Dövlət Neft Şirkətində kəmərləri sıxma zamanı yetişdi - ARDNŞ-də daha bir ixtisar dalğası - Ucuzlaşma işini gördü
Tarix: 22-10-2014, 11:10 |
Çap et
DİA.AZ: - Hələ keçən günlərdə informasiya verərək bildirmişdik ki, Dövlət Neft Şirkətinin strukturlarında ixtisarlar gözlənilir və çox keçmədi ki, informasiyamız təsdiqləndi. ARDNŞ-nin daha 300 işçisiini ixtisara saldığı xəbəri yayıldı.
Bu gün isə DİA.AZ-a ARDNŞ-nin daha bir strukturunda - «Azəriqaz»da ixtisarların baş verəcəyi ilə bağlı məlumatlar daxil olub.
Şirkətdəki mənbənin bildirdiyinə görə, «Azəriqaz»dan təxminən 200-ə yaxın işçinin ixtisara salınması gözlənilir.
Mənbə dia-az.site-ai açıqlamasında iddia edir ki, həmçinin neft şirkətinin daha bir neçə qolunda ixtisarlar gözlənilir.
Bunu maraqlı formada izahlayan qaynaq dia-az.site-a açıqlamasında onu da əlavə edib ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsi ARDNŞ-i izafi xərclərdən qaçmağa, bir növ kəmərləri sıxmağa vadar edib…