Əsas Səhifə > Şou-biznes > Azərbaycan gözəli İstanbulun küçəsində
Azərbaycan gözəli İstanbulun küçəsində3-06-2017, 09:48 |
DİA.AZ: - “Azərbaycan gözəli - 2016" seçilmiş Günel Ağayeva İstanbulda aldığı təkliflərdən danışdı. DİA.AZ xəbər verir ki, 6 aydır qardaş ölkəyə köçən azərbaycanlı model Günel Türkiyənin "Dali Yapım" film şirkətiyi ilə əməkdaşlığını davam etdirir. Əməkdaşımıza açıqlama verən həmyerlimiz, aktrisalıq dərsləri aldığını vurğulayıb: "Türkiyədə aktrisa fəaliyyətimi davam etdirməyim üçün aktrisalıq dərsləri alıram. Danışıqlar mərhələsi olduğundan bu haqda detallı açıqlama vermək istəmirəm. Obraz seçimi dəqiqləşəndən sonra, bu haqda ilk olaraq dia-az.life oxucularını məlumatlandıracağam. Onu da qeyd edim ki, Azərbaycanın tanınmış maqazin jurnalisti və PR meneceri Elton Hacıyevlə işbirliyinə başlamışam. Və xəbərdə yayımlanan fotoların müəllifi də məhz Hacıyevdir". Geri qayıt |