Sara Əzimovaya yeni vəzifə verilib .....                     Şahin Mustafayev Ermənistanda səfərdədir .....                     Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! .....                     "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" .....                     Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib .....                     Əlixan Rəcəbov necə uğursuz oldu? .....                     İranda nizam dəyişdi .....                     Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır .....                     “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək .....                     "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" .....                     7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin .....                     AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” .....                     Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək .....                     Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi .....                     Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq .....                     “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                     Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                 

"Allahın mənə verdiyi qabiliyyətlərdən istifadə edərək..."
Tarix: 28-10-2016, 08:44 | Çap et
"Allahın mənə verdiyi qabiliyyətlərdən istifadə edərək..."
Deyirlər, səhəri necə açırsansa, günün də elə keçir. Dünyada və ölkəmizdə baş verən hadisələr haqda insanları xəbərdar etmək məqsədi güdən, xəbərçinin öz yozumunu da qatdığı "ATV Səhər” digər səhər verilişlərindən seçilir. Elə bizim "Seçilənlər” layihəmizin də qonağı həmin verilişin layihə rəhbəri, müəllifi və aparıcısı Turan İbrahimovdur.

- Turan bəy, aparıcılıq etdiyiniz "ATV Səhər” verilişi televiziya məkanımızda bir ilkdir. İstərdik, bu layihənin meydana gəlməsi barədə danışasınız.
- Bu, 90-cı illərin sonlarından bütün dünyada BBC və CNN-in başlatdığı informasiya xarakterli bir veriliş növüdür. Adətən Qərb telekanallarında səhərlər xəbər vaxtı olur. SSRİ dövründə səhər verilişləri musiqi, informasiya xarakterli olurdu. O ənənə bizdə hələ də davam etdirilir. Sırf müəllif verilişi, xəbərin müəllifin yozumu ilə təqdim olunması, aparıcının özünün mövqeyinin ortaya qoyulması, şərhlərin aktuallığı, hazırlanan süjetlərin hamısının birbaşa olaraq müəllifin süzgəcindən keçməsi bizdə yox idi. Uzun zaman idi ki, belə bir layihənin bizim televiziya məkanında da həyata keçməsini arzulayırdım. Ancaq bizim bəzi televiziya rəhbərləri, bu sahədə sözü keçərli olan insanlar bunu qəbul etmək istəmirdilər. Deyirdilər ki, səhər-səhər insanlara yalnız xəbər təqdim etmək olarmı? Onlar ənənəvi səhər proqramlarının olduğu kimi davam etdirilməsinin tərəfdarı idilər. Uzun müddət idi ki, bu layihə üzərində çalışırdım. Çünki bu, improvizədir. Başqa verilişlərdə iştirak edərək özümü buna hazırlayırdım. ATV-nin yeni rəhbərliyinə bu layihə barədə məlumat verdim. İlk mövsümümüz hər kəs üçün qeyri-müəyyən idi. Tənqidlərimiz də sağlam deyildi.

- Televiziya tamaşaçıları səhərləri şou nümayəndələri ilə açmağa vərdiş edib...
- Səhər verilişi deyəndə ilk növbədə informasiyalı-musiqili proqram anlayışı var idi. İnformasiyalı da dedikdə, o informasiyanın nə dərəcədə xəbər olduğunu demək olmazdı. Çox zaman bizim verilişə də şou əhlini görmək istəyində olan tamaşaçılar baxırdılar. Məhz bu düşüncələrə görə 3-4 ay ciddi təzyiqlərə məruz qaldıq. Ondan sonrakı mövsümdə tamaşaçılar belə qənaətə gəldilər ki, elə ən yaxşısı bu imiş. Baxmağa qalsa, elə ilk verilişdən baxılırdıq. Ancaq anlamırdılar, deyirdilər ki, internetdən videolar götürürsünüz, efiri bunlarla doldurursunuz. Xəbər agentliklərinin internet, "Youtube” olduğunu düşünürdülər. Çox qarışıq bir mühit idi. Artıq dördüncü mövsümdür ki, "ATV Səhər” fərqli xəbər devizi altında fəaliyyət göstərir. Hazırda ən yüksək auditoriyası olan verilişdir. Gözləntilərim özünü doğrultdu. "ATV Səhər” Azərbaycan xəbər sektorunda diktə edən bir verilişdir. Digər televiziya kanallarındakı verilişlər də bununla hesablaşmaq məcburiyyətindədirlər. Xəbər aparıcısının manerası, danışıq tərzi, müstəqil olmağa çalışması - bunların hamısı "ATV Səhər”də mövcuddur.

- Xəbər aparıcısının həm də bir müəllif olaraq efirdə sərbəst şəkildə fikir bildirməyinə öyrəncəli deyilik. Efirdə hər hansı situasiya ilə bağlı müstəqil şəkildə fikir bildirmək üçün dünyada və ölkəmizdə baş verənlərdən xəbərdar olmaq gərəkdir. Bu gün isə o intellektə sahib xəbər aparıcıları barmaqla sayılası qədərdir.
- Azərbaycanda xəbər aparıcılarının çoxu diktorluqdan kənara çıxa bilmir. İntonasiya ilə üzündən oxumağı çox gözəl bacarırlar. Ən primitiv zəkalı insan belə, üzündən oxuyaraq bunu edə bilər. Televiziyalarımızda çox güclü redaktorlar var. Xəbəri, informasiyanı koordinasiya edən redaktorları nəzərdə tuturam. Aparıcılar isə redaktorların hazırladıqları xəbərləri əzbərləyib, efirdə danışan insanlardır. İndi müstəqil fikrə malik olan, verilişində bütün mövzularla bağlı öz mövqeyinin də yer aldığını gördüyüm elə bir aparıcı yoxdur. Bizdən əvvəlki nəslin içərisində belə aparıcılar olub. Ancaq onların dövründə efirə çıxıb müstəqil şəkildə çıxış etmək mümkün deyildi. Aparıcı kimi öz mövqeyini bildirmək üçün bütün proseslərdən xəbərdar olmalısan. Xəbər sektorunda ictimai-siyasi istiqamət üzrə fəaliyyət göstərən jurnalistlər var ki, ancaq işlərinin tələbi olaraq proseslərlə maraqlanırlar. İşləri bitdikdən sonra özlərini şou-biznes simaları ilə uyğunlaşdırmağa çalışırlar. İndi çox ziddiyyətli bir dövrdür. Mən hətta bu dövrü keçid dövrü də adlandırıram. İnsanlar düşünür ki, xəbər aparıcısı mütləq şəkildə kostyum geyinməli, özünü boğmalı, nəfəsini zorla alıb, tez xəbəri çatdırmalıdır. Bizim layihədə isə bu yoxdur. "ATV Səhər”də kostyum geyinməkdən imtina etmişəm. Bu da bir stereotipin dağılmağının işarəsidir. Kostyum avtomatik o deməkdir ki, sən fikirlərini ütüləməli, senzuradan keçirməlisən. Önəmli olan nə dediyin və tamaşaçıya nə çatdırdığındır. "ATV Səhər” alternativ bir informasiya mənbəyidir. Azərbaycanda televiziya kanalları, yazılı və elektron media arasında çox böyük uçurum var. Elektron media televiziyadan lazımi səviyyədə qidalanır. Bu layihədə biz bunun da əsasını qoyduq. Rəqabət gözəldir, ancaq oğurlamaq, başqasından götürmək peşəkarlığın olmamasından xəbər verir.

- İki saat davamlı olaraq tamaşaçını ekrana cəlb etmək çətin deyilmi?
- Azərbaycanda 40-45 faiz tamaşaçı səhərlər ATV-ni izləyir. Onun 30 faizi stabil, daimi tamaşaçılarımızdır. Digər 15 faizi isə təsadüfi izləyicilərimizdir. Sırf bir qrup şəxsin baxdığı veriliş reytinq vermir. Səhər saatlarında bu qədər reytinq dünya rekordudur. Dünən rəhbərliyimiz mənə ana xəbər buraxılışını aparmağı təklif etdi. Ancaq mən bundan imtina edirəm. Bizim rəhbərlik yenilik edərkən işçilərlə məsləhətləşir, onların fikirlərinə böyük önəm verərək ortaq yol tapır.

- Qəbul etməməyinizin səbəbi nədir?
- Müəyyən səbəblərdən bu təklifdən imtina edirəm. Əslində apara da bilərəm. Buna gücüm çatır. Mən çox gözəl bilirəm ki, Azərbaycanın dinamik əhalisinin rəyi nədir. Səhərin bu vaxtı izləyiciləri ekrana cəlb etməyin ən gözəl vaxtıdır. Evdar qadınlar, təqaüdçülər, işsiz insanlardan başqa Azərbaycan cəmiyyətini ayaqda tutan təbəqə həmin zaman çərçivəsində bu verilişi izləyir. İctimaiyyətə nəyisə çatdırmaq, içindəkini insanlarla bölüşmək tamam ayrı bir duyğudur.

- Müəllif kimi fikirlərinizə görə tənqidlərə tuş gəlmisinizmi?
- Əgər bir insan mövqeyini ortaya qoyursa, bu, istənilən halda kimisə qıcıqlandırır. Mövqe varsa, əks mövqe də mütləq olmalıdır. Tənqidlər sağlamdırsa, bu mənə qəbuldur. Sağlam deyilsə də, bu layihəni həyata keçirərkən bu və ya digər məsələləri də gözə almışam. Ən azından, müzakirə olunursan. Sənin gördüyün iş ictimai rəyə təsir edirsə, deməli bu, düzgün görülmüş işdir. Söhbət bundan gedir.

- Bəzən canlı efirdə iynəli sözlərdən də istifadə edirsiniz.
- "ATV Səhər” tərkibində tənqid olan, həm dövlətin, həm də cəmiyyətin maraqlarını ən çox nəzərə alan verilişdir. Qurumlar və şəxslər üzərində qurulmuş tənqidi belə, dövlət və cəmiyyət maraqlarından kənarda tutmamağı bacarmağın özü asan deyil. Gərək insanın eqosu, daxili o qədər təmiz olsun ki, şəxsi maraqlarını və şəxsi baxışlarını tənqid etdiyi məsələnin süzgəcindən sağlam keçirə bilsin. Tənqidin səbəblərini aradan qaldırmaq və özlərinə haqq qazandırmaq üçün səninlə kontakta girməyə çalışırlar. Amma mənim dilimdən tərif səslənəndə də, buna normal yanaşırlar, bilirlər ki, bu, 100 faiz belədir. Bu, "ATV Səhər”in ən böyük uğurudur. Azərbaycanda fikrin sərbəst ifadə edilməsi və azad şəkildə tənqid etmək üçün hər bir şərait var. Bəzən müəyyən jurnalistlər hansısa qurumları təzyiqlərlə üzləşmələrinə səbəb göstərirlər. Amma araşdırdıqda, görürsən ki, məsələnin kökündə başqa şey var – qərəz, xaricdən dəstək alaraq nələrisə yeritməyə çalışmaq və s. Bir də var, sən müstəqilsən, heç kimdən asılılığın yoxdur. Dövlətin və cəmiyyətin maraqlarını ön planda tutursan, işin yaxşılığa doğru dəyişilməsi üçün nələrsə edirsən, dağılması üçün yox. Ona görə də fəaliyyətini davam etdirməyin üçün sənə hər baxımdan dəstək verirlər. Cəmiyyətdən də dəstək gəlir, dövlətdən də.

- Xəbər hazırlayarkən hansı meyarları əsas götürürsünüz?
- Bizim auditoriyamız böyükdür, burada hər yaş qrupuna və müxtəlif intellekt səviyyələrinə malik tamaşaçılar var. Səhər-səhər neqativ xəbərləri tamamilə yığışdırmışıq. Ən çox da qəza xəbərlərini. Neqativ labüddürsə belə, insanları pessimizmə, ruh düşkünlüyünə sürükləyəcək şəkildə deyil, burdan bir ibrət götürmək lazımdır şəklində təqdim edirik. Ümumiyyətlə, aqressiya və ruh düşkünlüyü yaradacaq tərzdə olan materiallardan kənar dururuq. Çünki "ATV Səhər” ən geniş diapazona malik bir verilişdir.

- "ATV Səhər”dən sonra özünüzü hansı layihədə görürsünüz?
- Mən yaşın hər işdə böyük önəm kəsb etdiyini düşünən insanlardanam. 35 yaşım var, özümü orta yaş nümayəndəsi hesab edirəm. Düşünürəm ki, müəyyən şeylərdən danışmağa tam haqqım var. Xarici görünüş və tipaj olaraq nə qədər gənc görünsəm də, bu, reallıqdır. Yaş verilişlərdə müəyyən mənada rol oynayır. Düşünürəm ki, "ATV Səhər” elə ən böyük layihədir. Əslində çox çətin və mürəkkəb layihədir. Allahın mənə verdiyi qabiliyyətlərdən istifadə edərək, bu yükü üzərimdə hiss etmirəm. Bu verilişi hər gün iki aparıcı ancaq apara bilər. Çünki həm də müəllif olmaq, bütün bu prosesləri koordinasiya etmək çox çətin məsələdir. Xəbərləri təqdim edən aparıcılar gün ərzində onun hazırlıqları ilə məşğul olurlar. Yazırlar, yazdıqlarını əzbərləyirlər. Ancaq mənim işim belə deyil. Ona görə də davamlı olaraq öz üzərimdə işləyirəm.

- İndi də öz üzərinizdə işləyirsiniz?
- Hər gün bir saat nəsə oxumasam, o günümü itirilmiş hesab edirəm. Hər gün incəsənət, ədəbiyyat, ictimai-siyasi sferalarla bağlı informasiyalar əldə edirəm. Bizim ən böyük problemimiz odur ki, insanlar bir səviyyəyə çatldıqdan sonra rahatlaşırlar. Qonşu ölkələrdə kanalların aparıcıları nə üçün bizdən üstündürlər? Çünki davamlı olaraq öz üzərlərində işləyirlər. Onlar arasında böyük rəqabət mühiti var. Bu rəqabətə davam gətirmək üçün onlar məcburdurlar ki, mütaliə etsinlər. Həmin aparıcıların taleyi onların hər gün yenilənməklərindən asılıdır. Yenilənmək mütləqdir. Azərbaycan ictimai sektorunda bu problem var. Məncə, ilk növbədə televiziya nümayəndələri, jurnalitstlər özlərini yeniləməlidirlər. Çünki onlar cəmiyyətə yön verən insanlardır. Onların səviyyəsi nə qədər artarsa, əhalinin, cəmiyyətin intellekt səviyyəsi də artacaq. Bu gün Azərbaycan dilinin işlək olmasının bir nömrəli səbəbkarı jurnalistlər, televiziyalar, yazılı mediadır. Zamanında SSRİ şineldindən çıxmış istedadlı jurnalistlər olmasaydı, bu keçid dövrü alınmazdı.
\\kaspi.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
“Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru