəst-xətti... - burada Rusiya yoxdur...
Bu gün, 07:08
Bu, Kremlin Bakıya qarşı “təzyiq kartı” cəhdidir - NƏ ETMƏLİ?
Bu gün, 07:05
Müştərilər üçün OPTİMAL TƏLƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 07:04
Ekspertdən Elm və Təhsil Nazirliyinə ÇAĞIRIŞ - "Onlar da sertifikasiyaya cəlb olunsun"
Bu gün, 06:57
Doğrudanmı, Zəngəzur dəhlizi ABŞ-a icarəyə verilir? - AKTUAL
Bu gün, 06:55
BU NƏDİ BELƏ: Həkim fala baxır... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:53
"Paşinyanın Rusiyaya səfərləri ancaq Moskva ilə Bakı arasında gərginlik olduğu vaxt baş tutur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:45
Paşinyan Anna ilə niyə evlənmədiyini açıqladı - KİV
Bu gün, 06:41
Qafqazda ABŞ-Türkiyə-Rusiya qarşıdurması: Kim nə qazanacaq? - İNCƏLƏMƏ
Bu gün, 06:37
Ev bazarında 100 min yeni 'KUPÇA'... NƏYİ DƏYİŞƏCƏK...
Bu gün, 06:34
Təyyarələr havaya qalxdı, silahlar hazırlandı – Paşinyandan Rusiyaya ağır zərbə
Bu gün, 06:30
"10 min cibimə qoyun, mən də gəlim"
Bu gün, 00:12
Cavid Qurbanovun oğluna yeni vəzifə verildi - ƏMR
Bu gün, 00:07
Qaradağ rayon Ağsaqqalar Şurasının növbəti hesabat-seçki yığıncağı keçirilib
Dünən, 20:54
Azərbaycanda bəzi siqaretlər bahalaşdı - YENİ QİYMƏT
Dünən, 20:49
"Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur" - İsrafçılığa qurulan "məclis"...
Dünən, 18:16
Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR - Başqa cür ola da bilməz...
Dünən, 18:04
Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib
Dünən, 17:58
Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb - MEDİA
Dünən, 17:54
“Naxçıvan Petrol”un rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:49
14 milyonluq alış dayandı: - Nazirliyin tenderləri niyə ləğv edildi?
Dünən, 17:47
Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq – Vəziyyət gərginləşir...
Dünən, 17:44
Məşhur prokurorun oğlu camaata pul atıb… - FOTO
Dünən, 17:38
Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? - GƏLİŞMƏ
Dünən, 17:29
Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır - AKTUAL
Dünən, 17:21
“Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” - Ağdamın sabiq deputatı
Dünən, 17:19
Paşinyanın Rusiya səfərinin PƏRDƏARXASI
Dünən, 17:05
SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:01
Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? – Nazirlik susur
Dünən, 16:57
Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası
Dünən, 16:51
Dövlət Agentliyi “Bravo”ya protokol yazdı – Məhsulu müştəriyə baha satıb
Dünən, 16:49
Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi - ƏMR
Dünən, 16:46
Neft pulları HAVAYA SOVRULUB? - NHMT sədri BU DƏFƏ...
Dünən, 16:42
İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
Dünən, 16:33
"Müştəri məmnuniyyətiniz HARDA QALDI?" - NARAZILIQ VAR...
Dünən, 16:31
“Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi
Dünən, 16:28
Təmiz poqon, təmiz vicdan - Müdrik hökumətimizə atəşin alqış və təşəkkürlər
Dünən, 16:25
"Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik"
Dünən, 16:21
FHN şefi Axundova GÖRƏV VERDİ - ƏMR
Dünən, 16:17
Xarici qrant şəbəkəsi yenidən aktivləşdi - Azərbaycana gizli gətirilən pullar BELƏ İFŞA EDİLDİ
Dünən, 16:15
Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi - DETALLAR
Dünən, 16:11
Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
Dünən, 16:09
Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group” - 3 milyondan çox borc yaranıb
Dünən, 16:08
Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir - DİQQƏT!
Dünən, 15:36
Bəlkə Azərbaycan XİN hərəkətə keçə... - AKTUAL
Dünən, 15:34
Deputat sülh müqaviləsindən danışdı: - ""Top" Ermənistandadır"
Dünən, 14:47
"Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ - TƏFƏRRÜAT
Dünən, 14:40
Niderland Azərbaycana yeni səfir təyin edib
Dünən, 14:37
Rusiyada vətəndaşların kredit borcu "qartopuna" çevrilib
Dünən, 14:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru