“İstərdim ki, 6-7 övladım olsun” - Rəqqasə Fatimə + video
Tarix: 18-10-2016, 08:20 |
Çap et
Tanınmış rəqqasə Fatimə Fətəliyeva övladlarına olan arzusundan danışıb.
Axşam.az xəbər verir ki, rəqqasə ATV-də yayımlanan “Qonaq gəl bizə” verilişində nəvə sahibi olmaq istədiyini deyib:
“Oğlum balacadır. Toylarını görmək istəyərəm. Nəvələrimi görmək, onları oynatmaq istəyərəm. Arzularım çoxdur".
F.Fətəliyeva "İstərdim ki, 6-7 övladım olsun" deyərək ailənin geniştərkibli olmasını çox sevdiyini söyləyib.
Qeyd edək ki, rəqqasənin bir qızı və oğlu var.