DİA.AZ: - “Azərbaycan gözəli - 2016" seçilmiş Günel Ağayeva İstanbulda aldığı təkliflərdən danışdı.
DİA.AZ xəbər verir ki, 6 aydır qardaş ölkəyə köçən azərbaycanlı model Günel Türkiyənin "Dali Yapım" film şirkətiyi ilə əməkdaşlığını davam etdirir.
Əməkdaşımıza açıqlama verən həmyerlimiz, aktrisalıq dərsləri aldığını vurğulayıb:
"Türkiyədə aktrisa fəaliyyətimi davam etdirməyim üçün aktrisalıq dərsləri alıram. Danışıqlar mərhələsi olduğundan bu haqda detallı açıqlama vermək istəmirəm. Obraz seçimi dəqiqləşəndən sonra, bu haqda ilk olaraq dia-az.life oxucularını məlumatlandıracağam. Onu da qeyd edim ki, Azərbaycanın tanınmış maqazin jurnalisti və PR meneceri Elton Hacıyevlə işbirliyinə başlamışam. Və xəbərdə yayımlanan fotoların müəllifi də məhz Hacıyevdir".